main-post-cover

    Nepalda müvəqqəti baş naziri ChatGPT vasitəsilə seçiblər

    Süni İntellekt
    15.09.2025
    Emil Nəcəfov
         Keçən həftənin əvvəlində Nepalda bir çox məşhur sosial şəbəkələrin bloklanması səbəbindən etirazlar başladı və onlar qeyri-rəsmi olaraq “Z nəsli inqilabı” adlandırıldı. Cəmi bir neçə gün ərzində etirazçılar Nepal hökumətinin bir hissəsini istefaya məcbur etdilər və ölkədə hakimiyyət faktiki olaraq vəziyyətə nəzarəti itirdi. Etirazçılar həmçinin bəzi silah anbarlarına nəzarəti ələ keçirdilər. Nepaldakı etirazlar Discord onlayn platforması vasitəsilə koordinasiya olunurdu və etirazçıların burada 150 000 iştirakçısı olan öz kanalları var idi. Təşkilatlanmış etiraz seçkilər keçirilənə qədər etirazçılar tərəfindən Nepalın müvəqqəti hökumətinin rəhbəri kimi qəbul ediləcək bir lider tələb edirdi. The Times nəşrinin məlumatına görə, etirazçılar lider və yeni baş nazir seçmək üçün ChatGPT-yə müraciət ediblər.
         Nəşrin məlumatına görə, etirazçılar süni intellektli çat-bota baş nazirin səlahiyyətlərini icra edən vəzifəsinə 4 namizəd təqdim ediblər - sabiq təhsil naziri Sumanu Shrestha, reper və paytaxtın keçmiş meri Balen Shah, mühəndis və Oksford məzunu Sagar Dhakal, həmçinin 2016-2017-ci illərdə ölkənin Ali Məhkəməsinin sədri olmuş Sushila Karki. ChatGPT seçimini Karki üzərində edib və o, indi etirazçılar tərəfindən baş nazirin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə namizəd kimi nəzərdən keçirilir. Sushila Karki özü artıq müvəqqəti hökumət rəhbəri postunu tutmağa hazır olduğunu təsdiqləyib. Güman edilir ki, məhz o, etirazçılar adından ölkədə vəziyyətə nəzarət edən hərbçilərlə danışıqlara başlayacaq. Nepal ordusu yeni hökumətin seçilməsi üçün etiraz nümayəndələri ilə əməkdaşlığa hazırdır.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alibaba Qwen3-Next süni intellekt modelini təqdim edib
    alibaba-qwen3-next-suni-intellekt-modelini-teqdim-edib
    ABŞ hökuməti süni intellekt əsaslı çat-botların təhlükəsizlikləri ilə bağlı istintaqa başlayıb
    abs-hokumeti-suni-intellekt-esasli-cat-botlarin-tehlukesizlikleri-ile-bagli-istintaqa-baslayib
    OpenAI restrukturizasiya mövzusunda Microsoft ilə razılığa gəlib
    openai-restrukturizasiya-movzusunda-microsoft-ile-raziliga-gelib
    Microsoft süni intellekt sahəsində özü-özünü təmin etmək niyyətindədir
    microsoft-suni-intellekt-sahesinde-ozu-ozunu-temin-etmek-niyyetindedir
    Albaniyada süni intellekt köməkçisi nazir təyin edilib
    albaniyada-suni-intellekt-komekcisi-nazir-teyin-edilib