main-post-cover

    OpenAI, ChatGPT-yə sahib brauzerini hazırlamağı planlaşdırır

    Proqram Təminatı
    23.11.2024
    Emil Nəcəfov
         ChatGPT çat-botu ilə məşhurlaşan OpenAI şirkəti öz iddialı planlarını yerinə yetirməyə davam edir. Verilmiş yeni məlumata əsasən belə iddialı planlardan biri də şirkətin ChatGPT inteqrasiyasına sahib fərdi brauzerini istifadəyə verməkdir. Məlumatda qeyd edilib ki, şirkət bu mövzuda tərtibatçılıq sahəsində fəaliyyət göstərən Conde Nast, Redfin, EventbritePriceline kimi şirkətlərlə danışıqlar aparıb. Şirkət fərdi brauzer sayəsində Google ilə rəqabətini daha üst səviyyəyə qaldıra bilər.
         Heç istisna deyil ki, ChatGPT-nin tərkibinə axtarış sistemini əlavə edəndən sonra qeyd edilmiş plan şirkətin növbəti addımı olacaq. Bunun baş verəcəyi halda brauzerin nə zaman istifadəyə veriləcəyi barəsində bir məlumat yoxdur. Bir neçə gün bundan öncə məlum oldu ki, ABŞ hökuməti Chrome brauzerini Google şirkətinin əsas biznesindən ayırmaq istəyir. Bu vəziyyətin fonunda OpenAI şirkətinin axtarış sistemləri və brauzer sahələrinə daxil olması öz növbəsində tərəflər arasındakı rəqabəti daha da gücləndirəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ChatGPT funksiyaları Samsung Galaxy smartfonlarına inteqrasiya edilə bilər
    chatgpt-funksiyalari-samsung-galaxy-smartfonlarina-inteqrasiya-edile-biler
    OpenAI-nin New York Times mübahisəsindəki kritik dəlilləri təsadüfən sildiyi ortaya çıxıb!
    openai-nin-new-york-times-mubahisesindeki-kritik-delilleri-tesadufen-sildiyi-ortaya-cixib
    ChatGPT-nin beyni GPT-4o yenilənib: Bəs yeniliklər nələrdir?
    chatgpt-nin-beyni-gpt-4o-yenilenib-bes-yenilikler-nelerdir
    OpenAI gündəlik rutin işləri görəcək süni zəka üzərində çalışır
    openai-gundelik-rutin-isleri-gorecek-suni-zeka-uzerinde-calisir
    Elon Musk, OpenAI şirkətinə qarşı yeni məhkəmə iddiası qaldırıb
    elon-musk-openai-sirketine-qarsi-yeni-mehkeme-iddiasi-qaldirib