
ABŞ hökuməti süni intellekt əsaslı çat-botların təhlükəsizlikləri ilə bağlı istintaqa başlayıb
Süni İntellekt
12.09.2025
Emil Nəcəfov
ABŞ Federal Ticarət Komissiyası (FTC) uşaqlara və yeniyetmələrə süni intellektin mənfi təsir göstərə biləcəyini araşdırmaq məqsədilə Alphabet, Meta, OpenAI, xAI və Snap da daxil olmaqla 7 böyük texnologiya şirkətinə qarşı istintaq başladıb. Tənzimləyici orqan bu şirkətləri insan ünsiyyətini və şəxslərarası münasibətləri təqlid edə bilən çat-botlara tətbiq edilən təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat təqdim etməyə məcbur edən qərarlar qəbul edib. Xüsusilə, FTC şirkətlərin süni intellekt köməkçiləri ilə bağlı riskləri necə qiymətləndirdikləri, istifadəçi iştirakı ilə bağlı monetizasiya mexanizmlərini necə qurduqları, virtual personajları necə hazırlayıb təsdiqlədikləri, şəxsi məlumatlardan necə istifadə və ya ötürmə həyata keçirdikləri, həmçinin mümkün zərəri azaltmaq üçün hansı nəzarət üsullarından istifadə etdikləri ilə maraqlanır.

FTC rəhbəri Andrew Ferguson vurğulayıb ki, uşaqların internetdə qorunması qurum üçün hələ də əsas prioritet olaraq qalır və bu, iqtisadiyyatın kritik sektorlarında innovasiyaların dəstəklənməsi ilə yanaşı həyata keçirilir. Şirkətlərin reaksiyası müxtəlif olub. Meta CNBC-yə şərh verməkdən imtina edib, Alphabet, Snap və xAI isə hələlik sorğulara cavab verməyiblər. OpenAI nümayəndəsi CNBC-yə müsahibəsində bildirib ki, şirkətin prioriteti ChatGPT-nin bütün istifadəçilər, xüsusilə də gənclər üçün eyni zamanda həm faydalı, həm də təhlükəsiz olmasını təmin etməkdir və OpenAI tənzimləyici orqanla açıq əməkdaşlığa hazırdır. Yoxlanılanlar siyahısına həmçinin Character Technologies (Character.ai çat-botunun yaradıcısı) və Meta-ya məxsus Instagram da daxildir.

FTC-nin bu mövzuya xüsusi diqqəti son hadisələrlə bağlıdır. Belə ki, Reuters-in araşdırmasından sonra senator Josh Hawley Meta ilə bağlı yoxlama başladıb: reportaj göstərib ki, onun çat-botları uşaqlarla təhlükəli söhbətlər apara bilirdi. Buna cavab olaraq Meta öz süni intellekt sistemləri üçün qaydaları müvəqqəti olaraq sərtləşdirib, intihar, özünə zərər vurma və qidalanma pozuntuları ilə bağlı mövzuların müzakirəsini qadağan edib, həmçinin “hissiyyatlı” dialoqları məhdudlaşdırıb. Oxşar tədbirlər OpenAI tərəfindən də görülür: şirkət, yeniyetmənin ölümündə çat-botu dolayı yolla ittiham edən ailənin iddiasından sonra ChatGPT-nin işini yenidən nəzərdən keçirdiyini açıqlayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI restrukturizasiya mövzusunda Microsoft ilə razılığa gəlib

OpenAI restrukturizasiya mövzusunda Microsoft ilə razılığa gəlib
Dəfələrlə qeyd edildiyi kimi, hazırkı təşkilati strukturda qeyri-kommersiya fondunun dominantlığı bir çox potensial investorları narahat edirdi, çünki onlar şirkətin mənfəətini bölüşdürmək imkanlarında məhdudlaşdırılırdılar.
Microsoft süni intellekt sahəsində özü-özünü təmin etmək niyyətindədir

Microsoft süni intellekt sahəsində özü-özünü təmin etmək niyyətindədir
Microsoft və OpenAI arasında sıx əməkdaşlığın səbəblərindən biri bu günə qədər birincinin ikincinin böyük dil modellərinə marağı olub. Bu müddət ərzində Microsoft OpenAI-a öz hesablama gücünü təqdim edirdi.
Albaniyada süni intellekt köməkçisi nazir təyin edilib

Albaniyada süni intellekt köməkçisi nazir təyin edilib
Albaniyada dövlət alışlarına cavabdeh nazir vəzifəsinə Diella süni intellekt assistenti təyin olunub ki, bu da korrupsiyanı aradan qaldırmağa imkan verəcək.
Çat-botlar intihara meylli sorğöuların təyin edilməsi testindən keçə bilməyiblər

Çat-botlar intihara meylli sorğöuların təyin edilməsi testindən keçə bilməyiblər
Rosebud startapı öz CARE adlı bençmarkının nəticələrini dərc edib. Bu testdə 21 süni intellekt modeli istifadəçi ilə dialoqlarda kritik vəziyyətləri tanımaq bacarığına görə yoxlanılıb.
Çində neyromorf süni intellekt modeli təqdim edilib

Çində neyromorf süni intellekt modeli təqdim edilib
Pekində yerləşən Çin Elmlər Akademiyasının Avtomatika İnstitutunun alimləri NVIDIA çipləri əvəzinə yerli çiplərdə işləmək üçün nəzərdə tutulmuş “beyinə bənzər” dil modeli SpikingBrain 1.0-ı hazırlayıblar.
Həftənin xəbərləri

