main-post-cover

    Süd Yolu qalaktikasının yaxınlığında superkütləli qara dəlik ola bilər

    Elm & Texnologiya
    10.03.2025
    Emil Nəcəfov
         Astronomlar hesab edirlər ki, Böyük Magellan Buludunun mərkəzində nəhəng bir superkütləli qara dəlik gizlənir və ətrafındakı materiyanı udur. Bu qalaktika Süd Yolunun peyk qalaktikasıdır və əvvəllər belə bir qalaktikada superkütləli qara dəliyin ola bilməyəcəyi düşünülürdü. Bəzi astronomlar hesab edirlər ki, cırtdan qalaktikalarda mərkəzi superkütləli qara dəliklər mövcud ola bilməz. Digərləri isə bunun əksini iddia edir və belə qara dəliklərin mövcudluğunu dəstəkləyən sübutlar təqdim edirlər. Bir nəzəriyyəyə görə əgər Böyük Magellan Buludunun mərkəzində nəhəng bir qara dəlik varsa, o, ətraf materiyanı udaraq aktiv qalacaq.
    Böyük Magellan Buludu:
         Bu proses nəticəsində ultra sürətli ulduzlar formalaşa bilər və bu ulduzlar Süd Yolunun kənar bölgələrinə yayıla bilər. Sürətli hərəkət edən ulduzlar “qaçan ulduzlar” adlanır, çünki onlar tez-tez doğulduqları qalaktikanı tərk edə bilirlər. Gaia kosmik teleskopu ilə aparılmış müşahidələr nəticəsində astronomlar Süd Yolunda 21 belə ulduz aşkar ediblər. Onların trayektoriyasının araşdırılması maraqlı bir nəticəyə gətirib çıxarıb. Bu ulduzların yarısı Süd Yolunun mərkəzindəki superkütləli qara dəlik - Oxatan A* tərəfindən sürətləndirilib. Digər yarısı isə Böyük Magellan Buludundakı gizli bir superkütləli qara dəliyin təsiri ilə Süd Yoluna daxil olub. Sürət qazanan ulduzlar necə formalaşır?
    - Mərkəzi qara dəliyə ikili ulduz sistemi yaxınlaşdıqda belə hadisələr baş verə bilər
    - Qara dəlik bu ulduzlardan birini parçalayır və udmağa başlayır
    - Eyni anda digər ulduz qara dəliyin güclü cazibə qüvvəsi ilə kosmosa atılır və milyonlarla km/saat sürət qazanır.
         Alimlər müşahidə məlumatlarını nəzəri modellərlə birləşdirərək belə bir nəticəyə gəliblər ki, qonşu cırtdan qalaktikadakı superkütləli qara dəlik həqiqətən mövcuddur və bəzi sürət qazanan ulduzların Süd Yoluna daxil olmasına səbəb olub. Bundan əlavə, yeni məlumatlar sayəsində astronomlar bu gizli qara dəliyin kütləsini təyin edə biliblər. Onun kütləsinin Günəşin kütləsindən təxminən 600 000 dəfə böyük olduğu hesab edilir. Müqayisə üçün, Süd Yolunun mərkəzindəki Oxatan A* qara dəliyi Günəşdən 4.3 milyon dəfə böyükdür. Alimlər indi əlavə müşahidələr aparmaq və tapıntılarını yeni sübutlarla təsdiqləmək niyyətindədirlər. Hazırda bu qara dəliyi birbaşa müşahidə etmək mümkün deyil. Lakin onun ətraf kosmosa təsiri mövcudluğunu sübut edə bilər.
    Mənbə: Space.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlər kainatdakı ilk ulduzların kəşf edilməsinə çox yaxındırlar
    alimler-kainatdaki-ilk-ulduzlarin-kesf-edilmesine-cox-yaxindirlar
    Yüksək sürətlə hərəkət edən superkütləli qara dəlik aşkar edilib
    yuksek-suretle-hereket-eden-superkutleli-qara-delik-askar-edilib
    Yer kürəsinin ən qədim krateri kəşf edilib
    yer-kuresinin-en-qedim-krateri-kesf-edilib
    Nəhəng planetlər düşünüldüyündən daha erkən formalaşmış ola bilərlər
    neheng-planetler-dusunulduyunden-daha-erken-formalasmis-ola-bilerler
    Alimlər radioaktiv tullantılardan atom batareyası hazırlayıblar
    alimler-radioaktiv-tullantilardan-atom-batareyasi-hazirlayiblar