5 ildir ertələnən yeni Tesla Roadster, 2025-ci ildə istehsala girəcək!
Nəqliyyat
24.07.2024
Farid Pardashunas
Tesla CEO-su Elon Musk, şirkətin maliyyə nəticələri zamanı verdiyi açıqlamada yeni Tesla Roadster modelinin 2025-ci ildə istehsala girəcəyini və mühəndislik addımlarının çoxunun tamamlandığını söyləyib.
Elon Musk, şirkətin maliyyə nəticələri zamanı Tesla Roadster modelinin 2025-ci ildə istehsala girəcəyini açıqlayıb. CEO, bu barədə açıqlamasında "Biz Roadster-də mühəndislik işlərinin çoxunu tamamladıq və düşünürəm ki, hələ də etmək istədiyimiz bəzi təkmilləşdirmələr var, lakin biz gələn il Roadster ilə istehsalda olacağımızı gözləyirik" deyə bildirib. Tesla Roadster 2, ilk dəfə 2017-ci ildə möhtəşəm şəkildə təqdim edilmiş və avtomobilin 2020-ci ildə buraxılacağı açıqlanmışdı. Əslində, avtomobil 50 min dollar depozit və 250.000 dollar gözlənilən qiymətlə əvvəlcədən sifarişlər üçün açılmışdı. Lakin bu məqamda ilkin planın 5 il gerisində qaldığı görünür.
Bu ilin əvvəlində Musk, ikinci nəsil yeni Tesla Roadster-in 0-dan 100 km/saata 1 saniyədən az müddətdə çıxa biləcəyini söyləmişdi. CEO, hətta avtomobil ilə bağlı kosmik şirkəti SpaceX ilə əməkdaşlıq ediləcəyini və 10 kiçik raket gücləndiricisinin avtomobilin ətrafına problemsiz şəkildə əlavə ediləcəyini bildirmişdi. Roadster təqdim edilən zaman Tesla, 3 elektrik mühərriki və 200 kWh-lıq batareya ilə avtomobilin 0-dan 100 km/saata 1.9 saniyəyə çatacağı sözünü vermişdi. Həmçinin, bu quraşdırma ilə Roadster-in bir şarjla 990 km yol qət edə biləcəyi də açıqlanmışdı. 2017-ci ildə təqdim edilən avtomobil, 4 nəfərlik idi, lakin orijinal konseptin ortaya çıxmasından sonra dizaynın əhəmiyyətli dərəcədə dəyişildyi ehtimal edilir. İkinci nəsil Roadster-in bu qədər gecikməsinin səbəblərindən biri də gecikmələrlə üzləşən və keçən il buraxılan Cybertruck pikapıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla-nın Optimus robotları yaxın gələcəkdə şirkət daxilində çalışmağa başlayacaqlar
Tesla-nın Optimus robotları yaxın gələcəkdə şirkət daxilində çalışmağa başlayacaqlar
Tesla şirkəti elektromobillər ilə yanaşı Optimus adlı insanabənzər robotların hazırlanması ilə də məşğul olur.
Elon Musk, qlobal Windows kəsintisini ələ salıb!
Elon Musk, qlobal Windows kəsintisini ələ salıb!
Milyarder sahibkar Elon Musk, X hesabında paylaşdığı mem ilə Microsoft-un qlobal uğursuzluğunu tənqid edib.
Tesla-nın Çindəki fabriki, hər 30 saniyədən bir "Model Y" avtomobili istehsal edir!
Tesla-nın Çindəki fabriki, hər 30 saniyədən bir "Model Y" avtomobili istehsal edir!
Bildirilir ki, Tesla, Gigafactory Shanghai-da 95% miqdarında avtomatlaşdırma istehsalına keçib. Əlavə olaraq, fabrikdə hər 30 saniyədən bir "Model Y" avtomobilinin istehsal edildiyi də söylənilir.
Tesla, "güllə keçirməz" Cybertruck üçün qalxan istehsal edib!
Tesla, "güllə keçirməz" Cybertruck üçün qalxan istehsal edib!
Tesla, bu gün nəhəng pikap yük maşını Cybertruck üçün istehsal etdiyi baqaj qalxanını təqdim edib. Bundan əlavə, Tesla, bir neçə yeni aksesuar təqdim edərək, "güllə keçirməz" kimi tanınan pikap yük maşınını daha davamlı hala gətirib.
Elon Musk, 2026-ci ilə qədər 1000 nəfərdən çox insana çip implantasiya etməyi hədəfləyir!
Elon Musk, 2026-ci ilə qədər 1000 nəfərdən çox insana çip implantasiya etməyi hədəfləyir!
Elon Musk, yenə iddialı bir açıqlama ilə gündəmə gəlib. Məşhur sahibkar, 2026-cı ilə qədər 1000-dən çox insana Neuralink beyin çiplərini implantasiya etməyi hədəflədiklərini açıqlayıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ