Bütün evlər elektrik enerjisini saxlayan beton sayəsində nəhəng batareyalara çevrilə bilər!
Elm & Texnologiya
12.06.2024
Farid Pardashunas
Tədqiqatçı Damian Stefaniuk, elektrik enerjisini saxlayan yeni betonla bütün evləri batareyaya çevirə biləcəklərini iddia edir. Əgər bu texnologiya inkişaf etdirilərsə, mühüm problemlərin həll yolu ola bilər.
BBC-nin verdiyi xəbərə görə, MIT tədqiqatçısı Damian Stefaniuk və həmkarları, su, sement və avtomobil şinlərinin istehsalında istifadə olunan və yüksək keçirici material olan carbon black qarışığını, bir superkondensatora çeviriblər. Superkondensatorlar, litium-ion batareyaları ilə müqayisədə uzunmüddətli enerji saxlama qabiliyyətinə malik olmasalar da, çox tez doldurula və boşaldıla bilər ki, bu da onları ənənəvi batareyalardan daha üstün edir.
Stefaniuk və komandası, yeni materiallarının, gün ərzində çox dəyişilə bilən yaşıl enerjinin saxlanması yollarını təmin etməklə elektrik şəbəkəsindəki təzyiqi aradan qaldıraraq inqilabi yenilik yaradacağını hesab edirlər. Stefaniuk, bu barədə BBC-ə açıqlamasında "Əgər bu texnologiyanın imkanlarını genişləndirmək mümkün olarsa, o, vacib bir problemi - bərpa olunan enerjinin saxlanmasını həll etməyə kömək edə bilər" deyə bildirib. Oxşar potensial tətbiqlər hələ də eksperimental mərhələdədir. Məsələn, qeyri-adi karbon-sement superkondensatorundan istifadə etməklə tikilmiş yollar, avtomobilləri simsiz olaraq tez bir zamanda doldura bilər, bu da onların ənənəvi şarj cihazlarından asılılığını azaldır.
Stefaniuk bildirib ki, sement yalnız bir tikinti strukturunu dəstəkləməklə yanaşı, həm də içərisində enerji saxlayan divarlar, təməllər və ya sütunlar üçün tikinti materialı kimi də istifadə edilə bilər. Mövcud konseptual superkondensatorlar, yalnız 10 vattlıq LED-i 30 saat işlətmək üçün kifayət qədər enerji saxlaya bilir. Hələlik komandanın önündə keçməli olduqlarə bir çox maneələr var, çünki superkondensatorlar daha tez boşalmağa meyllidirlər və litium-ion həmkarlarından daha az enerji sıxlığına malikdirlər. Bununla belə, Stefaniuk iddia edir ki, miqyası böyüdüldükdə, bu növ material “yaşayış yerinin gündəlik enerji ehtiyacını ödəyə bilər”. Komanda hazırda bunu edə biləcək 1.590 kub futluq bir versiya qurmağı planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elektron tullantıları yeyən bakteriyalar sayəsində zibilliklər artıq xəzinəyə çevrilir!
Elektron tullantıları yeyən bakteriyalar sayəsində zibilliklər artıq xəzinəyə çevrilir!
BOKU Tulln və IMC Krems Tətbiqi Elmlər Universitetinin birgə apardığı araşdırma, elektron tullantılardan qiymətli materialların əldə edilməsində böyük potensialın olduğunu ortaya qoyub. Üstəlik, maraqlı bir üsul sayəsində.
Marsda kəşf edilən “çuxur” planetin tədqiqi üçün önəmli ola bilər!
Marsda kəşf edilən “çuxur” planetin tədqiqi üçün önəmli ola bilər!
NASA-nın Mars Kəşfiyyat Orbitatoru (MRO), hazırda sönmüş Arsia Mons vulkanının yanında sirli bir çuxur aşkar edib. Bu çuxur, planetin tədqiqi üçün həlledici rol oynaya bilər.
Dünyada ilk dəfə qəpik ölçüsündə 3D printer hazırlanıb!
Dünyada ilk dəfə qəpik ölçüsündə 3D printer hazırlanıb!
MIT və Texas Universitetinin tədqiqatçıları, dünyanın ilk çip əsaslı 3D printerini hazırlayıblar. Qəpik ölçülü 3D printer, ani istehsalatda inqilabi yenilik edə bilər.
Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!
Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!
ESA-nın Aya enən ilk vasitəsi Günəş küləyi ilə qarşılıqlı təsir nəticəsində Ayın səthində mənfi ionların olduğunu aşkar edib.
Erkən kainatda biloji həyat üçün vacib olan kimyəvi elementlərdən biri aşkar edilib
Erkən kainatda biloji həyat üçün vacib olan kimyəvi elementlərdən biri aşkar edilib
Astronomy & Astrophysicals adlı jurnalda dərc edilmiş tədqiqata əsasən alimlər çox vacib bir kəşfə imza atıblar. Belə ki, onlar James Webb kosmik teleskopundan istifadə edərək Böyük partlayışdan cəmi 350 milyon il sonra formalaşmış qalaktikada həyat üçün vacib olan kimyəvi elementlərdən birini aşkar ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!