main-post-cover

    Dünyanın ən zəngin 10 adamı, bir gündə 70 milyard dollar itirib!

    Tech-Biznes
    25.07.2024
    Farid Pardashunas

         Nəhəng şirkətlərin 2024-cü ilin ikinci rübü üçün balans hesabatları investorları sevindirməyib. Bu səbəbdən S&P 500-də çox kəskin enişlər yaşanıb.

         İş dünyası üçün çox aktiv bir həftə keçirik. Bu dönəmdə xüsusilə texnologiya dünyasının nəhəngləri, son bir neçə gündür 2024-cü ilin ikinci rübü üçün balans hesabatlarını açıqlayırlar. Ancaq görünən odur ki, açıqlanan məlumatlar, investorları sevindirməyib. Buna görə də ABŞ fond bazarlarında ciddi sarsıntılar yaşanıb. İqtisadçılar, S&P 500NASDAQ-da 2022-ci ildən sonrakı ən kəskin enişin yaşandığını bildiriblər.
         Birjalardakı bu cür kəskin enişlər, ən çox da dünyanın ən zəngin insanlarına təsir edib. Bildiyiniz kimi, ən böyük sərvət mənbəyi səhmlərdir. Bu məzmunda, Forbes-in Real Time Billionaires List-nə əsasən dünyanın ən zəngin 10 adamının sərvətinin bir gündə necə əridiyinə baxacağıq. Uzun müddətdir ki, dünyanın ən varlı adamı adını qoruyub saxlayan Elon Musk, həm məbləğ, həm də nisbət baxımından ən çox pul itirən şəxs olub. Təbii ki, Tesla-nın səhmlərindəki enişin 12% civarında olmasını nəzərə alsaq, belə bir hadisənin niyə baş verdiyini anlamaq çətin deyil.
    MilyarderÜmumi sərvət1 Günlük Zərər
    Elon Musk231,6 milyard dollar17,1 milyard dollar (6,88%)
    Jeff Bezos198,6 milyard dollar5,2 milyard dollar (2,56%)
    Bernard Arnault179,4 milyard dollar10,8 milyard dollar (5,69%)
    Larry Ellison171,2 milyard dollar6 milyard dollar (3,41%)
    Mark Zuckerberg161,9 milyard dollar9,5 milyard dollar (5,53%)
    Larry Page143,1 milyard dollar7,2 milyard dollar (4,77%)
    Sergey Brin137,1 milyard dollar6,7 milyard dollar (4,67%)
    Warren Buffet136,4 milyard dollar312 milyon dollar (0,23%)
    Bill Gates132,5 milyard dollar1,8 milyard dollar (1,32%)
    Steve Ballmer126,4 milyard dollar3,8 milyard dollar (2,90%)
    ÜMUMİ 68,4 milyard dollar
         Böhranda ən az pul itirən şəxs, duayen investor Warren Buffett olub. Cəmi 312 milyon dollar itirən Buffet, olduqca geniş portfelə sahibdir. Vəziyyəti belə olduğu üçün texnologiya dünyasındakı böhran ən az Warren Buffet-ə təsir etmiş olub. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    5 ildir ertələnən yeni Tesla Roadster, 2025-ci ildə istehsala girəcək!
    5-ildir-ertelenen-yeni-tesla-roadster-2025-ci-ilde-istehsala-girecek
    Elon Musk, qlobal Windows kəsintisini ələ salıb!
    elon-musk-qlobal-windows-kesintisini-ele-salib
    Elon Musk, 2026-ci ilə qədər 1000 nəfərdən çox insana çip implantasiya etməyi hədəfləyir!
    elon-musk-2026-ci-ile-qeder-1000-nefer-insana-cip-implantasiya-etmeyi-hedefleyir
    Tesla avtopilotu Elon Musk-ın sürücülük təcrübəsi əsasında tənzimlənir
    tesla-avtopilotu-elon-musk-in-suruculuk-tecrubesi-esasinda-tenzimlenir
    Süni zəka əsaslı Grok çat-botunun təılimatlandırılmasının hansı qiymətə başa gəldiyi məlum olub
    suni-zeka-esasli-grok-cat-botunun-teilimatlandirilmasinin-hansi-qiymete-basa-geldiyi-melum-olub