Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir
Tech-Azərbaycan
11.12.2025
Sevinc Miralızadə
Kapital Bank “Dayan, düşün, dəqiqləşdir” kampaniyası çərçivəsində kiberdələduzluqla mübarizə mövzusunda maarifləndirici təlimlərini davam etdirir. Gəncə şəhərində yerləşən ali məktəblərin ardından bank nümayəndələri bu dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qonaq olublar. Universitetin akademik heyəti üçün təşkil edilən təlim ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayevin çıxışı ilə başlayıb. O, çıxışında rəqəmsal mühitdə təhlükəsizlik məsələlərinin aktuallığını vurğulayaraq, bu kimi təşəbbüslərin əməkdaşların məlumatlılığının artırılmasında mühüm rol oynadığını bildirib.
Daha sonra Kapital Bank-ın Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov kiberdələduzluğun geniş yayılan formaları və gündəlik əməliyyatlar zamanı diqqət edilməli məqamlar haqqında danışıb. Bankın Təhlükəsizlik Departamentinin direktor müavini Emil Qasımov isə son dövrlərdə artan fırıldaqçılıq halları, istifadəçilərin qarşılaşdığı risklər və Kapital Bank tərəfindən həyata keçirilən qabaqlayıcı təhlükəsizlik tədbirləri haqqında iştirakçılara məlumat verib.
Tədbirin yekununda keçirilən interaktiv sual-cavab sessiyasında isə bank nümayəndələri auditoriyanı maraqlandıran suallara aydınlıq gətirib.
Qeyd edək ki, maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxlərlə paylaşmaması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmayaq ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici nömrədən zəng edə bilməz. Kapital Bank adından zəng edən şəxslərin isə bank əməkdaşı olub olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün müştərilər zəng edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq edən mesaj tələb edə bilər. O həqiqətən bank əməkdaşıdırsa vətəndaş Birbank mobil tətbiqində bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”. Mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu
Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu
Qafqazın ilk rəqəmsal ekosistemi Bir, müştərilərinin həyatını asanlaşdırmağa davam edir. Belə ki, ötən ay ərzində ekosistem brendləri nəqliyyatdan, rəqəmsal ödənişlərədək bir çox yeniliklərlə müştərilərini sevindirib.
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Kredit kartları müasir insanın gündəlik həyatının vacib bir hissəsidir. Birbank Star isə təqdim etdiyi şərtlərlə istifadəçilərə rahat maliyyə əlçatanlığı təqdim edir.
Kreditinizi Birbank-a gətirin, 3% Yeni il endirimi qazanın
Kreditinizi Birbank-a gətirin, 3% Yeni il endirimi qazanın
Birbank digər banklarda kredit öhdəliyi olan müştərilər üçün əsl bayram hədiyyəsi edir.
Birbank-la “Əfsanə günlər”də 20%-dək endirimdən faydalanın
Birbank-la “Əfsanə günlər”də 20%-dək endirimdən faydalanın
27 noyabr–2 dekabr tarixlərində Trendyol-dan alış-veriş edənlər “NOYABR20” promokodu ilə 20%-dək endirim qazanacaqlar.
Birbank Yığım hesabı: Pulunuz hər gün gəlir gətirir
Birbank Yığım hesabı: Pulunuz hər gün gəlir gətirir
Birbank Yığım hesabı ilə müştərilərin pul vəsaitlərini idarə etmək və gəlir əldə etməklə bağlı stereotiplərini qırır.
Həftənin xəbərləri