Wikipedia-da süni zəka tərəfindən tərtib edilmiş saxta məlumatların sayı artıb
Süni İntellekt
11.10.2024
Emil Nəcəfov
İstifadəçilərin ChatGPT və ona bənzər digər süni zəka sistemlərindən istifadə edərək mənasız və yoxlanılmamış məlumatları tərtib edib onları Wikipedia-da paylaşmaları səbəbilə bu rəqəmsal ensiklopediya sözün əsl mənasında böhran yaşayır. Lakin süni zəka texnologiyalarının günü-gündən daha da məşhurlaşmalarını nəzərə alsaq, bu, gözlənilən bir hal idi. Məlumata əsasən bu problemin aradan qaldırılması istiqamətində WikiProject AI Cleanup adlı layihə ərsəyə gətirildi.
Bu, generativ süni zəka tərəfindən tərtib edilmiş saxta məlumatları axtaran, redaktə edən və onları silən könüllü şəxslərdən ibarət qrupdur. Bu qrupun təsisçilərindən biri olan Ilyas Lebleu-nun sözlərinə əsasən mövcud problem Wikipedia redaktorları və istifadəçilərinin müəyyən məqalələrdə süni zəka tərəfindən tərtib edilmiş mətnlərin olduqlarını aşkar etdikdən sonra məlum olub. Aşkar edilmiş həmin mətnlərdən bəzilərinin ChatGPT vasitəsilə təkrar tərtib edilməsinin mümkün olmasından sonra bu problem öz təsdiqini tapdı.
“Biz, mətnlərin qeyri-adi tərzə sahib olduqlarına nəzər yetirdik. Adi insan adətən yazıları belə tərzdə yazmır. Daha sonra biz həmin mətnləri təkrar şəkildə ChatGPT vasitəsilə tərtib edə bildik. Nəticədə məlum olub ki, Wikipedia süni zəka tərəfindən tərtib edilmiş mətnlərə sahibdir. Məhz bundan sonra biz bu problemi aradan qaldırmağa istiqamətlənmiş qrupu yaratdıq” - deyə Ilyas Lebleu qeyd edib.
Lakin problem təkcə yeni məqalələrdə deyil. Belə ki, elə istifadəçilər var ki, artıq mövcud olan məqalələrə süni zəka tərəfindən tərtib edilmiş mətnləri əlavə edirlər. Təbii ki, burda əsas problem Wikipedia-nın özündədir. Belə ki, bu rəqəmsal ensiklopediya istənilən istifadəçiyə redaktor olma imkanını təqdim edir. Məhz bu səbəbdən bir çox universitet öz tələbələrinə Wikipedia-nı rəsmi mənbə kimi qeyd etməyi qadağan edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə!
Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə!
Bu gün artıq süni intellekt və rəqəmsal texnologiyalar müasir həyatın və maliyyə bazarının əsas hərəkətverici qüvvələrindəndir. Bu texnologiyalar bir çox sahədə olduğu kimi maliyyə sektorunda da əməliyyatları səmərəliləşdirməyə, məlumatların təhlilini sürətləndirməyə və müştəri xidmətlərini fərdiləşdirməyə imkan verir.
Minaların yerlərini təyin edən süni zəka əsaslı sistem hazırlanıb
Minaların yerlərini təyin edən süni zəka əsaslı sistem hazırlanıb
Azərbaycan 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra daha öncə işğal altında olmuş torpaqlarda yerləşdirilmiş mina problemindən əziyyət çəkməkdə davam edir.
Meta, Ray-Ban eynəklərilə çəkilmiş fotoların süni intellektin inkişafı üçün istifadə ediləcəyini bildirib!
Meta, Ray-Ban eynəklərilə çəkilmiş fotoların süni intellektin inkişafı üçün istifadə ediləcəyini bildirib!
Meta-nın verdiyi son açıqlamalara görə, Ray-Ban ilə çəkilmiş bütün foto və videolar süni intellekt modellərini inkişafı üçün istifadə olunacaq.
Meta videolar tərtib etməyi bacaran Movie Gen adlı süni zəka sistemini təqdim edib (VİDEO)
Meta videolar tərtib etməyi bacaran Movie Gen adlı süni zəka sistemini təqdim edib (VİDEO)
Meta şirkəti mətn formatında təsvirlər əsasında videolar tərtib edə bilən süni zəka sistemini təqdim edib. Şirkətin bu yeni süni zəka sistemi Movie Gen adlanır.
Süni intellekt önümüzdəki 10 il ərzində yox olacaq peşələri açıqlayıb!
Süni intellekt önümüzdəki 10 il ərzində yox olacaq peşələri açıqlayıb!
Son illərdə süni intellekt sahəsində əldə edilən böyük irəliləyişlər həyatın demək olar ki, hər sahəsində əhəmiyyətli faydalar təmin edir. Bəs, yaxın 10 il ərzində yoxa çıxacaq peşələr hansılardır?
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!