Hakerlər kiberhücumların təkmilləşdirilməsində böyük dil modellərindən istifadə etməyə başlayıblar
Təhlükəsizlik
15.02.2024
Emil Nəcəfov
Microsoft və OpenAI şirkətləri bildiriblər ki, müxtəlif dövlətlərin hökumətləri tərəfindən dəstəklənən haker qruplaşmaları mövcud kiberhücum üsullarının təkmilləşdirilməsində müxtəlif çat-botların əsaslarını təşkil edən böyük dil modellərindən (Large Language Model / LLM) istifadə etməyə başlayıblar. “Kibercinayətkar qruplaşmaları, dövlət səviyyəsində təhlükə mənbəyinə çevrilmiş subyektlər və digər dələduzlar süni zəka texnologiyalarını araşdırır və test edirlər. Bu üsulla onlar sözügedən texnologiyaların öz əməliyyatları və yan keçməli olduqları təhlükəsizlik tədbirləri üçün potensial olaraq nə dərəcədə dəyərli olduqlarını qiymətləndirirlər” - deyə Microsoft qeyd edib.
Məlumatda qeyd edillib ki, hakerlər böyük dil modellərini faylların manipulyasiyaları, məlumatların seçilməsi və çox prosesli emal ilə əlaqəli olan proqram təminatı kodlarının tərtibatında istifadə edirlər. Onlar bunu müxtəlif əməliyyatlar ilə proseslərin avtomatlaşdırılması üçün edirlər. Məsələn Thallium adlı haker qruplaşması böyük dil modellərini açıq mənbə şəklində təqdim edilmiş sistem boşluqlarının və müxtəlif təşkilatların araşdırılmasında istifadə edirlər.
Bu cür üsulla haker qruplaşması fişinq (phishing) kiberhücumlarının keçirilməsi ssenarilərini tərtib edir. Curium adlı digər bir haker qruplaşması isə böyük dil modellərindən fişinq məqsədli məıktubların və hətta proqram təminatı kodlarının tərtibatında istifadə edir. Microsoft ilə OpenAI böyük dil modellərinin istifadəsi ilə reallaşdırılmış ciddi kiberhücuma hələ rast gəlməyiblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT istifadəçi tərəfindən qeyd edilən faktları yaddaşında saxlaya biləcək
ChatGPT istifadəçi tərəfindən qeyd edilən faktları yaddaşında saxlaya biləcək
OpenAI şirkəti ChatGPT-də yeni funksiyanın testinə start verib. Yeni funksiya çərçivəsində istifadəçi ChatGPT-dən bu və ya digər faktı yaddaşında saxlamağı istəyə bilər.
Çox köhnə prosessorlar Windows 11-in yeni versiyasını dəstəkləməyəcəklər
Çox köhnə prosessorlar Windows 11-in yeni versiyasını dəstəkləməyəcəklər
İnsayderlər Windows 11-in yeni test versiyasında vacib bir məlumatı aşkar ediblər.
OpenAI CEO-su süni zəka çiplərinin qlobal istehsalı layihəsinə 5-7 trilyon dollar investisiya cəlb etməyi hədəfləyib
OpenAI CEO-su süni zəka çiplərinin qlobal istehsalı layihəsinə 5-7 trilyon dollar investisiya cəlb etməyi hədəfləyib
OpenAI şirkətinin CEO-su Sam Altman süni zəka çiplərinin istehsalı üçün nəzərdə tutulmuş infrastrukturun yaradılması kimi irimiqyaslı layihəyə 5-7 trilyon dollar investisiya cəlb etməyi hədəfləyib.
Microsoft yenidən dünyanın ən bahalı şirkəti statusunu əldə edib
Microsoft yenidən dünyanın ən bahalı şirkəti statusunu əldə edib
Sonuncu dəfə Microsoft dünyanın ən bahalı şirkəti statusunu 2021-ci ildə qazanmışdı.
OpenAI yeni süni zəka sistemləri üzərində çalışır
OpenAI yeni süni zəka sistemləri üzərində çalışır
The Information saytının vermiş olduğu məlumata əsasən OpenAI şirkəti yeni proqram təminatı üzərində çalışır və hazırlanan bu yeni proqram təminatı daha öncə insanların iştiraklarını tələb edən daha çox tapşırığı yerinə yetirə biləcək.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!