main-post-cover

    Startaplardan biri filippinli işçiləri süni zəka kimi qələmə veribmiş

    Süni İntellekt
    11.04.2025
    Emil Nəcəfov
         ABŞ Ədliyyə Nazirliyinin mətbuat relizində bildirildiyinə görə, alış-veriş üçün guya süni zəkaya əsaslanan tətbiq və “universal” sifariş sistemi təqdim edən Nate şirkətinin təsisçisi və keçmiş baş direktoru Albert Saniger investorları aldatmaqda ittiham olunur. Nate şirkəti 2018-ci ildə yaradılıb - o, Coatue Forerunner Ventures kimi investorlar da daxil olmaqla 50 milyon dollardan çox vəsait cəlb edib. 2021-ci ildə Renegade Partners-in rəhbərlik etdiyi son maliyyələşmə raundu zamanı 38 milyon dollar vəsait toplanıb. Şirkət rəhbərliyi iddia edirdi ki, Nate tətbiqi istənilən onlayn ticarət platformasında yalnız bir kliklə alış-veriş etməyə imkan verir - sifarişin rəsmiləşdirilməsini isə süni zəka həyata keçirir.
         Lakin Nyu-York ştatının Cənub Dairəsi Prokurorluğunun iddiasına görə, əslində alış-verişlər Filippinlərdəki çağrı mərkəzində çalışan podratçılar tərəfindən fərfi şəkildə həyata keçirilirmiş. Saniger milyonlarla dollarlıq investisiyaları cəlb edərək, Nate tətbiqinin nadir hallar istisna olmaqla, insan müdaxiləsi olmadan onlayn tranzaksiyalar həyata keçirə bildiyini iddia edirdi. Şirkət həqiqətən də süni zəka sahəsində bir neçə həll yolu əldə etmişdi, lakin ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, tətbiqin işində avtomatlaşdırma səviyyəsi əslində sıfır olub.
         2022-ci ildə The Information nəşri araşdırma apararaq müəyyən etmişdi ki, bu xidmət əslində işə götürülmüş şəxslərin əməyi ilə fəaliyyət göstərirmiş. Nəticədə Nate maliyyə vəsaitlərini tükətmiş, 2023-cü ilin yanvarında şirkət aktivlərini satmağa məcbur qalmış və investorlar yatırdıqları vəsaitləri “demək olar ki, tamamilə” itirmişdilər - bu, ABŞ Ədliyyə Nazirliyinin ittiham aktında qeyd olunub. TechCrunch yazır ki, bu cür saxtakarlıq sxemləri ilə guya süni zəka istifadə etdiyini iddia edən başqa startaplar da fəaliyyət göstərib.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəka proqram təminatı kodundakı səhvləri hələ lazımi səviyyədə aradan qaldıra bilmir
    suni-zeka-proqram-teminati-kodundaki-sehvleri-hele-lazimi-seviyyede-aradan-qaldira-bilmir
    OpenAI GPT-4.1-i istifadəyə verməyə hazırlaşır
    openai-gpt-41-i-istifadeye-vermeye-hazirlasir
    Google məntiq yürüdə bilən Gemini 2.5 Flash süni zəka modelini təqdim edib
    google-mentiq-yurude-bilen-gemini-25-flash-suni-zeka-modelini-teqdim-edib
    Avropa "süni zəka qitəsi"nə çevrilməyi planlaşdırır
    avropa-suni-zeka-qitesine
    Çin süni zəka yarışında ABŞ-dan geriliyini azaldıb
    cin-suni-zeka-yarisinda-abs-dan-geriliyini-azaldib