main-post-cover

    "Birinci toyuq yaranıb, yoxsa yumurta?" sualının cavabı tapılıb!

    Elm & Texnologiya
    19.11.2024
    Farid Pardashunas

         Alimlər yumurtanın toyuqdan, yoxsa toyuğun yumurtadan yarandığı sualına cavab tapıblar, baxmayaraq ki, tədqiqatlarının əsas məqsədi bu deyildi.

         Yeni bir araşdırmaya əsasən, planetimizdə həyat ilk heyvanlardan əvvəl embrionlardan istifadə etməyə başlayıb. Dayaz dənizlərin dibindəki palçıqlı ərazilərdə yaşayan təkhüceyrəli bir canlının çoxalma prosesində heyvan embrionlarına bənzər bir quruluş inkişaf etdirdiyi aşkar olunub. Bu canlının çoxalma prosesi embrionlardakı hüceyrə bölünmələrini xatırladır. Adətən təkhüceyrəli canlılar hüceyrə bölünməsi ilə çoxalır. Lakin Chromosphaera perkinsii adlanan bu canlı, əvvəlcə bir-birinə yapışıq 2 hüceyrə yaradır, sonra isə morula kimi bildiyimiz boş hüceyrələr kütləsi əmələ gətirir. Bu proses embrionlardakı hüceyrə bölünməsinə çox bənzəyir.
         Tədqiqatçılar bənzər bir prosesin çoxhüceyrəli canlılarda da müşahidə edildiyini bildirir və bu struktura malik hüceyrənin sonradan müstəqil hala gələrək çoxalmasının oxşar bir inkişaf prosesinin mümkün ola biləcəyini göstərdiyini qeyd edirlər. Çünki Chromosphaera perkinsii, ixtiozavrlar adlı canlı qrupuna aiddir. Bu qrupdakı canlılar milyonlarla il əvvəl çoxhüceyrəli suda yaşayan kərtənkələ növlərindən ayrılmışdı. Alimlər bildirirlər ki, heyvanlarda da müşahidə edilən bu proses qədim dövrlərə aid ola bilər və çoxhüceyrəli canlılardan əvvəl yumurtaların yaranması mümkündür. Bununla belə, bu strukturların daha ətraflı şəkildə tədqiq edilməsinə ehtiyac olduğunu vurğulayırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!
    alimler-ilk-defe-olaraq-kvant-tunelleme-vasitesile-atom-oturulmesini-heyata-kecire-bilibler
    Alimlər duzlu sudan saf litium əldə edə biliblər!
    alimler-duzlu-sudan-saf-litium-elde-ede-bilibler
    Yeni tədqiqat sayəsində bədəndəki hüceyrələrdə yaddaş izləri aşkar edilib!
    yeni-tedqiqat-sayesinde-bedendeki-huceyrelerde-yaddas-izleri-askar-edilib
    Elm adamları 6G-nin kişilərin reproduktiv sağlamlığına zərər verə biləcəyini aşkar ediblər!
    elm-adamlari-6g-nin-kisilerin-reproduktiv-saglamligina-zerer-vere-bileceyini-askar-edibler
    Kök hüceyrə müalicəsi ilə ilk dəfə insanlarda görmə qabiliyyəti bərpa edilib!
    kok-huceyre-mualicesi-ile-ilk-defe-insanlarda-gorme-qabiliyyeti-berpa-edilib