Microsoft daha bir süni zəka startapı ilə sıx əməkdaşlığını elan edib
Tech-Biznes
27.02.2024
Emil Nəcəfov
Microsoft artıq OpenAI ilə sıx əməkdaşlıq edir. Belə ki, şirkət OpenAI-ya milyardlarla dollar investisiya yatırıb. İndi isə məlum olub ki, Microsoft süni zəka sahəsində fəaliyyət göstərən daha bir şirkət ilə sıx əməkdaşlığını elan edib. Söhbət, Mistral adlı şirkətdən gedir. İki şirkət arasındakı əməkdaşlığın şərtləri barəsində məlumat verilməyib. Lakin bəzi məlumatlara əsasən Microsoft sözügedən startapa 2 milyard avro investisiya yatırmağa hazırlaşır. Tərəflər arasındakı razılaşmaya əsasən Microsoft Mistral-ın minoritar hissəsini əldə edəcək. Bununla yanaşı Microsoft Mistral-ın açıq mənbəli koda sahib və kommersiya məqsədli dil modelləri üçün Microsoft Azure AI platformasından istifadə imkanını təqdim edəcək. OpenAI ilə əməkdaşlıq kimi Mistral ilə əməkdaşlıq da aparıcı böyük dil modellərinin yaradılmasına hədəflənib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft İspaniyanın süni zəka infrastrukturuna 2 milyard dollar investisiya yatıracaq
Microsoft İspaniyanın süni zəka infrastrukturuna 2 milyard dollar investisiya yatıracaq
Microsoft şirkəti növbəti bir neçə il ərzində 2 milyard dollarlıq investisiya sayəsində İspaniyadakı süni zəka infrastrukturunu genişləndirəcək.
Microsoft Almaniyanın süni zəka infrastrukturuna külli miqdarda investisiya yatıracaq
Microsoft Almaniyanın süni zəka infrastrukturuna külli miqdarda investisiya yatıracaq
Microsoft növbəti iki ildə Almaniyanın süni zəka və data mərkəz infrastrukturuna 3.2 milyard avro (3.4 milyard dollar) vəsait xərcləyəcəyinə söz verib.
OpenAI Google Search-ün analoqu üzərində çalışır
OpenAI Google Search-ün analoqu üzərində çalışır
Çoxlu sayda rəqib şirkətin olmasına baxmayaraq Google dünyanın ən məşhur axtarış sistemi olaraq qalır.
Hakerlər kiberhücumların təkmilləşdirilməsində böyük dil modellərindən istifadə etməyə başlayıblar
Hakerlər kiberhücumların təkmilləşdirilməsində böyük dil modellərindən istifadə etməyə başlayıblar
Microsoft və OpenAI şirkətləri bildiriblər ki, müxtəlif dövlətlərin hökumətləri tərəfindən dəstəklənən haker qruplaşmaları mövcud kiberhücum üsullarının təkmilləşdirilməsində müxtəlif çat-botların əsaslarını təşkil edən böyük dil modellərindən (Large Language Model / LLM) istifadə etməyə başlayıblar.
Çox köhnə prosessorlar Windows 11-in yeni versiyasını dəstəkləməyəcəklər
Çox köhnə prosessorlar Windows 11-in yeni versiyasını dəstəkləməyəcəklər
İnsayderlər Windows 11-in yeni test versiyasında vacib bir məlumatı aşkar ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!