
Əfsanəvi investor Warren Buffett təqaüdə hazırlaşdığını elan edib
Tech-Biznes
05.05.2025
Emil Nəcəfov
Əfsanəvi investor Warren Buffett keçən həftənin sonunda açıqladı ki, 2025-ci ilin sonunda Berkshire Hathaway şirkətinin baş direktoru vəzifəsinə Greg Abel-in gətirilməsini şirkətin idarə heyətinə təklif edəcək. “Düşünürəm ki, artıq vaxt çatıb və ilin sonunda Greg şirkətin baş direktoru olmalıdır” - deyə Buffett şirkətin illik səhmdarlar yığıncağının sonunda bildirib. Eyni zamanda, 94 yaşlı Buffett bəyan edib ki, o, hansısa formada “ətrafda olacaq”.

O və Abel CNBC-yə bildiriblər ki, keçiriləcək idarə heyəti iclasında Buffett-in vəzifədən getdikdən sonra hansı formal rolda qalacağını müzakirə edəcəklər. Buffett daha əvvəl Abel-i - hal-hazırda Berkshire Hathaway-in sığorta olmayan əməliyyatlar üzrə sədr müavini - öz varisi kimi göstərmişdi, lakin Abel-in nə vaxt vəzifəni təhvil alacağını açıqlamamışdı. Texnologiya Buffett və Berkshire Hathaway-in investisiya etdiyi sahələrdən yalnız biri olsa da, şirkət bu sahəyə böyük investisiyalar yatırıb. Keçən il Apple səhmlərinin yarısını satmasına baxmayaraq, bu şirkət hələ də Berkshire Hathaway-in portfelinin 20%-dən çoxunu təşkil edir.
Mənbə: Techcrunch
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyanın ən zəngin 10 adamı, bir gündə 70 milyard dollar itirib!

Dünyanın ən zəngin 10 adamı, bir gündə 70 milyard dollar itirib!
Nəhəng şirkətlərin 2024-cü ilin ikinci rübü üçün balans hesabatları investorları sevindirməyib. Bu səbəbdən S&P 500-də çox kəskin enişlər yaşanıb.
Həftənin xəbərləri

