OpenAI tərəfindən hazırlanan yeni ChatGPT Next-in abunəlik haqqı 2000 dollara ola bilər!
Süni İntellekt
09.09.2024
Farid Pardashunas
OpenAI-nin bu payızda yeni nəsil süni intellekt modellərini bazara çıxaracağı gözlənilir. Son məlumatlara görə, yeni dil modelləri üçün aylıq abunə haqqı 2000 dollar kimi yüksək qiymətlə gələ bilər.
OpenAI-nin rəhbərləri, Strawberry və Orion adlanacaq yeni dil modellərinə giriş üçün aylıq 2000 dollara qədər ödəniş tələb edirlər. Bu rəqəm, ChatGPT Plus abunəsi üçün hazırda tələb olunan 20 dollarlıq ödənişdən 100 dəfə çoxdur.
Yüz milyonlarla istifadəçi ChatGPT-nin əsas xüsusiyyətlərinə pulsuz daxil ola bilər. Bununla belə, yeni modellərin mövcud imkanlardan kənara çıxması və riyazi problemlərin həlli, bazar strategiyalarının işlənib, hazırlanması və hərtərəfli tədqiqatların aparılması kimi funksiyalar təklif etməsi gözlənilir. 100 qatlıq qiymət artışının ilk mərhələdə əməliyyat tərəfdaşlarına tətbiq ediləcəyi bildirilib. Son dövrlərdə 100 milyard dollarlıq bir fond axtaran şirkət, böyük tərəfdaşlarına bu süni intellektləri aylıq 2000 dollar qarşılığında təqdim edə bilər. İşçilərin səhm satışlarına əsasən şirkətin dəyəri hazırda təxminən 86 milyard dollar civarındadır.
Müxtəlif mənbələrin bildirdiyi məlumatlara görə, yeni investisiya raundunda Apple, Nvidia və Microsoft kimi texnologiya nəhəngləri iştirak edə bilər. OpenAI, süni intellekt sahəsində liderliyini qorumağa çalışsa da, öz dil texnologiyalarını işə salan Google və Anthropic kimi rəqiblərlə rəqabət aparır. OpenAI GPT Next modeli, nəinki iş dünyasında səmərəliliyi artıracaq, həm də tədqiqat, səhiyyə və təhsil kimi sahələrdə yenilikçi ixtiralara qapı açacaq. Məsələn, tibbi tədqiqatlarda süni intellektin istifadəsi daha sürətli diaqnostika və müalicə üsullarını inkişaf etdirməyə imkan verə bilər.
Linki kopyala
openai
openai gpt
chatgpt next
chatgpt
artificial intelligence
openai chatgpt
chatgpt plus
suni zeka
suni intellekt
Bənzər xəbərlər
Oxşar xəbərlər
52 yaşlı şəxs süni zəka vasitəsilə tərtib edilmiş saxta musiqilər sayəsində milyonlarla dollar vəsait qazanıb
52 yaşlı şəxs süni zəka vasitəsilə tərtib edilmiş saxta musiqilər sayəsində milyonlarla dollar vəsait qazanıb
Verilmiş məlumata əsasən ABŞ-ın Şimali Karolina ştatından olan Michael Smith adlı 52 yaşlı musiqiçi saxta musiqi qrupları adından yüz minlərlə saxta musiqilərin hazırlanmasında süni zəkadan istifadə edib və daha sonra hazırlanmış musiqiləri müxtəlif musiqi servislərində yerləşdirərək onlar üçün saxta insanlar tərəfindən dinləmələri təmin edib.
İnternetdəki məzmunların nə qədərinin süni intellekt tərəfindən istehsal edildiyi məlum olub!
İnternetdəki məzmunların nə qədərinin süni intellekt tərəfindən istehsal edildiyi məlum olub!
Son zamanlarda həyatımıza işıq sürət ilə daxil olan süni intellektin internetdəki neçə faiz məzmunu ələ keçirtdiyi məlum olub.
ChatGPT-ə it səsi də daxil olmaqla 8 yeni səs əlavə olunur!
ChatGPT-ə it səsi də daxil olmaqla 8 yeni səs əlavə olunur!
OpenAI, ChatGPT-yə 8 yeni səs əlavə edərək, ona həm insan, həm də heyvan səslərini daha təbii və real şəkildə ifadə etmə qabiliyyətini qazandırır.
OpenAI şirkəti TSMC vasitəsilə 1.6 nanometrlik süni zəka çiplərini əldə edə bilər
OpenAI şirkəti TSMC vasitəsilə 1.6 nanometrlik süni zəka çiplərini əldə edə bilər
Hələ keçən il məlumat ortaya çıxdı ki, OpenAI şirkəti özünün süni zəka çiplərini istehsal etməyi planlaşdırır.
Dünyada ilk dəfə olaraq, bir süni intellekt modeli, digər süni intellekt modelinə kriptovalyuta göndərib!
Dünyada ilk dəfə olaraq, bir süni intellekt modeli, digər süni intellekt modelinə kriptovalyuta göndərib!
Coinbase, yeni bir ilkə imza atdığını açıqlayıb. Belə ki, 2 süni intellekt modeli arasında ilk dəfə kriptovalyuta əməliyyatı həyata keçirilib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ