OpenAI, 5 milyard dollarlıq zərərlə iflas edə bilər!
Tech-Biznes
29.07.2024
Farid Pardashunas
Süni intellekt sahəsində aparıcı şirkətlərdən biri olan OpenAI, böyük əməliyyat xərcləri səbəbindən 12 ay ərzində iflas ərəfəsində ola bilər. Şirkət, bu il 5 milyard dollarlıq zərər gözləyir.
OpenAI, əsasən Microsoft tərəfindən dəstəklənir. İndiyə qədər Microsoft-un OpenAI-a 13 milyard dollar sərmayə qoyması aysberqin yalnız görünən hissəsidir. Şirkətin süni intellekt modelləri də Microsoft-un serverlərində işləyir. Əvvəlki açıqlamalara görə, sadəcə ChatGPT-nin işlək vəziyyətdə saxlanması gündə 700.000 dollara başa gəlir və bu məbləğ, daha çox inkişaf etmiş modellərlə artmağa davam edir.
Bu kontekstdə, daha əvvəl açıqlanmayan maliyyə məlumatlarına əsaslanan hesabata görə, OpenAI 2024-cü ildə 5 milyard dollar itirəcək. Məlumatlara görə, şirkət daha çox kapital toplamasa, 12 ay ərzində öz likvidini istehlak edəcək və iflasla üzləşəcək. Hesabatda qeyd edilir ki, şirkət süni intellekt modellərinin hazırlanması üçün 7 milyard dollar və işçi heyəti üçün 1.5 milyard dollar xərcləmək yolundadır. Təkcə bu xərclər, rəqiblərinin 2024-cü il üçün xərc təxminlərini kilometrələrlə önünə keçir. Gəlir tərəfində bildirilir ki, OpenAI hər il ChatGPT-dən 2 milyard dollar və dil modellərinin (LLM) daxil olmaq haqqından əlavə 1 milyard dollar gəlir əldə edir. Bunların əməliyyat xərclərini əhatə etmədiyi vurğulanır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI SearchGPT adlı süni zəka əsaslı axtarış sistemini təqdim edib
OpenAI SearchGPT adlı süni zəka əsaslı axtarış sistemini təqdim edib
Hələ bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, OpenAI şirkəti süni zəka əsaslı axtarış sistemi üzərində çalışır. İndi isə bu məlumat öz təsdiqini tapıb.
Elon Musk, qlobal Windows kəsintisini ələ salıb!
Elon Musk, qlobal Windows kəsintisini ələ salıb!
Milyarder sahibkar Elon Musk, X hesabında paylaşdığı mem ilə Microsoft-un qlobal uğursuzluğunu tənqid edib.
OpenAI şirkəti GPT-4o Mini adlı yeni süni zəka modelini istifadəyə verib
OpenAI şirkəti GPT-4o Mini adlı yeni süni zəka modelini istifadəyə verib
OpenAI şirkəti hələ bir neçə müddət bundan öncə təqdim etmiş olduğu GPT-4o adlı süni zəka modelinin sadələşdirilmiş və əlçatan versiyasını təqdim edib.
Microsoft süni zəka vasitəsilə fotoların tərtibatı üçün Designer adlı yeni platformasını istifadəyə verib
Microsoft süni zəka vasitəsilə fotoların tərtibatı üçün Designer adlı yeni platformasını istifadəyə verib
Microsoft şirkəti fotoların tərtibatı və redaktəsi üçün nəzərdə tutulmuş süni zəka əsaslı Designer adlı platformasını istifadəyə verib.
OpenAI mülahizə aparmaq bacarığına sahib süni zəka üzərində çalışır
OpenAI mülahizə aparmaq bacarığına sahib süni zəka üzərində çalışır
Reuters saytının, OpenAI şirkətinin daxili sənədinə istinadən vermiş olduğu xəbərə əsasən şirkət yeni süni zəka sistemi üzərində çalışır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!