Atmosferdəki CO2 qazının emalı üçün nəzərdə tutulmuş ən böyük zavod işə salınıb
Elm & Texnologiya
13.05.2024
Emil Nəcəfov
İslandiyada Mammoth adlı zavod istifadəyə verilib. Bu, havadakı CO2 qazının filtrasiyası üçün nəzərdə tutulmuş ən böyük sənaye zavodudur. Sözügedən zavodun hazırlanması ilə Climeworks şirkəti məşğul olub. Bu şirkətin xidmətlərindən JPMorgan Chase, Microsoft, Stripe və Shopify kimi nəhənglər faydalanırlar. Bu zavodun havadakı CO2 qazını filtrasiyası prosesi “Havanın birbaşa udulması” (DAC) adlanır. Climeworks şirkətinin sözlərinə əsasən bu texnologiya atmosferdə yığılmış tullantılardan parnik qazlarının aradan qaldırılması hesabına iqlim dəyişikliyi ilə mübarizə mövzusunda açar rol oynaya bilər. Texnologiyanın çalışma prinsipi olduqca sadədir. Hava CO2 qazını uda bilən xüsusi filtrdən keçir.
Filtr CO2 qazı ilə dolandan sonra o, 100 dərəcə Selsi temperatura qədər qızdırılır. Bu, CO2 qazının ayrılması üçün edilir. CO2 qazının təkrar şəkildə atmosferə sızmasının qarşısını almaq üçün isə zavod onu bazalt qaya birləşmələrində bir növ möhürləyir. Daha sonra CO2 su ilə qarışdırılır və torpağın altında basdırılır. Torpağın altında isə o, sərt süxura çevrilir. Ümumilikdə daha bir ədəd belə zavodun inşa edilməsi planlaşdırılır. Hər iki zavod il ərzində minimum 1 milyon metr ton CO2-ni emal edə biləcək. Hal-hazırda Mammoth adlı zavod özündə CO2 emalı üçün nəzərdə tutulmuş 12 ədəd konteyner modulunu birləşdirir. Bu ilin sonuna kimi isə əlavə 60 ədəd konteyner modulun istifadəyə verilməsi nəzərdə tutulub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Suyu mikroplastik hissəciklərdən və bakteriyalardan təmizləyən kiçik robotlar hazırlanıb (VİDEO)
Suyu mikroplastik hissəciklərdən və bakteriyalardan təmizləyən kiçik robotlar hazırlanıb (VİDEO)
Çexiyanın Brno Texniki Universitetinin mütəxəssisləri suyun çirklənməsinə səbəb olan mikroplastik hissəciklərlə effektiv mübarizə apara bilən kiçik ölçülü robotlar hazırlayıblar.
Yüksək sürətli şarj imkanına sahib natrium-ion batareya hazırlanıb
Yüksək sürətli şarj imkanına sahib natrium-ion batareya hazırlanıb
Koreya Aparıcı Elm və Texnologiyalar İnstitutunun (KAIST) mütəxəssisləri güclü natrium-ion hibrid batareyanı təqdim ediblər.
5G-dən 10 dəfə daha sürətli: Yaponiyada 6G şəbəkəsi test edilib
5G-dən 10 dəfə daha sürətli: Yaponiyada 6G şəbəkəsi test edilib
Yaponiyanın şirkətlər konsorsiumu 6G mobil şəbəkəsi üçün nəzərdə tutulmuş ilk yüksək sürətli naqilsiz cihazı test edib.
Çində elektriklə çalışan insana bənzər robot təqdim edilib
Çində elektriklə çalışan insana bənzər robot təqdim edilib
Pekində insana bənzər Tiangong adlı unikal robot təqdim olunub. Bu robot saatda 6 km sürətlə qaça bilən və tamamilə elektrik enerjisi ilə çalışan ilk robotdur.
Dünyanın ən böyük 3D printeri evi 80 saata inşa edir
Dünyanın ən böyük 3D printeri evi 80 saata inşa edir
Men Universitetinin (Men ştatı) əməkdaşları dünyanın polimer əsaslı ən böyük 3D printerini hazırlayıblar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ