
Bitcoin ilə artıq sürətlə gəlir əldə etmək olmur
Tech-Biznes
04.07.2025
Emil Nəcəfov
Yüksək volatillik uzun müddət bitcoinin əsas xüsusiyyətlərindən biri olub və sürətli qazanc əldə etmək istəyən investorları cəlb edib. Lakin bu amil tədricən aradan qalxır. Bu ilin böyük bir hissəsində aparıcı kriptovalyuta olduqca dar qiymət intervalında ticarət olunur. Artıq bitcoinin kəskin qiymət dəyişikliklərindən qazanc əldə etmək mümkün deyil və indi bitcoin fərqli tip investorları cəlb edir. “Bitcoin getdikcə daha az spekulyativ olur və daha çox riskli makroaktivə çevrilir” - Bloomberg bu fikri GSR kriptovalyuta investisiya fondunun analitiki Michael Longoria-nın sözlərinə istinadən bildirib. 2009-cu ildə ilk dəfə ortaya çıxdıqda bitcoin arbitraj və istiqamətli əməliyyatlar vasitəsilə sürətli qazanc əldə etmək istəyən treyderlər üçün cəlbedici idi. Lakin volatilliyin azalması ilə bir çoxları üçün qazanc imkanları da daralır. Bu il bitcoin təxminən 17% bahalaşıb, halbuki əvvəlki 2 ilin hər birində onun dəyəri 2 dəfə artmışdı.

Son 2 ay ərzində bitcoinin məzənnəsi təxminən 93 000-111 000$ aralığında dəyişib - bu, son illərin ən dar diapazonlarından biridir. Əvvəllər tez-tez bir gün ərzində 5-10% arası sıçrayışlar müşahidə olunurdu və bu dəyişikliklər növbəti sessiyada dərhal kompensasiya olunurdu. Hazırda bitcoin 109 866$-dan ticarət olunur ki, bu da əvvəlki günlə müqayisədə 1.88% yüksəkdir. Deribit birjasında BTC-nin volatillik indeksinə əsasən, bitcoinin dolayı volatilliyi son 2 ilin minimum səviyyəsinə enib. Dolayı volatilliyin artması adətən treyderlərin qiymət istiqaməti ilə bağlı qeyri-müəyyənlik yaşadıqlarını göstərir: bazar iştirakçıları mövcud mövqelər üçün sığorta və ya qiymət dəyişmələrindən qazanc əldə etmək hüququ üçün daha çox ödəməyə hazır olurlar. Aşağı volatillik göstəriciləri isə stabillik gözləntilərindən xəbər verir. Bitcoinin sabitliyi onun son illərdə institusional investorları cəlb etməsi ilə bağlıdır - məsələn, korporativ xəzinə əməliyyatları və ya ABŞ-da birja fondları (ETF) vasitəsilə.

2024-cü ilin yanvarında istifadəyə verildiyi vaxtdan etibarən ETF-lər təxminən 54 milyard dollar həcmində xalis investisiya cəlb ediblər. Yalnız MicroStrategy şirkətinin hazırda təxminən 60 milyard dollar dəyərində kriptovalyutası var. Glassnode-un son hesabatı isə tranzaksiyaların həcminin azalması və hesablaşmaların dəyərinin artmasını göstərərək onu təsdiqləyir ki, əvvəllər fərdi investorlarla başlayan bazarlarda indi varlı institusional investorlar üstünlük təşkil etməyə başlayıblar. Bəzi ekspertlər bu sakitliyi bitcoin sahiblərinin dəyişən strategiyası ilə əlaqələndirirlər. Onlar artıq kriptovalyutanın partlayıcı qiymət artım perspektivlərinə daha ehtiyatla yanaşırlar. Getdikcə daha çox bitcoin sahibi, gəlir əldə etmək məqsədilə, sahib olduqları bitcoinlər üzərində kol opsionlar (satış hüququ verən maliyyə alətləri) buraxır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka enerji sərfiyyatına görə bitcoin mayninqini geridə qoyacaq

Süni zəka enerji sərfiyyatına görə bitcoin mayninqini geridə qoyacaq
2025-ci ilin sonuna qədər süni zəka ilə bağlı resursların enerji istehlakı üzrə bitcoin mayninqini geridə qoya biləcəyi ehtimal olunur. Bu nəticəyə Amsterdam Azad Universitetinin Ekoloji Tədqiqatlar İnstitutunun aspirantı Alex de Vries-Gao öz araşdırması əsasında gəlib.
2 pizza üçün 10 000 bitcoinin ödənildiyi gündən 15 il ötür

2 pizza üçün 10 000 bitcoinin ödənildiyi gündən 15 il ötür
2010-cu il mayın 22-də kriptomayner Laszlo Hanyecz bitcoin ilə qeydə alınmış ilk kommersiya əməliyyatını həyata keçirdi. O, iki Papa John's pizzasına görə 10 000 BTC ödədi.
Bitcoinin qiyməti 111 000$-ı keçib

Bitcoinin qiyməti 111 000$-ı keçib
Bitcoin yeni rekord müəyyənləşdirib. Bu gün o, tarixi maksimuma çataraq 111 861$-a yüksəlib, daha sonra isə bir qədər düzəliş edərək 111 368$ düşüb.
Kriptovalyuta ovçuları fiziki zorakılıq üsuluna keçid ediblər

Kriptovalyuta ovçuları fiziki zorakılıq üsuluna keçid ediblər
Əksər kriptovalyutaların məzənnəsi artır və bir çox kriptoaktiv sahibi onları hakerlərdən qorumaq məqsədilə "soyuq" portmanatlara (kriptovalyutaları ofline rejimdə saxlayan elektron portmanatlar) köçürməyə başlayıb.
2021-ci ildən satışa çıxarılmış kriptovalyutaların yarıdan çoxu uğursuz olub

2021-ci ildən satışa çıxarılmış kriptovalyutaların yarıdan çoxu uğursuz olub
CoinGecko-nun araşdırma nəticələrinə görə, son illərdə mərkəzləşdirilməmiş birjalarda ticarət olunan kriptovalyutaların yarıdan çoxu uğursuzluğa düçar olub.
Həftənin xəbərləri

