main-post-cover

    Süni zəka yaradıcılığı müəllif hüquqları ilə qorunmur

    Süni İntellekt
    31.01.2025
    Emil Nəcəfov
         Technote.az The Verge saytına istinadən xəbər verir ki, yalnız mətn göstərişlərindən istifadə edərək generativ süni zəka modelləri tərəfindən yaradılmış media kontenti ABŞ-ın mövcud müəllif hüquqları qanunu ilə qorunmur. Bu barədə ABŞ Müəllif Hüquqları Bürosunun süni zəka və müəllif hüquqlarının qorunması ilə bağlı siyasət sənədində qeyd olunub. Sənəddə vurğulanır ki, müəllif hüquqlarının tətbiq edilməsi üçün əsas meyar insan yaradıcılığının rolu ilə bağlıdır.
         Müəllif Hüquqları Bürosu insanın yaradıcılıq prosesində süni zəkadan köməkçi vasitə kimi istifadə etməsi ilə onun insan yaradıcılığını əvəz etməsi arasında fərq olduğunu qeyd edir. Əgər süni zəka insanın yaratdığı əsəri dəyişdirmək və ya təkmilləşdirmək üçün istifadə olunursa, həmin əsər müəllif hüquqları ilə qoruna bilər.
    Məsələn:
    • Rəssamların əl ilə çəkdikləri rəsmlər süni zəka vasitəsilə 3D effektlərlə təkmilləşdirildikdə, müəllif hüquqları qorunacaq.
    • Əsər ilkin insan yaradıcılığı hiss olunacaq şəkildə qalırsa, o, müəllif hüquqları çərçivəsində qala bilər.
    • Müəllif öz rəsminə süni zəka vasitəsilə yeni elementlər əlavə edərsə, əsər müəllif hüquqları ilə qorunmağa davam edəcək.
    • Eyni qayda, videolar üçün də keçərlidir – süni zəka ilə redaktə edilmiş videolar müəllif hüquqları qanunu ilə qorunacaq.
         Lakin tamamilə süni zəka tərəfindən yaradılmış şəkillər və əsərlər müəllif hüquqları ilə qorunmayacaq. ABŞ Müəllif Hüquqları Bürosu süni zəka texnologiyalarının inkişafı ilə mövcud qanunvericiliyin yenilənə biləcəyini istisna etmir. 2024-cü ilin sonuna qədər qurum süni zəkanın kontent və incəsənət əsərləri yaratması ilə bağlı tədqiqatlarının yekun hesabatını dərc etməyi planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    DeepSeek böyük texnoloji şirkətlərin səhvlərini ortaya çıxardı
    deepseek-boyuk-texnoloji-sirketlerin-sehvlerini-ortaya-cixardi
    Çin süni zəkanın inkişafına 1 trilyon yuan investisiya yatıracaq
    cin-suni-zekanin-inkisafina-1-trilyon-yuan-investisiya-yatiracaq
    DeepSeek fotoların tərtibatı üçün süni zəka modelini təqdim edib
    deepseek-fotolarin-tertibati-ucun-suni-zeka-modelini-teqdim-edib
    Donald Trump və digərləri DeepSeek-in uğurlarını yüksək qiymətləndiriblər
    donald-trump-ve-digerleri-deepseek-in-ugurlarini-yuksek-qiymetlendiribler
    Çinin süni intellekt aləti DeepSeek: Texnoloji tərəqqi, yoxsa nəzarət mexanizmi?
    cinin-suni-intellekt-aleti-deepseek-texnoloji-tereqqi-yoxsa-nezaret-mexanizmi