
Süni zəka onlayn KİV-lərə əsl təhlükə mənbəyidir
Süni İntellekt
20.06.2025
Emil Nəcəfov
Cloudflare şirkətinin rəhbəri Matthew Prince Axios nəşrinə verdiyi müsahibədə bildirib ki, nəşriyyatlar süni zəkadan qaynaqlanan bir təhlükə ilə üz-üzədir və onlar öz məzmunları üçün ədalətli kompensasiya almalıdırlar. “Son 6 ayda insanlar süni zəkaya daha çox etibar etməyə başlayıb, bu isə o deməkdir ki, artıq orijinal məzmunu oxumurlar. İnternetin gələcəyi getdikcə daha çox süni zəkaya bənzəyəcək və bu da o deməkdir ki, insanlar [bundan sonra da] sizin məzmununuzun xülasəsini oxuyacaqlar” - deyə o bildirib.

Axtarış sistemlərinin nəticə səhifələrindən orijinal məzmun təqdim edən saytlara keçidlərin sayı gündən-günə azalır. Buna görə də bir çox nəşriyyat öz biznes modellərini yenidən nəzərdən keçirməli və ya bazarı tərk etməli olacaq. Prince təsirli statistik məlumatlar da təqdim edib. Onun sözlərinə görə, 10 il əvvəl Google axtarış sistemində indekslənmiş səhifələrin sayının istifadəçilərin nəşriyyat saytlarına yönləndirilməsi ilə olan nisbəti 2:1 idi. O vaxtdan bəri bu nisbət tədricən artsa da, süni zəka boom-u başladıqdan sonra bu artım təhlükəli sürətlə davam edir.
6 ay əvvəl:
Google - 6:1
OpenAI - 250:1
Anthropic - 6000:1
Hazırda:
Google - 8:1
OpenAI - 1500:1
Anthropic - 60000:1
Axtarış sistemləri və süni zəka əsaslı çat-botlar orijinal mənbələrə keçidlər təqdim etsələr də, nəşriyyatlar yalnız oxucular bu keçidlərə kliklədikdə reklam gəliri əldə edə bilirlər. “İnsanlar keçidlərə klikləmir” - deyə Prince qeyd edib. Onun fikrincə, bu problem orijinal məzmun yaradan hər kəsi əhatə edir. Prince bildirib ki, Cloudflare məzmunun kopyalanmasını dayandırmaq məqsədilə bir alət hazırlayıb. AI Labyrinth adlı bu sistem süni zəka tərəfindən yaradılmış məzmundan istifadə edərək, veb-serverlərin direktivlərinə əməl etməyən süni zəka skanerlərini və digər botları ləngidir, çaşdırır və onların resurslarını israf etdirir. Cloudflare bu aləti müştərilərinə belə botların uyğunsuz fəaliyyəti aşkarlandığı halda avtomatik şəkildə süni zəka tərəfindən yaradılmış səhifələrin yerləşdirilməsi ilə təklif edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka inanılmaz dərəcədə böyük həcmdə enerji sərf edir

Süni zəka inanılmaz dərəcədə böyük həcmdə enerji sərf edir
OpenAI-nin rəhbəri Sam Altman “ChatGPT bir sorğu üçün nə qədər enerji sərf edir?” sualına cavab olaraq bildirib ki, bu göstərici 0.34 vat-saatdır. Lakin mütəxəssislər əmindirlər ki, bu rəqəm real vəziyyəti əks etdirmir, çünki real dünyada sorğuların yerinə yetirilməsi zamanı yaranan şərtlər nəzərə alınmayıb.
ChatGPT-nin beyin aktivliyini aşağı saldığı təyin olunub

ChatGPT-nin beyin aktivliyini aşağı saldığı təyin olunub
MIT Media Lab və bir neçə digər ABŞ universitetindən olan tədqiqatçılar qrupu neyron şəbəkələrdən istifadənin beyin fəaliyyəti və informasiya qavrama qabiliyyətində yaratdığı dəyişiklikləri birbaşa şəkildə əlaqələndirən ilk genişmiqyaslı araşdırmanı həyata keçirib.
Süni zəka əsaslı Midjourney V1 adlı video generator istifadəyə verilib (VİDEO)

Süni zəka əsaslı Midjourney V1 adlı video generator istifadəyə verilib (VİDEO)
Süni zəka əsaslı təsvir generasiyası sahəsində ən məşhur startaplardan biri olan Midjourney şəkillərdən videolar yaradan V1 modelinin istifadəyə verildiyini elan edib.
Süni zəkanın qaranlıq "şəxsiyyətləri" aşkar edilib

Süni zəkanın qaranlıq "şəxsiyyətləri" aşkar edilib
OpenAI tədqiqatçıları süni zəka modellərinin daxilində təhlükəli cavablara səbəb ola bilən arzuolunmaz davranış nümunələrinə uyğun gizli mexanizmlər aşkar etdiklərini bildiriblər.
Roma Papası XIV Leo süni zəkanın sərt tənzimlənməsinə çağırış edib

Roma Papası XIV Leo süni zəkanın sərt tənzimlənməsinə çağırış edib
Roma Papası XIV Leo süni zəkanın insanlıq üçün potensial təhlükəsini öz pontifikatının əsas məsələsi adlandırıb. Bu bəyanatla o, uzun illərdir Vatikanı öz tərəfinə çəkməyə çalışan texnologiya sektoruna meydan oxuyur.
Həftənin xəbərləri

