Meta öz süni zəka sistemlərini Facebook və Instagram-dakı kotentlər vasitəsilə təlimatlandırır
Süni İntellekt
13.05.2024
Emil Nəcəfov
Süni zəka sistemlərinin hazırlanması ilə məşğul olan texnoloji şirkətlərin öz süni zəka modellərinin təlimatlandırılmaları üçün məlumat mənbələrinin axtarışında olduqları bir vaxtda Meta şirkətinin həmin texnoloji şirkətlər qarşısında böyük üstünlüyə sahib olduğu məlum olub. Belə ki, Meta şirkəti öz süni zəka modellərinin təlimatlandırılmaları prosesində Facebook və Instagram-dakı kontentlərdən istifadə edir. Bu barədə məlumatı şirkətin məhsullar üzrə direktoru Chris Cox keçən həftə baş tutmuş Bloomberg Tech Summit adlı tədbirdə təqdim edib.
Chris Cox bildirib ki, Meta şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtibatı üçün nəzərdə tutulmuş süni zəka sisteminin təlimatlandırılmasında Facebook və Instagram-da açıq şəkildə mövcud olan foto və mətnlərdən istifadə edir. “Biz, süni zəka sistemlərini özəl məlumatlar və ya istifadəçilərin öz yaxınları və dostları ilə bölüşdükləri məlumatlar vasitəsilə təlimatlandırmırıq. Biz bu prosesdə yalnız ictimai məlumatlardan istifadə edirik” - deyə Chris Cox qeyd edib.
Chris Cox bildirib ki, Meta AI adlı süni zəka sistemi sözün əsl mənasında heyrətləndirici keyfiyyətə sahib fotoları tərtib edə bilir. Belə ki, Instagram-da incəsənəti, modanı, mədəniyyəti və adi insanları əhatə edən çoxlu sayda foto mövcuddur. Meta AI vasitəsilə hər hansısa fotonun tərtib edilməsi üçün istifadəçi sadəcə olaraq “imagine” sözü ilə başlayan sorğunu qeyd etməlidir. Sorğunu qeyd edəndən sonra isə sistem istifadəçiyə 4 ədəd fotonu təqdim edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Instagram-da sirli Stories-lərin yaradılması funksiyası istifadəyə verilib
Instagram-da sirli Stories-lərin yaradılması funksiyası istifadəyə verilib
Instagram-a bir sıra yeni funksiyalar əlavə edilib. Əlavə edilmiş yeni funksiyalar istifadəçilərə kontentlərin paylaşılması mövzusunda daha çox yaradıcı imkanlar təklif etməyə və onların digər istifadəçilər ilə daha aktiv şəkildə qarşılıqlı əlaqədə olmalarını təmin etməyə hədəflənib.
Meta şirkəti Instagram-da çat-botların hazırlanması funksiyası üzərində çalışır
Meta şirkəti Instagram-da çat-botların hazırlanması funksiyası üzərində çalışır
Meta şirkəti istifadəçilərə Instagram daxilində öz çat-botlarını yaratmağa imkan verəcək yeni funksiya üzərində çalışır.
Meta şirkəti bu il süni zəka sahəsinə 30 milyard dollardan çox investisiya yatıracaq
Meta şirkəti bu il süni zəka sahəsinə 30 milyard dollardan çox investisiya yatıracaq
Meta şirkəti süni zəkaya və onunla bağlı infrastruktura investisiyaları genişləndirməyi planlaşdırır.
Ən etibarlı süni intellekt dil modelləri müəyyən edilib!
Ən etibarlı süni intellekt dil modelləri müəyyən edilib!
Stanford Universiteti dünyanın ən etibarlı süni intellekt dil modellərini araşdırıb. Araşdırma nəticəsində Anthropic rəqiblərini geridə qoyub.
Meta şirkəti beyin siqnallarını qəbul edə biləcək smart qolbaq üzərində çalışır
Meta şirkəti beyin siqnallarını qəbul edə biləcək smart qolbaq üzərində çalışır
Meta şirkətinin CEO-su Mark Zuckerberg bildirib ki, şirkət cihazları beyin siqnalları vasitəsilə idarə etməyə imkan verəcək texnologiya üzərində çalışır və bu layihədə bir xeyli irəliləyib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!