
Kriptovalyuta ovçuları fiziki zorakılıq üsuluna keçid ediblər
Təhlükəsizlik
20.05.2025
Emil Nəcəfov
Əksər kriptovalyutaların məzənnəsi artır və bir çox kriptoaktiv sahibi onları hakerlərdən qorumaq məqsədilə "soyuq" portmanatlara (kriptovalyutaları offline rejimdə saxlayan elektron portmanatlar) köçürməyə başlayıb. Cinayətkar aləm bu strategiyaya tez reaksiya verib. Qorxutma, hədə-qorxu, fiziki hücum, oğurluq və işgəncə ilə kriptovalyutaya çıxış əldə etməyə yönəlmiş halların sayı artıb. Kriptovalyuta şirkətlərinin rəhbərlərinə və onların ailə üzvlərinə qarşı həyata keçirilmiş bir sıra cinayət hadisələri barədə məlumat verilir. Bu cür hadisələr “açarla hücumlar” (wrench attacks) adlandırılır, çünki cinayətkarlar qurbanları kriptovalyutanı köçürməyə məcbur etmək üçün fiziki zorakılıq və təhdidlərə əl atırlar.

Əvvəllər kriptoaktiv sahibləri üçün əsas risk onlayn sındırma (haker hücumu) hesab edilirdisə, rəqəmsal təhlükəsizlik səviyyəsinin artması ilə cinayətkarlar getdikcə daha çox fiziki hücuma üstünlük verməyə başlayıblar. Ən çox qurbanlar internetdə var-dövlətini nümayiş etdirən ictimai şəxslər olur. Məsələn, avstraliyalı kriptomilyarder Estoniyada oğurluq cəhdindən son anda qurtulub - özlərini boyaqçı kimi təqdim edən cinayətkarlardan müdafiə edə bilib. Hyustonda isə kriptoinflyuenser öz evində baş vermiş atışmalı qarət hadisəsinin qurbanı olub. Başqa bir hadisədə isə cinayətkarlar, həyat tərzini sosial şəbəkələrdə nümayiş etdirməklə tanınan fransız streamerin atasını oğurlayıblar.

Ledger kriptovalyuta şirkətinin təsisçiləri də silahlı şəxslər tərəfindən oğurlanıb, onlardan 10 milyon avro məbləğində fidyə tələb olunub. Həmin hadisədə təsisçilərdən birinin barmağı da kəsilib. Kriptoaktiv sahiblərinin narahatlığı Coinbase kriptobirjasının müştəri məlumatlarının sızmasından sonra daha da artıb. Bu sızma 97 000 insanı əhatə edib. Bundan əlavə, Ledger aparat portmanatların istehsalçısının sındırılması nəticəsində 272 000 müştərinin adı, e-poçt ünvanı və fiziki ünvanı ictimaiyyətə sızıb. Genesis kriptovalyuta şirkətinin müflis olmasından sonra, onun kreditorlarının şəxsi məlumatları da Kroll konsaltinq şirkətinin sisteminin sındırılması nəticəsində hakerlərin əlinə keçib.
Cinayətkarlar bu cür məlumat sızmalarından aktiv şəkildə yeni qurbanlar axtarmaq üçün istifadə edirlər. Əksər hücumlar isə distant - messencerlər vasitəsilə təşkil olunur, bu da istintaqı xeyli çətinləşdirir. Bəzi hücumlar isə həvəskarlar tərəfindən həyata keçirilir və onları tez bir zamanda yaxalamaq mümkün olur. Lakin hüquq-mühafizə orqanları narahatedici bir tendensiyanı vurğulayırlar: Bu cür sxemlərə getdikcə daha çox təşkilatlanmış cinayətkar qruplar qoşulmağa başlayır. Kibercinayətkarlar sızmış məlumat bazalarını effektiv şəkildə analiz etməyi öyrəniblər. Onlar məlumatlar arasında əlaqələri müəyyənləşdirir və əlavə məlumatları pullu mənbələrdən əldə edirlər.

Bu məlumatlar isə daha sonra qurbanı qorxutmaq və təzyiq göstərmək üçün istifadə olunur. Kriptocəmiyyətin üzvləri şəxsi məlumatların məxfiliyinin nə qədər vacib olduğunu anlamağa başlayıblar. Bir çoxları sosial şəbəkələrdəki hesablarını bağlı profil rejiminə keçirib, yaşayış yeri və ailə ünvanları ilə bağlı açıq mənbələrdəki məlumatları silməyə çalışıblar. Lakin bu, hələ də asan məsələ deyil. Təəssüf ki, son onilliklər ərzində istifadəçilər özləri internetdə böyük həcmdə şəxsi məlumatlar yayıblar. Buna müxtəlif təşkilat və şirkətlərdən vaxtaşırı baş verən kütləvi məlumat sızmalarını da əlavə etsək, aydın olur ki, cinayətkarların kriptovalyuta aktivlərinin izinə düşməsi üçün hələ də kifayət qədər imkanları qalır.
Mənbə: The Wall Street Journal
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
2021-ci ildən satışa çıxarılmış kriptovalyutaların yarıdan çoxu uğursuz olub

2021-ci ildən satışa çıxarılmış kriptovalyutaların yarıdan çoxu uğursuz olub
CoinGecko-nun araşdırma nəticələrinə görə, son illərdə mərkəzləşdirilməmiş birjalarda ticarət olunan kriptovalyutaların yarıdan çoxu uğursuzluğa düçar olub.
Şimali Koreya dünyada ən çox bitcoinə sahib üçüncü ölkə olub

Şimali Koreya dünyada ən çox bitcoinə sahib üçüncü ölkə olub
Şimali Koreya, ABŞ və Böyük Britaniyadan sonra dünyada ən çox bitcoinə sahib olan üçüncü ölkə olub. Bu barədə Times qəzeti Arkham Intelligence analitiklərinə istinadən məlumat verib.
Donadl Trump ABŞ-ın bitcoin əsaslı strateji kriptovalyuta ehtiyatının yaradılması sərəncamını verib

Donadl Trump ABŞ-ın bitcoin əsaslı strateji kriptovalyuta ehtiyatının yaradılması sərəncamını verib
Həftənin sonuna doğru ABŞ prezidenti Donald Trump strateji kriptovalyuta ehtiyatının yaradılması haqqında vəd etdiyi fərmanı imzaladı. Bu ehtiyat bitcoin hesabına artırılacaq, ayrıca formalaşdırılan rəqəmsal aktiv ehtiyatı isə digər kriptovalyutalarla da tamamlanacaq.
Donald Trump milli kriptovalyuta ehtiyatının yaradılmasını elan edib

Donald Trump milli kriptovalyuta ehtiyatının yaradılmasını elan edib
Ötən həftə ABŞ prezidenti Donald Trump ölkənin yeni hökumətinin kriptovalyuta əməliyyatlarında iştirakı ilə bağlı strategiyasına aydınlıq gətirmişdi. Əvvəllər Trump yalnız dövlətin müəyyən həcmdə rəqəmsal aktivlər ehtiyatı saxlamasını dəstəkləyirdisə, indi o, bir neçə kriptovalyutanı əhatə edən tam hüquqlu bir ehtiyatın yaradılacağını elan edib.
Bybit oğurlanmış vəsaitlərin qaytarılmasında yardım üçün 140 milyon dollar mükafat veriləcək

Bybit oğurlanmış vəsaitlərin qaytarılmasında yardım üçün 140 milyon dollar mükafat veriləcək
Keçən həftə hakerlər Sinqapurun Bybit kriptobirjasına hücum edərək 1.4 milyard dollardan çox dəyərə sahib rəqəmsal aktiv oğurlayıblar. İndi isə şirkət informasiya təhlükəsizliyi sahəsində çalışan mütəxəssisləri və şirkətləri oğurlanmış vəsaitlərin axtarışı və bərpası proqramına qoşulmağa çağırıb və bərpa olunan məbləğin 10%-ə qədərini mükafat kimi ödəməyi vəd edib.
Həftənin xəbərləri

