main-post-cover

    Amazon Fire TV yeni AI funksiyasını təqdim etdi

    Süni İntellekt
    04.12.2025
    Sevinc Miralızadə
         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Amazon Fire TV istifadəçiləri artıq Prime Video-da filmlərin istədikləri səhnəsinə sadəcə təsvir edərək keçə biləcəklər. Şirkət elan edib ki, Alexa+ dəstəyi ilə gələn bu yeni süni intellekt funksiyası tamaşaçılara klassik axtarış prosesini keçmədən, birbaşa istədikləri anı tapmağa şərait yaradır.
        Amazon-un açıqlamasına görə, istifadəçilər səhnəni təsvir edərkən aktyor və ya obrazın adını, yadda qalan sitatları və ya səhnənin ümumi məzmununu qeyd edə bilərlər. Məsələn: “Mamma Mia filmində Sofi “Honey Honey” oxuduğu səhnəyə keç” və ya “Deloris Jordan-ın ‘A shoe is just a shoe…’ dediyi səhnəyə keç”.
         Alexa+ filmin adını qeyd etməsəniz belə səhnəni tanıya bilir. Bu texnologiya film altyazılarını və vizual elementləri analiz edərək personajları, hadisələri və səhnənin kontekstini başa düşür, daha sonra isə uyğun səhnəni ekrana gətirir.
        Yeni funksiya Amazon-un Bedrock platforması üzərində qurulub və Amazon Nova, Anthropic Claude kimi müxtəlif böyük dil modellərindən istifadə edir. Hazırda minlərlə film və on minlərlə indekslənmiş səhnə bu xüsusiyyəti dəstəkləyir. Şirkət tezliklə funksiyanı seriallar üçün də əlçatan etməyi planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ChatGPT-dən alış-veriş tətbiqlərinə keçid 28 % artıb
    chatgpt-den-alis-veris-tetbiqlerine-kecid-28-artib
    Amazon-un AI çatbotu Rufus “Black Friday” satışlarını ikiqat artırıb
    amazon-un-ai-catbotu-rufus-black-friday-satislarini-ikiqat-artirib
    DeepSeek GPT-5 səviyyəsində modelini pulsuz istifadəyə verib
    deepseek-gpt-5-seviyyesinde-modelini-pulsuz-istifadeye-verib
    AWS-dən növbəti böyük addım: insanabənzər AI agentləri
    aws-den-novbeti-boyuk-addim-insanabenzer-ai-agentleri
    Google istifadəçini daha yaxşı tanıyan AI sistemi qurmaq istəyir
    google-istifadecini-daha-yaxsi-taniyan-ai-sistemi-qurmaq-isteyir