
Pavel Durov Fransa hökuməti tərəfindən ona qarşı sürülmüş ittihamları absurd hesab edir
Tech-Biznes
11.06.2025
Emil Nəcəfov
Telegram-ın təsisçisi Pavel Durov Fransa hüquq-mühafizə orqanlarının ona qarşı irəli sürdükləri ittihamları absurd hesab edir. O, amerikalı jurnalist Tucker Carlson-a verdiyi müsahibədə bildirib ki, hələ də Fransada nədə ittiham olunduğunu anlamır. “Əvvəl dedilər ki, guya biz hüquqi sorğulara cavab verməmişik, amma bu, doğru deyil. Hətta belə olsa belə, ‘şəriklik’ anlayışının bu şəkildə izahı son dərəcə süni görünür. Vəkillər deyir ki, bu cür hadisələr demək olar ki, yoxdur” - deyə Durov bildirib. Telegram-ın təsisçisi ona qarşı irəli sürülən və 1 milyard istifadəçi arasında Telegram-da qeyri-qanuni fəaliyyətlə məşğul olanların tapıldığı və onun buna mane olmadığı iddiasını da absurd adlandırıb.

“Bu, 350 milyon amerikalıdan kimsə cinayət törətdiyinə görə Donald Trump-ın həbs olunması və ya Tuluzada baş verən bir soyğunçuluğa görə Macron-un həbs edilməsi kimidir. Bu, absurddur” - deyə Durov bildirib. Pavel Durov 2024-cü ilin avqustunda Parisdəki Le-Burje hava limanında saxlanılıb və 5 milyon avro girov qarşılığında Fransanı tərk etməmək şərti ilə azadlığa buraxılıb. Tucker Carlson-un qeyd etdiyinə görə, hazırda Durov faktiki olaraq ev dustaqlığındadır.
Buna səbəb isə messencerdəki məzmunun kifayət qədər moderasiya olunmaması və hakimiyyətlə əməkdaşlıqdan yayınmaqla bağlı irəli sürülən ittihamlarla əlaqədar aparılan araşdırmadır. Səfər məhdudiyyətlərinə görə Durov Fransada yaşamağa məcburdur. “Məni Dubaya buraxdılar, bu yaxınlarda geri qayıtdım və bu həftə yenidən oraya gedəcəyəm. Amma bu, çox məhdud və nəzarət olunan bir prosesdir” - deyə Durov bildirib. Məhkəmənin qoyduğu qadağaya görə o, may ayında ABŞ-a investisiya fondları ilə danışıqlara və Osloda keçirilmiş “Azadlıq Forumu”na gedə bilməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Telegram səsli mesajların redaktəsi və s. yeni funksiyaları əldə edib

Telegram səsli mesajların redaktəsi və s. yeni funksiyaları əldə edib
Telegram tərtibatçıları messencer üçün növbəti böyük yeniləməni təqdim ediblər. Artıq kanal müəlliflərinə şəxsi mesaj göndərmək mümkündür, qruplarda mövzular arasında keçid daha da asanlaşıb, səsli mesaj göndərməzdən əvvəl onları redaktə etmək imkanı əlavə olunub və şəkillər yüksək keyfiyyətdə göndərilə bilir.
Grok-un Telegram-a inteqrasiyası üzrə razılaşmanın artıq əldə olunduğu məlumatı təkzib edilib

Grok-un Telegram-a inteqrasiyası üzrə razılaşmanın artıq əldə olunduğu məlumatı təkzib edilib
Pavel Durov-un Elon Musk ilə Telegram və xAI arasında 1 illik tərəfdaşlıq barədə razılığa gəlindiyini elan etməsinə cavab olaraq amerikalı milyarder X sosial şəbəkəsində bildirib ki, bu müqavilə hələ imzalanmayıb.
Telegram-ın premium abunəçilərinin sayı 15 milyona çatıb

Telegram-ın premium abunəçilərinin sayı 15 milyona çatıb
Telegram Premium abunəliyi istifadəçilərinin sayı 15 milyon nəfərə çatıb. Bu barədə messencerin yaradıcısı Pavel Durov öz Telegram kanalında məlumat verib.
Grok çat-botu yaxın zamanda Telegram-a inteqrasiya ediləcək

Grok çat-botu yaxın zamanda Telegram-a inteqrasiya ediləcək
Pavel Durov Telegram ilə Elon Musk-ın xAI şirkəti arasında tərəfdaşlıq sazişinin bağlandığını elan edib. Bu əməkdaşlıq çərçivəsində məşhur süni zəka əsaslı Grok çat-botu Telegram istifadəçiləri üçün əlçatan olacaq və Telegram tətbiqlərinə inteqrasiya ediləcək.
Vyetnamda Telegram qadağan olunub

Vyetnamda Telegram qadağan olunub
Vyetnamın Texnologiyalar Nazirliyi telekommunikasiya xidmətləri təchizatçılarına mesajlaşma tətbiqi olan Telegram-ın bloklanması ilə bağlı göstəriş verib.
Həftənin xəbərləri

