main-post-cover

    Donald Trump TikTok-un ABŞ-da qadağasını növbəti dəfə 75 günlüyünə təxirə salıb

    Tech-Biznes
    07.04.2025
    Emil Nəcəfov
         ABŞ Prezidenti Donald Trump TikTok sosial şəbəkəsinin ABŞ-da fəaliyyətinin qadağan olunmasına dair qərarın icrasını 75 gün müddətinə təxirə salıb. Keçən həftənin cümə günü Trump özünün Truth Social sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib ki, TikTok-un ABŞ biznes hissəsinin Çin şirkəti ByteDance-dən ayrılması üzrə razılaşmanın bağlanması üçün əlavə vaxt vermək məqsədilə sərəncam imzalayır. Bu elan qadağanın qüvvəyə minməsinə cəmi 1 gün qalmış verilib. “Administrasiyam TikTok-un xilas olunması üçün razılaşma üzərində çox ciddi şəkildə çalışıb və biz böyük irəliləyiş əldə etmişik. Razılaşmanın tam rəsmiləşməsi üçün daha çox iş görülməlidir, buna görə də TikTok-un fəaliyyətini daha 75 gün davam etdirməsi üçün sərəncam imzalayıram” - deyə Trump yazıb.
         Bu, Trump-ın TikTok-un ABŞ-da fəaliyyətinin qadağan olunmasına dair qərarın icrasını ikinci dəfə təxirə salmasıdır. ByteDance şirkətinin TikTok-un ABŞ aktivlərini satması üçün ilkin son tarix ötən il keçmiş prezident Joe Biden tərəfindən imzalanmış qanuna əsasən 19 yanvar olaraq müəyyən edilmişdi. Lakin ABŞ-ın yeni prezidenti kimi vəzifəsinin ilk günündə Trump sərəncam imzalayaraq şirkətə razılaşmanı yekunlaşdırmaq üçün əlavə 75 gün vaxt verdi. Bu qərardan əvvəl TikTok müəyyən müddətlik ABŞ-da istifadəyə bağlanmış, tətbiq isə AppleGoogle-un tətbiq mağazalarından silinmişdi. Lakin sərəncam imzalandıqdan sonra platformaya çıxış bərpa edildi.
         Bloomberg-in yazdığına görə, çərşənbə günü Tramp, Oracle, BlackstoneAndreessen Horowitz kimi şirkətlərin daxil olduqları investorlar konsorsiumunun təklifini nəzərdən keçirib. Bildirilir ki, bu təklif mümkün razılaşma üçün əsas namizəd hesab olunur. TikTok-un alınmasında Amazon, Perplexity, milyarder Frank McCourt-un Project Liberty konsorsiumu, Walmart, AppLovin və digər şirkətlər də maraqlı olduqlarını bildiriblər.Trump platformaya qoyulan qadağanın icrasını təxirə saldıqdan qısa müddət sonra ByteDance ABŞ hökuməti ilə TikTok-un ölkədə fəaliyyətini davam etdirmə imkanları barədə danışıqlar apardığını təsdiqləyib.
         Şirkətin cümə günü yayımladığı bəyanatda qeyd olunur ki, hələ bir sıra əsas məsələlər həll olunmalıdır və hər hansı razılaşma Çin qanunvericiliyinə uyğun şəkildə təsdiqlənməlidir. TikTok-un ABŞ-da fəaliyyətinə qoyulmuş qadağanın icrasının yeni təxirə salınması Trump-ın Çin üçün 34% həcmində yeni idxal tarifləri tətbiq etdiyini elan etməsindən bir neçə gün sonra baş verib.Daha əvvəl Trump bildirmişdi ki, gömrük rüsumları Çinlə TikTok mövzusunda aparılan danışıqlarda təzyiq vasitəsi kimi istifadə oluna bilər.
         “Ümid edirik ki, Çinlə konstruktiv əməkdaşlığı davam etdirəcəyik. Bildiyimə görə, Çin qarşılıqlı tariflərimizdən məmnun deyil (bu tariflər ABŞ və Çin arasında ədalətli və balanslı ticarət üçün zəruridir!). Bu bir daha sübut edir ki, tariflər ən güclü iqtisadi vasitədir və milli təhlükəsizliyimiz üçün son dərəcə vacibdir! Biz istəmirik ki, TikTok ‘kölgəyə çəkilsin’. TikTok və Çinlə razılaşmanın bağlanması məsələsində əməkdaşlığa böyük ümid bəsləyirik” - deyə Trump, TikTok-un qadağasına verilən möhlətin uzadılması ilə bağlı açıqlamasında qeyd edib.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Donald Trump, TikTok ilə bağlı razılaşmanın əldə edilməsinə yaxın olduqlarını bildirib
    donald-trump-tiktok-ile-bagli-razilasmanin-elde-edilmesine-yaxin-olduqlarini-bildirib
    Avropa Birliyi TikTok-u 500 milyon avro cərimələyəcək
    avropa-birliyi-tiktok-u-500-milyon-avro-cerimeleyecek
    ABŞ-ın yeni tarifləri səbəbilə dünyanın ən varlı şəxsləri 1 gündə 208 milyard dollar itiriblər
    abs-in-yeni-tarifleri-sebebile-dunyanin-en-varli-sexsleri-1-gunde-208-milyard-dollar-itiribler
    Donald Trump-ın yeni idxal rüsumları böyük şirkətlərin səhmlərinin dəyərini aşağı salıb
    donald-trump-in-yeni-idxal-rusumlari-boyuk-sirketlerin-sehmlerinin-deyerini-asagi-salib
    TikTok-un potensial alıcıları siyahısına Amazon da qoşulub
    tiktok-un-potensial-alicilari-siyahisina-amazon-da-qosulub