
Grok çat-botu yaxın zamanda Telegram-a inteqrasiya ediləcək
Sosial Media
29.05.2025
Emil Nəcəfov
Pavel Durov Telegram ilə Elon Musk-ın xAI şirkəti arasında tərəfdaşlıq sazişinin bağlandığını elan edib. Bu əməkdaşlıq çərçivəsində məşhur süni zəka əsaslı Grok çat-botu Telegram istifadəçiləri üçün əlçatan olacaq və Telegram tətbiqlərinə inteqrasiya ediləcək. “Bu yay Telegram istifadəçiləri bazardakı ən yaxşı süni zəka texnologiyasına çıxış əldə edəcəklər. Elon Musk ilə biz 1 illik əməkdaşlıq barədə razılığa gəldik ki, xAI tərəfindən yaradılmış Grok çat-botunu bir milyard istifadəçimizə təqdim edək və onu Telegram-ın bütün tətbiqlərinə inteqrasiya edək. Bu, Telegram-ın maliyyə mövqeyini gücləndirəcək. Biz 300 milyon dollar məbləğində nağd və xAI səhmləri alacağıq, həmçinin Telegram üzərindən satılan xAI abunəliklərindən əldə olunan gəlirin 50%-ni əldə edəcəyik” - deyə Durov öz paylaşımında bildirib.

Mövcud məlumatlara əsasən, Grok süni zəka botu çatlarda moderator kimi çıxış edə və ya paylaşımların doğruluğunu yoxlamaq üçün istifadə oluna biləcək. Bununla yanaşı, Pavel Durov Grok inteqrasiyası ilə hansı funksiyaların mümkün olacağını göstərən qısa video da paylaşıb. Məsələn, çat-bot çat siyahısınıb ən yuxarı hissəsinə bərkidiləcək və müxtəlif suallara cavab almaq üçün istifadə edilə biləcək. Botla ünsiyyət üçün sualları messencerin axtarış bölməsindən də vermək mümkün olacaq.
İstifadəçilər Grok-u mesajlarını redaktə etmək üçün də istifadə edə biləcəklər. Bu zaman mətnin üslubunun dəyişdirilməsi, qısaldılması və digər funksiyalar təqdim ediləcək. Bundan əlavə, Telegram-da oxunmamış mesajlar üçün qısa xülasələr görünəcək və istifadəçilər Grok vasitəsilə PDF fayllar və keçidlərdən xülasələr generasiya edə biləcəklər. Çat-bot həmçinin qrup çatlarında moderator kimi təyin edilə bilər və bu halda qayda pozanlara xəbərdarlıq etmək və onları bloklamaq funksiyasını da yerinə yetirə bilər. Bundan başqa, Grok stiker yaratmaq və avatarları redaktə etmək üçün də istifadə oluna biləcək. Grok əsaslı bu yeni funksiyalar bu ilin yayında istifadəçilərə təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk siyasətdən biznesə qayıdır

Elon Musk siyasətdən biznesə qayıdır
Hələ ötən il məlum olmuşdu ki, amerikalı biznesmen Elon Musk Donald Trump-ın administrasiyasında vəzifə alacaq və Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edəcək.
Elon Musk ABŞ iqtisadiyyatını robotlar vasitəsilə xilas etmək niyyətindədir

Elon Musk ABŞ iqtisadiyyatını robotlar vasitəsilə xilas etmək niyyətindədir
Elon Musk bildirib ki, humanoid (insanabənzər) robotlar 4-5 il ərzində bəzi ölkələrin ÜDM-ə (Ümumi Daxili Məhsul) töhfə verməyə başlayacaq, tam pilotsuz avtomobillər isə artıq 1-2 il ərzində bu mərhələyə çata bilər.
Vyetnamda Telegram qadağan olunub

Vyetnamda Telegram qadağan olunub
Vyetnamın Texnologiyalar Nazirliyi telekommunikasiya xidmətləri təchizatçılarına mesajlaşma tətbiqi olan Telegram-ın bloklanması ilə bağlı göstəriş verib.
Süni zəka əsaslı oyunlar: Elon Musk xAI Gaming-i təsis edib

Süni zəka əsaslı oyunlar: Elon Musk xAI Gaming-i təsis edib
Son xəbərlərə əsasən, Elon Musk-ın siyasi karyerası başa çatmaq üzrədir və görünür ki, məşhur milyarderin yeni layihələrə daha çox vaxt ayırmaq imkanı yaranacaq.
Elon Musk: "Süni zəka sahəsinin növbəti problemi elektrik enerjisinin çatışmazlığı olacaq"

Elon Musk: "Süni zəka sahəsinin növbəti problemi elektrik enerjisinin çatışmazlığı olacaq"
CNBC-yə verdiyi müsahibənin ikinci hissəsində Elon Musk, xAI startapının və ümumilikdə süni zəka sahəsinin inkişaf perspektivlərindən danışıb.
Həftənin xəbərləri

