Avtomobili avtonom şəkildə idarə edə bilən insanabənzər robot hazırlanıb!
Elm & Texnologiya
14.06.2024
Farid Pardashunas
Avtonom nəqliyyat vasitələri ilə bağlı araşdırmalar davam edərkən, tədqiqatçılar iki trend mövzunu bir araya gətiriblər. Belə ki, Tokio Universitetində avtomobili avtonom şəkildə idarə edə bilən insanabənzər robot hazırlanıb.
Toyota üçün məsləhətçi kimi çalışan tədqiqatçılardan biri, Musashi adlandırılan "əzələ-skelet humanoidi"nə kiçik elektrikli avtomobili idarə etməyi öyrədərək inkişaf etdirib və təlim keçirib. Bu ad əslində Yaponiya tarixinin ən istedadlı qılınc ustalarından biri olan Miyamoto Musashi-dən gəlir. İnsanabənzər robot Musashi, maşını işə sala, əl əyləcini çəkə və əlləri ilə siqnal verə bilir. O, həmçinin qaz və ya əyləc pedallarına da basa bilir.
Tədqiqatçılar iddia edirlər ki, Musashi-nin xam sensor məlumatlarını daha da inkişaf etdirərək avtomobili idarə etməyi öyrətdikdən sonra, robotun işıqforun siqnallarına tabe olaraq kəsişmədə döngəni döndərməsinə nail olublar. Lakin robotun hazır hala gəlməsi üçün hələ çox uzun bir yol var. Çünki robotun bu manevri tamamlaması təxminən 2 dəqiqə davam edib. Tədqiqatçılar əldə edilən məlumatlardan istifadə edərək gələcəkdə humanoidlərin avtomobilləri avtonom şəkildə idarə edə bilməsi üçün növbəti aparat və proqram təminatını hazırlamaq istəyirlər.
Avtonom nəqliyyat vasitələri və insanabənzər robotlar arasında belə bir tarazlığın və yanaşmanın yaradılması açıq şəkildə vacibdir. İnsanabənzər robotlar və tam avtonom nəqliyyat vasitələri ayrı-ayrılıqda inkişaf etsə də, əslində bir-biri ilə sıx əlaqəli ola bilər. Çünki dünyada avtonom idarəetmə sisteminə sahib avtomobillər çox deyil və bu gələcəkdə də belə olacaq. İnsanabənzər robotlar sayəsində mahiyyət etibarilə bütün bu nəqliyyat vasitələri avtonom hala gətirilə və yeni nəsil trafik sistemlərinə sürətli keçid edilə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsda buz kəşf edilib!
Marsda buz kəşf edilib!
Avropa Kosmik Agentliyi, Marsın ekvator bölgəsindəki vulkanının zirvəsində buz qatının aşkar edildiyini açıqlayıb. Ekspertlər, bunun gözlənilməz bir vəziyyət olduğunu bildirirlər.
Bütün evlər elektrik enerjisini saxlayan beton sayəsində nəhəng batareyalara çevrilə bilər!
Bütün evlər elektrik enerjisini saxlayan beton sayəsində nəhəng batareyalara çevrilə bilər!
Tədqiqatçı Damian Stefaniuk, elektrik enerjisini saxlayan yeni betonla bütün evləri batareyaya çevirə biləcəklərini iddia edir. Əgər bu texnologiya inkişaf etdirilərsə, mühüm problemlərin həll yolu ola bilər.
Elektron tullantıları yeyən bakteriyalar sayəsində zibilliklər artıq xəzinəyə çevrilir!
Elektron tullantıları yeyən bakteriyalar sayəsində zibilliklər artıq xəzinəyə çevrilir!
BOKU Tulln və IMC Krems Tətbiqi Elmlər Universitetinin birgə apardığı araşdırma, elektron tullantılardan qiymətli materialların əldə edilməsində böyük potensialın olduğunu ortaya qoyub. Üstəlik, maraqlı bir üsul sayəsində.
Marsda kəşf edilən “çuxur” planetin tədqiqi üçün önəmli ola bilər!
Marsda kəşf edilən “çuxur” planetin tədqiqi üçün önəmli ola bilər!
NASA-nın Mars Kəşfiyyat Orbitatoru (MRO), hazırda sönmüş Arsia Mons vulkanının yanında sirli bir çuxur aşkar edib. Bu çuxur, planetin tədqiqi üçün həlledici rol oynaya bilər.
Dünyada ilk dəfə qəpik ölçüsündə 3D printer hazırlanıb!
Dünyada ilk dəfə qəpik ölçüsündə 3D printer hazırlanıb!
MIT və Texas Universitetinin tədqiqatçıları, dünyanın ilk çip əsaslı 3D printerini hazırlayıblar. Qəpik ölçülü 3D printer, ani istehsalatda inqilabi yenilik edə bilər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ