Birbank Yığım hesabı: Pulunuz hər gün gəlir gətirir
Tech-Azərbaycan
28.11.2025
Sevinc Miralızadə
Birbank Yığım hesabı ilə müştərilərin pul vəsaitlərini idarə etmək və gəlir əldə etməklə bağlı stereotiplərini qırır. Bankın bu sərfəli məhsulu istifadəçilərə illik 7% gəlir qazanmaq, üstəlik hesablanmış faizə də faiz əldə etmək şansı yaradır. Dollar valyutası üzrə isə bu qazanc illik 2.5%-dir. Yığım hesabının ən böyük özəlliyi isə gəlirlərin gündəlik hesablanmasıdır. Yəni, müştərilər vəsaitin hesabda qaldığı hər gün daha çox qazanırlar.
Məhsulun şərtləri olduqca sadə və rahatdır. Minimum məbləğ tələbi yoxdur, hesabı hətta 0.00 AZN/USD ilə də açmaq mümkündür. Hesaba istənilən zaman əlavə vəsait yatırmaq sərbəstdir. Faiz gəliri gündəlik hesablanır və günün sonunda balansa yüklənir. Eyni zamanda qazanılan faiz gəlirinə də faiz hesablanaraq qazancı daha da artırır. Ən əsası isə pulu istənilən an heç bir faiz və ya komissiya ödəmədən çıxarmaq mümkündür. Bütün bu proseslərə isə müştərilər Birbank mobil tətbiqi ilə rahat və etibarlı şəkildə nəzarət edə bilərlər.
Bu məhsul xüsusilə uzunmüddətli depozit hesabı açmaq istəməyən, aşağı risklə yüksək gəlir qazanmağı hədəfləyən hər kəs üçündür. Minimum məbləğ tələbinin olmaması onu hamı üçün əlçatan edir. Birbank Yığım hesabı müştərilərə büdcələrini səmərəli idarə etmək, aylıq və ya illik gəlirlərdən asılı olmayaraq, vəsaitlərini istədikləri zaman artırmaq şansı verir. Hesabı sizə ən yaxın Birbank filialından və ya Birbank mobil tətbiqində “Əmanətlər” bölməsinə keçərək “Yığım hesabı aç” seçimi ilə asanlıqla açmaq mümkündür.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Birbanklı olmaq üstünlükdür
Birbanklı olmaq üstünlükdür
Kapital Bank yerli maliyyə bazarında yenilikçi yanaşması ilə milyonlarla müştərisinə əlverişli və sərfəli innovativ həllər təqdim edir.
“Black Friday”də Birbank taksit kartları ilə 70%-dək endirimlə alın, 24 ayadək taksitlə ödəyin
“Black Friday”də Birbank taksit kartları ilə 70%-dək endirimlə alın, 24 ayadək taksitlə ödəyin
30 noyabr tarixinədək Birbank taksit kartları ilə partnyorlarda ödənişlər 70%-dək endirim qazandırır.
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
Birbank Yeni il lotereyası ilə müştərilərinə Sea Breeze-də mənzil və minlərlə hədiyyə qazanmaq fürsəti yaradır.
Birbank və Visa-dan yeni kampaniya: “Disneyland® Paris”ə səyahət şansı
Birbank və Visa-dan yeni kampaniya: “Disneyland® Paris”ə səyahət şansı
Ölkənin ilk rəqəmsal bankı Birbank, Visa şirkətinin dəstəyi ilə müştərilərinə unikal təcrübə yaşadacaq yeni kampaniyaya start verir.
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
Birbank Biznes sahibkarlar üçün nəzərdə tutulmuş Visa Sahibkar kartını daha sərfəli şərtlərlə təqdim edir.
Həftənin xəbərləri