main-post-cover

    Bəzi məməlilərin hamiləliklərini "gecikdirməsinə" imkan verən xüsusiyyətin insan embrionlarında da işlədiyi aşkar edilib!

    Elm & Texnologiya
    11.10.2024
    Farid Pardashunas

         Alimlər məməlilərin hamiləliklərini ətraf mühit şəraitinə uyğun olaraq gecikdirməsini təmin edən bir molekulun insanlarda da işləyə biləcəyini kəşf ediblər.

         Ayılar kimi növlər, hamiləliklərinin erkən mərhələsində "dayandırma düyməsi" kimi bir xüsusiyyətə sahibdirlər, bu da onların balalarının daha çox yemək tapmaq imkanlarının olduğu yaz mövsümündə doğulmasını təmin edir. 130-dan çox məməlidə müşahidə edilən və qış yuxusu kimi tanınan bu mexanizm, heyvanlara ətraf mühit şəraitinə uyğun olaraq balalarının inkişafını daha münasib vaxta qədər gecikdirmək imkanı verir. İndi isə alimlər, insan embrionlarında da oxşar bir durdurma mexanizmi kəşf etdiklərini açıqlayıblar. Araşdırmanın nəticələri Cell jurnalında dərc olunub.
         Almaniyadakı qrup, hamiləliyin dayandırılması düyməsi kimi təsvir edilə biləcək bu xüsusiyyətin insan hüceyrələrində də işləyə biləcəyini aşkarlayıb. Molekulyar genetikçi Nikola Rivron bu barədə açıqlamasında deyib: "Qış yuxusu kimi təbii bacarıqlarımızı itirmiş olsaq da, bu təcrübələr onu göstərir ki, əslində içimizdə bu qabiliyyəti saxlayırıq və onu ortaya çıxara bilərik. Məsələn, süni mayalanma kimi proseslər zamanı bu durma vəziyyətini tətikləyərək embrionun sağlamlığını dəyərləndirmək və uşaqlığa daha yaxşı yerləşməsi üçün əlavə vaxt qazanmaq olar".
         Araşdırma zamanı alimlər digər məməlilərdə hamiləliyi gecikdirən eyni molekulun insan kök hüceyrələri və embrionlarında da işlədiyini laboratoriya təcrübələri ilə müşahidə ediblər. Bu molekul, 2016-cı ildə siçanlar üzərində aparılan araşdırmada kəşf edilən "mTori" adlanır. Qrup, 5 və ya 7 günə qədər olan bir embrionu təmsil edən bir kök hüceyrə modeli olan blastoidi mTori-yə məruz qoyub. Nəticələrdə bu blastoidin laboratoriyada 8 günə qədər davam edən qış yuxusuna bənzər bir mərhələyə daxil olduğu görülüb. Yenidən aktiv edildikdə isə blastoidlər "oyanıb" və normal şəkildə inkişaf etməyə davam ediblər. Ancaq insan kök hüceyrələrində siçanlarla müqayisədə daha çox hüceyrənin bu proses zamanı ölə biləcəyi də müşahidə edilib. Buna baxmayaraq, blastoidin inkişafının gecikdirilməsi təsirli bir nəticə kimi qiymətləndirilib.
         Əlbəttə ki, insan hamiləliyini istəyə görə dayandırmaq və ya gecikdirmək hazırda tamamilə elmi fantastikadır. Lakin mütəxəssislər, bu araşdırmanın çoxsaylı məməlilərdə müşahidə edilən bu prosesi anlamağa kömək edə biləcəyini və gələcəkdə doğum problemləri olan insanlara dəstək ola biləcəyini düşünürlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
    kvant-komputerlerinin-superkomputerleri-nece-usteleye-bileceyi-melum-olub
    İnqilabi bir kəşflə "yuxular arası əlaqə" dövrü başlayır!
    inqilabi-bir-kesfle-yuxular-arasi-elaqe-dovru-baslayir
    Marsda həyat izlərinə dair yeni məlumatlar kəşf edilib!
    marsda-heyat-izlerine-dair-yeni-melumatlar-kesf-edilib
    Alimlər 2 milyard illik qayada canlı mikroblar kəşf ediblər!
    alimler-2-milyard-illik-qayada-canli-mikroblar-kesf-edibler
    Yeni bir araşdırmaya görə, kainatda qaranlıq maddə mövcud olmaya bilər!
    yeni-bir-arasdirmaya-gore-kainatda-qaranliq-madde-movcud-olmaya-biler