main-post-cover

    Avropa Birliyi TikTok-u 500 milyon avro cərimələyəcək

    Tech-Biznes
    04.04.2025
    Emil Nəcəfov
         ByteDance şirkəti, yəni qısa videolar platforması olan TikTok-un sahibi, Avropa istifadəçilərinin məlumatlarını Çinə qanunsuz ötürdüyünə görə 500 milyon avro cərimələnə bilər. İrlandiyanın Məlumatların Qorunması Komissiyası bu cərimə ilə bağlı qərarı bu ayın sonuna qədər elan etməyi planlaşdırır. Bu barədə Bloomberg öz məlumatlı mənbələrinə istinadən xəbər yayıb. Xəbərdə qeyd olunur ki, cərimə qərarı uzunmüddətli araşdırma nəticəsində qəbul edilib.
         Araşdırma zamanı müəyyən edilib ki, TikTok Avropa Birliyinin Ümumi Məlumatların Qorunması Qaydalarını (GDPR) pozaraq Avropa istifadəçilərinin məlumatlarını Çinə ötürür və həmin məlumatlara ByteDance əməkdaşları tərəfindən çıxış əldə oluna bilər. Bu cərimə, GDPR tarixində ölçüsünə görə üçüncü ən böyük cərimə ola bilər. Daha əvvəl Meta Platforms qaydaların pozulmasına görə 1.2 milyard avro, Amazon isə 746 milyon avro məbləğində cərimələnmişdi. Qeyd olunur ki, cərimənin dəqiq məbləği və tətbiq olunma vaxtı hələ təsdiqlənməyib, buna görə də dəyişə bilər.
         Eyni zamanda, tənzimləyici orqan TikTok-un Avropa istifadəçilərinin məlumatlarını Çində emal etməsini qadağan etməyi planlaşdırır. TikTok-a qarşı mümkün cərimə ilə bağlı məlumatlar Avropa Birliyində ByteDance şirkətinə ABŞ hökuməti tərəfindən verilmiş müddətin başa çatmasına az qalmış ortaya çıxıb - bu müddət ərzində TikTok-un Amerika bölməsini satmalı olduğu tələb olunur. Bu biznesi almağa son iddiaçı isə Amazon olub. Şirkət Ağ Evə məktub göndərərək TikTok-u almağa hazır olduğunu bildirib.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    TikTok-un potensial alıcıları siyahısına Amazon da qoşulub
    tiktok-un-potensial-alicilari-siyahisina-amazon-da-qosulub
    Instagram analoqu olan TikTok Notes-un fəaliyyəti dayandırılacaq
    instagram-analoqu-olan-tiktok-notes-un-fealiyyeti-dayandirilacaq
    Donald Trump, TikTok ilə bağlı razılaşmanı bu gün müzakirə edə bilər
    donald-trump-tiktok-ile-bagli-razilasmani-bu-gun-muzakire-ede-biler
    TikTok-un yaradıcısı Çinin ən varlı şəxsinə çevrilib
    tiktok-un-yaradicisi-cinin-en-varli-sexsine-cevrilib
    ABŞ hökuməti TikTok-un alınması mövzusuna Oracle şirkətini cəlb etməyi planlaşdırır
    abs-hokumeti-tiktok-un-alinmasi-movzusuna-oracle-sirketini-celb-etmeyi-planlasdirir