main-post-cover

    Minaların yerlərini təyin edən süni zəka əsaslı sistem hazırlanıb

    Süni İntellekt
    08.10.2024
    Emil Nəcəfov
         Azərbaycan 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra daha öncə işğal altında olmuş torpaqlarda yerləşdirilmiş mina problemindən əziyyət çəkməkdə davam edir. Müharibədən sonrakı dövrdə sivil insanların minalar səbəbilə xəsarət almaları və ya həyatlarını itirmələri ilə bağlı çoxlu sayda hadisə yaşanıb. Lakin Karnegi Mellon Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış yeni texnologiya mövcud problemin həll yolu ola bilər.
         Belə ki, bu universitetin mütəxəssisləri minaların aşkar edilməsinə istiqamətlənmiş RELand adlı sistemi hazırlayıblar. Sözügedən sistem süni zəka əsasında çalışır. Mütəxəssislər bildiriblər ki, RELand adlı sistem sosial-demoqrafik məlumatları, bu və ya digər ərazinin coğrafi özəllikləri barəsində məlumatları analiz edərək potensial təhlükənin harda olduğu barəsində məlumatı təqdim edir. RELand-a inteqrasiya edilmiş süni zəka minaların zərərsizləşdirilməsi ilə məşğul olan mütəxəssislərin işlərini sadələşdirir və potensial riskləri azaldır.
         RELand sisteminin hazırlanmasına Mateo Dulce Rubio adlı aspirant rəhbərlik edib. Mateo-nun özü Kolumbiyada doğulub və orda böyüyüb. Kolumbiya isə öz növbəsində minalardan əziyyət çəkən ölkələrdən biridir. RELand sistemi ilk növbədə məhz Kolumbiyada test edilib. Nəticədə sistem bir neçə ərazidə mina təhlükəsini düzgün şəkildə təyin edə bilib. Mütəxəssislər bu sistemin təkmilləşdirilməsi üzərində çalışmağa davam edəcəklər. Gələcəkdə isə bu sistem digər ölkələrdə test ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta, Ray-Ban eynəklərilə çəkilmiş fotoların süni intellektin inkişafı üçün istifadə ediləcəyini bildirib!
    meta-ray-ban-eyneklerile-cekilmis-fotolarin-suni-intellektin-inkisafi-ucun-istifade-edileceyini-bildirib
    Meta videolar tərtib etməyi bacaran Movie Gen adlı süni zəka sistemini təqdim edib (VİDEO)
    meta-videolar-tertib-etmeyi-bacaran-movie-gen-adli-suni-zeka-sistemini-teqdim-edib-video
    Süni intellekt önümüzdəki 10 il ərzində yox olacaq peşələri açıqlayıb!
    suni-intellekt-onumuzdeki-10-il-erzinde-yox-olacaq-peseleri-aciqlayib
    Tədqiqatçılar: Süni zəka proqramlaşdırmada effektiv deyil
    tedqiqatcilar-suni-zeka-proqramlasdirmada-effektiv-deyil
    ChatGPT, beyin şişlərinin diaqnostikasında radioloqları geridə qoyur!
    chatgpt-beyin-sislerinin-diaqnostikasinda-radioloqlari-geride-qoyur