main-post-cover

    WhatsApp-ın yeni qaydaları Meta-nı çətin vəziyyətə salıb

    Süni İntellekt
    04.12.2025
    Sevinc Miralızadə
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Avropa İttifaqı WhatsApp-da üçüncü tərəf süni intellekt çatbotlarının istifadəsinə qoyulan məhdudiyyətlərlə bağlı Meta-ya qarşı rəsmi antinhisar araşdırmasına başlayıb. Komissiyanın açıqlamasına görə, məqsəd “AI sahəsindəki rəqabətdə mümkün zərərin qarşısını almaqdır”.
        Meta oktyabr ayında biznes istifadəçiləri üçün WhatsApp qaydalarını yeniləmişdi. Yeni qaydalara əsasən, şirkətlər WhatsApp API vasitəsilə üçüncü tərəf AI çatbotları təqdim edə bilməyəcək. Buna görə, rəqib AI təminatçıları WhatsApp üzərindən müştərilərinə çatmaq imkanını itirə bilər. Meta-nın öz xidməti olan “Meta AI” isə platformada əlçatan olaraq qalacaq.
        Qaydalardan sonra OpenAI və Microsoft, ChatGPT və Copilot-un WhatsApp-dan çıxarılacağını açıqlamışdı. Araşdırma Meta-nın “dominant mövqedən sui-istifadə” edərək öz xidmətini üstün mövqeyə gətirib-gətirmədiyini müəyyən edəcək. Prosessin yekun tarixi yoxdur. Qayda pozuntusu təsdiqlənsə, Meta qlobal illik gəlirinin 10 faizinə qədər, təxminən 16,45 milyard dollar cərimə oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google 2025-ci ilin ən yaxşı Chrome yeniləmələrini elan edib
    google-2025-ci-ilin-en-yaxsi-chrome-yenilemelerini-elan-edib
    Character.ai yeniyetmələr üçün açıq söhbəti məhdudlaşdırır
    characterai-yeniyetmeler-ucun-aciq-sohbeti-mehdudlasdirir
    Amazon Fire TV yeni AI funksiyasını təqdim etdi
    amazon-fire-tv-yeni-ai-funksiyasini-teqdim-etdi
    ChatGPT-dən alış-veriş tətbiqlərinə keçid 28 % artıb
    chatgpt-den-alis-veris-tetbiqlerine-kecid-28-artib
    Amazon-un AI çatbotu Rufus “Black Friday” satışlarını ikiqat artırıb
    amazon-un-ai-catbotu-rufus-black-friday-satislarini-ikiqat-artirib