main-post-cover

    Süni zəka itmiş şəxslərin tapılmasında yardımçı ola bilər

    Süni İntellekt
    14.04.2025
    Emil Nəcəfov
         Qlazqo Universitetinin alimləri itkin düşmüş insanların yerini proqnozlaşdırmaq üçün yeni bir metod hazırlayıblar. Bu metod real hadisələrin təhlilinə istiqamətlənmiş davranış modellərinə əsaslanır. Xüsusi süni zəka agentləri itkin düşmüş şəxslərin psixoloji reaksiyalarını imitasiya edir və mümkün axtarış zonalarının istilik xəritələrini yaradır. Nəticədə, axtarış-xilasetmə qrupları resursları daha səmərəli şəkildə bölüşdürə bilirlər. Bu texnologiyanı dronlara inteqrasiya edərək dağlardan tutmuş cəngəlliklərə və səhralara qədər müxtəlif şəraitlərdə operativ axtarışlar aparmaq mümkündür. Komanda itkin düşmüş insanların davranışları ilə bağlı tarixi məlumatları təhlil edib.
         Bu araşdırmalar əsasında xüsusi süni zəka agentləri yaradılıb. Onların müxtəlif psixoloji vəziyyətləri əks etdirən alqoritmik davranışları ixtisaslaşmış submodellər toplusu ilə idarə olunur. Hər bir submodel konkret bir məqsədə cavabdehdir: Su, ağaclar, tikililər, cığırlar və ya yollar axtarmaq. Süni zəka agentləri hara getməli olduqlarına öz cari mövqelərinə və üstünlük verilən ərazinin görünüşünə əsaslanaraq qərar verirlər. Onlara qərar qəbul etməkdə kömək etmək üçün sistem itkin düşmüş insanların ən çox tapıldığı yerlər və onların sonuncu dəfə görüldükləri nöqtədən nə qədər uzaqlaşdıqları barədə məlumatlardan istifadə edir.
         Lakin məlumatlar o qədər də çox deyil, çünki axtarış qrupları ilk növbədə insan həyatını xilas etməyə fokuslanır, məlumat toplamağa yox. Buna görə də alimlər itkin düşmüş şəxslərlə bağlı mövcud araşdırmalara müraciət etməli olublar ki, onların hərəkət qaydalarını və motivlərini anlaya bilsinlər. Təcrübə çərçivəsində tədqiqatçılar süni zəka agentlərini Şotlandiyanın qərb sahillərində yerləşən Arran adasının rəqəmsal nüsxəsində müxtəlif başlanğıc nöqtələri ilə hərəkətə buraxıblar.
    Arran adasının xəritəsi - burada komanda modelini sınaqdan keçirmək üçün süni zəka agentlərini adanın rəqəmsal rekonstruksiyası üzərində müxtəlif nöqtələrdən hərəkətə buraxıb:
         Nəticə gözlənilməz olub: Alınan ehtimal xəritəsi, yəni agentlərin ola biləcəkləri yerlər, adada itkin düşmüş insanların adətən tapıldığı ərazilərlə demək olar ki, üst-üstə düşüb. Bu isə onu göstərir ki, virtual agentlərin davranışı real insan davranışına bənzəyib. Texnologiyanın əsas üstünlüyü onun universallığı və müxtəlif şəraitə uyğunlaşmaq qabiliyyətidir. İtkin düşmüş insanların psixologiyasının modelləşdirilməsinə əsaslanan bu yanaşma, istər dağlar, istər cəngəlliklər, istərsə də səhralar olsun, dünyanın müxtəlif yerlərindəki axtarış-xilasetmə xidmətlərinə kömək edə bilər. Alimlər bu texnologiyanı pilotsuz uçuş aparatları ilə birləşdirməyi planlaşdırırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəka və onun enerji sərfiyyatı: Qlobal energetika üçün yeni problemlər
    suni-zeka-ve-onun-enerji-serfiyyati-qlobal-energetika-ucun-yeni-problemler
    Süni zəkanın öz düşüncələrinin həqiqi gedişatını gizlətdiyi təyin edilib
    suni-zekanin-oz-dusuncelerinin-heqiqi-gedisatini-gizletdiyi-teyin-edilib
    Startaplardan biri filippinli işçiləri süni zəka kimi qələmə veribmiş
    startaplardan-biri-filippinli-iscileri-suni-zeka-kimi-qeleme-veribmis
    Süni zəka proqram təminatı kodundakı səhvləri hələ lazımi səviyyədə aradan qaldıra bilmir
    suni-zeka-proqram-teminati-kodundaki-sehvleri-hele-lazimi-seviyyede-aradan-qaldira-bilmir
    OpenAI GPT-4.1-i istifadəyə verməyə hazırlaşır
    openai-gpt-41-i-istifadeye-vermeye-hazirlasir