main-post-cover

    Ayda suyun əldə edilməsi düşünüldüyündən daha asan ola bilər

    Elm & Texnologiya
    11.03.2025
    Emil Nəcəfov
         Alimlər hesab edirlər ki, gələcəkdə Aya uçacaq astronavtlar suyu gözləniləndən daha asan əldə edə biləcəklər. Bu kəşf, pilotlu missiyaların Yer təchizatından asılılığını azaltmağa kömək edə bilər. Tədqiqatçılar Hindistanın Chandrayaan-3 eniş modulunun cənub qütbü yaxınlığındakı eniş yerində toplanmış temperatur məlumatlarını təhlil ediblər. Astronomlar aşkar ediblər ki, eniş yerində temperatur kəskin dəyişir. Hətta bir-birinə çox yaxın olan yerlərdə belə böyük temperatur fərqləri qeydə alınıb. Bu, həmin ərazilərdə çoxlu miqdarda su buzu yığıldığını göstərir.
         Bu buzun emalı yolu ilə su əldə etmək mümkün ola bilər. 2023-cü ilin avqust ayında Chandrayaan-3 modulu Aya uğurlu eniş etdikdən qısa müddət sonra onun göyərtəsindəki xüsusi qurğu Ay torpağını 10 sm dərinliyə qədər qazıb və yerli temperatur ölçmələrini həyata keçirib. Toplanmış məlumatlar göstərdi ki, Günəşə baxan yamacda, eniş yerində temperatur gündüz saatlarında 82 dərəcə Selsiyə çatıb, gecə isə temperatur kəskin düşərək -168.15 dərəcə Selsi olub. Lakin moduldan cəmi 1 metr uzaqlıqda, relyef nisbətən düz və cənub qütbünə yönəlmiş olduğuna görə temperatur pik həddi xeyli aşağı olub - gündüz maksimum 59 dərəcə Selsi qeydə alınıb.
         Mövcud modelləşdirmə nəticələri göstərir ki, ayın cənub qütbünə doğru yönəlmiş yamacları, xüsusilə yüksək enliklərdə yerləşənlər, su buzunun kiçik dərinliklərdə yığılması üçün kifayət qədər soyuq ola bilər. Məhz bu tip ərazilər gələcəkdə NASA astronavtlarının eniş etməsi üçün əsas namizəd hesab olunur. Onlar Ayın cənub qütbü yaxınlığında su ehtiyatlarını daha asan əldə edə bilərlər. Alimlər bildiriblər ki, bu bölgələr adətən daha az Günəş işığı alır, bu da səth temperaturunun aşağı olmasına səbəb olur.
         Buna görə də su buzu nisbətən dayaz dərinlikdə yerləşir. Bu, astronavtların su buzunu çətinlik çəkmədən çıxara biləcəyini göstərir. Əgər su buzunun çıxarılması və istifadəsi Ayda mümkün olarsa astronavtların Yer tədarükündən asılılığı azalacaq. Bu, Ay missiyalarının xərclərini əhəmiyyətli dərəcədə azalda bilər. Ayda əldə edilən su müxtəlif məqsədlər üçün istifadə oluna bilər. İçməli su kimi, oksigen istehsalı üçün, nəfəs almaq məqsədilə, raket yanacağı istehsalı üçün - su molekullarının parçalanması ilə oksigen hidrogen ayrılaraq istifadə edilə bilər.
    Mənbə: Space.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süd Yolu qalaktikasının yaxınlığında superkütləli qara dəlik ola bilər
    sud-yolu-qalaktikasinin-yaxinliginda-superkutleli-qara-delik-ola-biler
    Alimlər kainatdakı ilk ulduzların kəşf edilməsinə çox yaxındırlar
    alimler-kainatdaki-ilk-ulduzlarin-kesf-edilmesine-cox-yaxindirlar
    Yüksək sürətlə hərəkət edən superkütləli qara dəlik aşkar edilib
    yuksek-suretle-hereket-eden-superkutleli-qara-delik-askar-edilib
    Yer kürəsinin ən qədim krateri kəşf edilib
    yer-kuresinin-en-qedim-krateri-kesf-edilib
    Nəhəng planetlər düşünüldüyündən daha erkən formalaşmış ola bilərlər
    neheng-planetler-dusunulduyunden-daha-erken-formalasmis-ola-bilerler