main-post-cover

    Meta işçiləri süni zəka səbəbilə bonuslardan məhrum olublar

    Tech-Biznes
    21.02.2025
    Emil Nəcəfov
         Meta, əməkdaşları üçün səhmlər şəklində verilən mükafat ödənişlərini azaldıb. Bu qeyri-məşhur addım şirkətin süni zəka sahəsinə rekord xərclərinin artdığı bir dövrə təsadüf edib - bu il bu xərclərin 10 milyardlarla dollar olacağı gözlənilir. Meta hər il əməkdaşlarına səhmlər (equity refreshers) şəklində mükafatlar verir. Bu, onların əsas maaşları və illik pul bonusları ilə yanaşı, ümumi gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edir. Bu il əksər işçilərə səhmlər şəklində ödənilən mükafatların təxminən 10% azaldılacağı bildirilib.
         Lakin bu faiz göstəricisi konkret əməkdaşın çalışdığı şöbə və vəzifəsindən asılı olaraq dəyişə bilər. Şirkət bu mükafatların məbləğini bazar tendensiyalarına uyğun tənzimləyir, lakin yerli bazarda ən yüksək səviyyədə saxlamağa çalışır. Meta-nın baş direktoru Mark Zuzkerberg rüb hesabatına həsr olunmuş brifinqdə bildirib ki, süni zəkaya yönəldilmiş uzunmüddətli investisiyalar artıq bu il öz bəhrəsini verməyə başlayacaq. Bu sahədə Meta, OpenAI Microsoft kimi şirkətlərlə rəqabət aparır.
         Zuckerberg həmçinin qeyd edib ki, hazırda ABŞ prezidenti Donald Trump-ın administrasiyası ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Xatırladaq ki, Trump əvvəllər Meta-nı senzurada ittiham etmişdi. Bu ay Zuckerberg Ağ Evə səfər edərək Meta-nın ABŞ-ın qlobal texnoloji liderliyini dəstəkləmək üçün necə kömək edə biləcəyini müzakirə edib. Bundan əlavə, şirkət xərclərin optimallaşdırılması üçün ciddi kadr ixtisarları aparır. 2022 və 2023-cü illərdə Meta minlərlə əməkdaşını işdən çıxarıb. 2024-cü ilin fevralında isə şirkət daha 5% işçisini ixtisar edib. İşdən azad olunanlar əsasən aşağı iş göstəricilərinə malik əməkdaşlar olub. Meta 2026 və 2027-ci illərdə yüksək kadr dövriyyəsinə hazırlaşır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Facebook-da köhnə canlı yayım videoları silinəcək
    facebook-da-kohne-canli-yayim-videolari-silinecek
    Meta geberativ süni zəka mövzusunda LlamaCon adlı konfransını keçirəcək
    meta-geberativ-suni-zeka-movzusunda-llamacon-adli-konfransini-kecirecek
    Meta süni zəka əsaslı robotlar üzərində çalışmağa başlayıb
    meta-suni-zeka-esasli-robotlar-uzerinde-calismaga-baslayib
    Meta dünyanın ən uzun sualtı internet kabelini quraşdıracaq
    meta-dunyanin-en-uzun-sualti-internet-kabelini-qurasdiracaq
    Böyük İT şirkətlər bu il süni zəkaya 300 milyard dollardan çox investisiya yatıracaqlar
    boyuk-it-sirketler-bu-il-suni-zekaya-300-milyard-dollardan-cox-investisiya-yatiracaqlar