OpenAI mülahizə aparmaq bacarığına sahib süni zəka üzərində çalışır
Süni İntellekt
15.07.2024
Emil Nəcəfov
Reuters saytının, OpenAI şirkətinin daxili sənədinə istinadən vermiş olduğu xəbərə əsasən şirkət yeni süni zəka sistemi üzərində çalışır. Məlumatda qeyd edilib ki, Strawberry kod adını əldə etmiş bu layihə çərçivəsində hazırlanan yeni süni zəka sistemində tamamilə yeni üsuldan istifadə edilir. Belə ki, yeni süni zəka sisteminin əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, mülahizə etmək bacarığına sahibdir. Reuters tərəfindən əldə edilmiş şirkət daxili sənədin tarixini təyin etmək mümkün olmayıb. Lakin əldə edilmiş sənəddə şirkətin Strawberry kod adlı yeni süni zəka sistemini tədqiqatlarda necə istifadə edəcəyi barəsində məlumatlar əks olunub.
Məlumata əsasən şirkətin yeni süni zəka sistemi hazırlanma mərhələsindədir. Bundan əlavə olaraq onun kütləvi istifadəyə verilməsi üçün nə dərəcədə hazır olduğunu da təyin etmək mümkün olmayıb. Şirkət onu sirr olaraq saxlayır və hətta ona çıxış OpenAI daxilində belə ciddi şəkildə qorunur. Sənəddə Strawberry-nin suallara cavab verə bilməsi ilə yanaşı onun hansısa dərin tədqiqat üçün internetdə süni zəkaya naviqasiya planını tərtib etməsi bacarığından da bəhs edilir. Məlumata əsasən bu layihə üzərində işlər hələ keçən il aparılırdı və həmin vaxtda layihənin adı Q* idi. Sam Altman-ın OpenAI-dakı vəzifəsindən azad edilməsi isə adı qeyd edilmiş süni zəka sisteminin şirkət daxilində işə salınmasından və onun barəsində ilk nəticələrin əldə edilməsindən sonra baş vermişdi.
OpenAI şirkətinin iki anonim əməkdaşı Q* layihəsinin imkanlarının şahidi olduqlarını söyləyiblər. Onların sözlərinə əsasən süni zəka sistemi uğurlu şəkildə qəliz elmi suallara cavab verə və riyaziyyat tapşırıqlarının öhdəsindən gələ bilib. Reuters saytı bildirib ki, keçən həftənin çərşənbə günü şirkət daxilində ümumi iclas baş tutub və baş tutmuş iclasda yeni tədqiqat layihəsi sərgilənib. Çox güman ki, söhbət, insan səviyyəsində mülahizə aparmaq bacarığına sahib süni zəka sistemindən gedir. OpenAI şirkətinin anonim əməkdaşı iclasın baş tutduğunu təsdiqləsə də iclas çərçivəsində nəyin sərgilənmiş olduğu barəsində məlumat verməkdən imtina edib
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google DeepMind CEO-sunun sözlərinə görə, mövcud süni intellektlər bir pişik qədər ağıllı deyillər!
Google DeepMind CEO-sunun sözlərinə görə, mövcud süni intellektlər bir pişik qədər ağıllı deyillər!
Hansı süni intellekt şirkətindən soruşsanız, sistemlərinin çox ağıllı olduğunu deyəcəklər. Lakin, Google DeepMind CEO-sunun sözlərinə görə, indiki süni intellekt modellərinin IQ səviyyələri hətta bir ev pişiyi qədər yüksək belə deyil.
Çin süni zəka patentləri mövzusunda lider ölkəyə çevrilib
Çin süni zəka patentləri mövzusunda lider ölkəyə çevrilib
Ümumdünya İntellektual Mülkiyyət Təşkilatının (WIPO) vermiş olduğu məlumata əsasən Çin süni zəka sahəsində qeydiyyatdan keçirilmiş patentlərin sayı mövzusunda lider ölkəyə çevrilib.
OpenAI-nin ChatGPT-ə qoyduğu "gizli qaydalar" yanlışlıqla üzə çıxıb!
OpenAI-nin ChatGPT-ə qoyduğu "gizli qaydalar" yanlışlıqla üzə çıxıb!
ChatGPT, onda göndərilən "Hi" mesajına OpenAI-nin qoyduğu gizli təlimatlarla cavab verib. Beləliklə, OpenAI-nin ChatGPT-nin cavablarını necə məhdudlaşdırdığı aydın olub.
ElevenLabs, süni intellekt seçimlərinə dünyasını dəyişən məşhurların səslərini əlavə edib!
ElevenLabs, süni intellekt seçimlərinə dünyasını dəyişən məşhurların səslərini əlavə edib!
ElevenLabs, kitabları audioya çevirən Reader xidmətinə ölən məşhur adların səslərini əlavə etməyə başlayıb. Şirkət, bunun üçün müəllif hüquqlarının əldə edildiyini bildirib.
ABŞ mənbələri, ChatGPT-nin kiberhücumçular tərəfindən sındırıldığını iddia edirlər!
ABŞ mənbələri, ChatGPT-nin kiberhücumçular tərəfindən sındırıldığını iddia edirlər!
Hadisədən xəbərdar olan mənbələrə görə, OpenAI, bu ilin əvvəlində böyük məlumat pozuntusuna məruz qalıb. Bildirilib ki, haker, OpenAI-nin əməkdaşlarının mesajlarına və forumlarına giriş əldə edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ