OpenAI-nin süni intellekt layihəsi olan Sora-nın sızdırıldığı ortaya çıxıb!
Süni İntellekt
27.11.2024
Farid Pardashunas
OpenAI-nin video əsaslı məzmun yaratmağı hədəfləyən yeni süni intellekt modeli Sora sızdırılıb. Süni intellekt modeli sızdırıldıqdan sonra diqqətçəkən detalları ilə gündəmə gəlib.
Sora-nın sızdırılması, bir qrup proqramçının OpenAI-nin erkən giriş məlumatlarına çıxış əldə etməsi nəticəsində baş verib. Hugging Face platformasında paylaşılan layihə, Sora API-dən istifadə edərək 10 saniyəyə qədər 1080p keyfiyyətində video yaratmağa imkan verirdi.
Lakin qısa müddət sonra OpenAI və Hugging Face bu girişi ləğv edib. Sızdırılmış məzmun istifadəçilərə bu yeni süni intellekt texnologiyasını sınaqdan keçirmək imkanı verib. Bununla yanaşı, OpenAI-nin bu texnologiyanı ictimaiyyətə təqdim etməzdən əvvəl ciddi nəzarətlər tətbiq etdiyi və məzmunların təsdiqə məruz qaldığı da məlum olub.
Sızıntını həyata keçirən qrup, OpenAI-nin erkən giriş istifadəçilərini şirkətin müsbət imicini yaratmağa məcbur etdiyini iddia edir. Bu istifadəçilərin işlərinin qarşılığında ədalətli ödəniş almadıqları və məzmunlarını nümayiş etdirmədən əvvəl təsdiq almaq məcburiyyətində qaldıqları bildirilir. Qrup həmçinin Sora-nın sənətkarlara yaradıcı bir mühit təmin etmək əvəzinə, şirkətin marketinq strategiyalarına xidmət edən bir vasitə olaraq formalaşdırıldığını irəli sürür. Bu hadisələrdən sonra platformanın istifadəçilər və məzmun yaradıcıları tərəfindən necə qəbul ediləcəyi maraq doğurmağa davam edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
139 illik heç kimin adını bilmədiyi bir yapon şirkətinin səhmləri süni intellekt sayəsində sürətli bir şəkildə bahalaşıb!
139 illik heç kimin adını bilmədiyi bir yapon şirkətinin səhmləri süni intellekt sayəsində sürətli bir şəkildə bahalaşıb!
Yaponiyada kabellər istehsal edən və 139 illik tarixi olan Fujikura şirkətinin səhmləri son bir ildə 400% artıb. Bunun səbəbi isə süni intellektdir.
OpenAI, ChatGPT-yə sahib brauzerini hazırlamağı planlaşdırır
OpenAI, ChatGPT-yə sahib brauzerini hazırlamağı planlaşdırır
ChatGPT çat-botu ilə məşhurlaşan OpenAI şirkəti öz iddialı planlarını yerinə yetirməyə davam edir. Verilmiş yeni məlumata əsasən belə iddialı planlardan biri də şirkətin ChatGPT inteqrasiyasına sahib fərdi brauzerini istifadəyə verməkdir.
ChatGPT funksiyaları Samsung Galaxy smartfonlarına inteqrasiya edilə bilər
ChatGPT funksiyaları Samsung Galaxy smartfonlarına inteqrasiya edilə bilər
OpenAI şirkəti öz texnologiyalarının Galaxy cihazlarına inteqrasiyası mövzusunda Samsung ilə danışıqlar aparır.
OpenAI-nin New York Times mübahisəsindəki kritik dəlilləri təsadüfən sildiyi ortaya çıxıb!
OpenAI-nin New York Times mübahisəsindəki kritik dəlilləri təsadüfən sildiyi ortaya çıxıb!
OpenAI, The New York Times ilə olan müəllif hüquqları mübahisəsində kritik sübutların təsadüfən silindiyini etiraf edib. Bu səbəbdən məlumatların bərpası çətinləşib.
Samsung şirkəti Gauss 2 süni zəka modelini təqdim edib
Samsung şirkəti Gauss 2 süni zəka modelini təqdim edib
Samsung şirkəti Gauss 2 adlı yeni süni zəka modelini anons edib. Bu yeni süni zəka modeli Galaxy AI ekosisteminin funksiyalarını optimizasiya edərək daha yaxşı performansı və effektivliyi təklif edir.
Həftənin xəbərləri
NASA kosmosun daha öncə heç görülməmiş möhtəşəm görüntülərini paylaşıb!
Philips Evnia 27M2N8500AM gaming monitoru təqdim edilib - QİYMƏTİ