
Roma Papası XIV Leo süni zəkanın sərt tənzimlənməsinə çağırış edib
Süni İntellekt
18.06.2025
Emil Nəcəfov
Roma Papası XIV Leo süni zəkanın insanlıq üçün potensial təhlükəsini öz pontifikatının əsas məsələsi adlandırıb. Bu bəyanatla o, uzun illərdir Vatikanı öz tərəfinə çəkməyə çalışan texnologiya sektoruna meydan oxuyur. Ötən ay kardinal qarşısında çıxış etmiş Roma Papası XIV Leo bildirib ki, o, pontifik adını texnoloji inqilabla əlaqədar olaraq seçib. The Wall Street Journal-ın xəbərinə görə, o vurğulayıb ki, onun adaşı XIII Leo “Pozulmuş dövr” adlandırılan sənaye inqilabı zamanı fabrik işçilərinin hüquqlarını müdafiə edib. Həmin dövrdə sənaye baronları cəmiyyətin kəskin dəyişikliklərinə və dərin sosial bərabərsizliyə rəhbərlik edirdilər. Son 10 ildə Silikon Vadisinin ən nüfuzlu rəhbərlərindən bir çoxu Vatikana baş çəkərək, dünyadakı ən böyük xristian məzhəbini innovasiyalar sahəsində öz tərəflərinə çəkməyə çalışıblar.

Google, Microsoft, Cisco və digər texnologiya nəhənglərinin rəhbərləri Vatikanda süni zəkanın və ağıllı sistemlərin yayılmasının fəlsəfi və sosial nəticələrini müzakirə ediblər. Onlar Katolik Kilsəsinin rəhbərini yeni texnologiyaların üstünlüklərinə inandırmağa və onun nüfuzunu hökumətlərə və siyasətçilərə təsir etmək üçün istifadə etməyə ümid edirlər. Baxmayaraq ki, dialoq dostyana şəraitdə keçib, tərəflərin baxışları yalnız qismən üst-üstə düşür. Vatikan süni zəka ilə bağlı məcburi beynəlxalq müqavilənin qəbulunda israr edir, lakin bəzi texnoloji şirkətlərin rəhbərləri bu təklifə tələsmirlər.

Bu ilin yanvar ayında Vatikan xəbərdarlıq etmişdi ki, süni zəka texnologiyası konstruktiv məqsədlər üçün istifadə oluna bilsə də, az sayda texnoloji şirkət onun vasitəsilə var-dövlət və hakimiyyət əldə edə bilər. “Bu alətləri şeytanlaşdırmaq lazım deyil, amma onlar mütləq şəkildə tənzimlənməlidir. Sual budur: Onları kim tənzimləyəcək? Onların öz yaradıcılarının tənzimləyici olması inam doğurmur. Burada daha yüksək bir hakimiyyət olmalıdır” - deyə kardinal Versaldi bildirib. Roma Papası XIV Leo isə bəyan edib ki, süni zəkanın, insan ləyaqətinə, ədalətə və əməyə meydan oxuyan innovasiyalarının yaratdığı növbəti sənaye inqilabına cavab vermək üçün o, kilsənin 2000 illik sosial təlimlərinə əsaslanacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Facebook və Instagram-da yaxın zamanda süni zəka reklamları sərgilənəcək

Facebook və Instagram-da yaxın zamanda süni zəka reklamları sərgilənəcək
Facebook və Instagram sosial şəbəkələrinin sahibi olan Meta Platforms şirkəti marketoloqlar üçün reklam videolarının yaradılmasını daha ucuz və rahat etmək məqsədilə bu sahədəki inkişafını davam etdirir.
Süni zəka rəsm əsərini 4 saata bərpa edib (VİDEO)

Süni zəka rəsm əsərini 4 saata bərpa edib (VİDEO)
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçısı Alex Kachkine rəsm əsərlərinin aylarla davam edən bərpasını cəmi bir neçə saata reallaşdırmağa imkan verən rəqəmsal bərpa üsulu hazırlayıb.
OpenAI Pentaqon üçün hərbi süni zəka hazırlayacaq

OpenAI Pentaqon üçün hərbi süni zəka hazırlayacaq
OpenAI ABŞ Müdafiə Nazirliyi ilə süni zəkanın dövlət qurumlarında tətbiqinə yönəlmiş yeni “OpenAI hökumət üçün” proqramı çərçivəsində 200 milyon dollar dəyərində müqavilə imzalayıb.
Süni zəka reklam biznesində inqilabı işə salıb

Süni zəka reklam biznesində inqilabı işə salıb
Süni zəka reklam sənayesini sarsıdır və investorları təşvişə salır. “Düşünürəm ki, bu süni zəka... hər bir sektorda investorları narahat edir və bizim biznesimizi tamamilə dağıdır” - deyə Britaniyanın reklam qrupu WPP-nin baş direktor vəzifəsini tərk etmiş Mark Read bu məsələni şərh edərkən bildirib.
AGI-nın gəlişi ilə insanlıq fundamental özəlliyini itirə bilər

AGI-nın gəlişi ilə insanlıq fundamental özəlliyini itirə bilər
İnsanlıq ümumi süni zəkanın (AGI) yaradılmasına yaxınlaşdıqca, müzakirələr getdikcə daha çox əmək bazarına, məxfiliyə və dezinformasiyaya olan risklər ətrafında cəmlənir.
Həftənin xəbərləri

