İstənilən səs effektini yarada bilən süni intellekt hazırlanıb!
Süni İntellekt
03.06.2024
Farid Pardashunas
Süni intellekt texnologiyalarında söz sahibi olan ElevenLabs, yalnız əmrlərə əsaslanaraq partlayışlar, fasilələr və ya digər səs effektləri yarada bilən süni intellekt sistemi hazırlayıb.
ElevenLabs-ın yeni "Sound Effects AI" aləti ilə podkastlar, filmlər və ya oyunlar üçün səs effektləri hazırlana biləcək. Bu alət, tələb olunduqda 22 saniyəyə qədər audio kliplər yarada və endirilə bilən 4 klip hazırlaya bilir. Şirkət, eyni zamanda Shutterstock ilə kitabxana yaratmaq və modelini audio kliplər üzərində öyrətmək üçün işlədiyini vurğulayır. Əlavə olaraq, onu da qeyd edək ki, şirkətin yeni "Sound Effects" alətindən istifadə ödənişsizdir. Pulsuz istifadəçilər, kliplərdən istifadə etmək üçün ElevenLabs-a atribut təqdim etməli olsalar da, pullu istifadəçilər bu çıxışları kommersiya lisenziyası ilə istifadə edə bilərlər. Bununla belə, pulsuz istifadəçilər üçün ayda 10.000 simvol limiti var.
Səs effektləri YouTube videolarından tutmuş canlı yayımlara, filmlərə və sosial media yazılarına qədər hər şeydə istifadə olunur. Hazırda kinorejissorlar və video oyun tərtibatçıları üçün bazarda çoxlu səs effekti klipləri kitabxanası olsa da, onların əksəriyyəti ucuz deyil. İkinci problem odur ki, bu kitabxanalarda istədiyiniz səsi tapmaq çətindir. ElevenLabs, bunu sizə daha sərfəli qiymətlərlə təklif edir. Qiymətlə yanaşı, səs effektləri də istəyinizə uyğun olaraq özəlləşdirilə bilər ki, bu da bir növ orijinallıq qatır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avropa Birliyi süni zəkanın təhlükəsiz inkişafına nəzarət edəcək yeni qurumunu yaradıb
Avropa Birliyi süni zəkanın təhlükəsiz inkişafına nəzarət edəcək yeni qurumunu yaradıb
Avropa Birliyi öz yeni strukturu olan Süni Zəka İdarəsini təsis edib. Bu idarə Avropanın növbəti illərdəki süni zəka ekosisteminin formalaşdırılmasında vacib rol oynayacaq.
Yaxın zamanda hər ikinci smartfon süni zəka funksiyalarına sahib olacaq
Yaxın zamanda hər ikinci smartfon süni zəka funksiyalarına sahib olacaq
Canalys adlı tədqiqat şirkətinin yeni hesabatına əsasən smartfon istifadəçiləri arasında süni zəka funksiyaları sürətlə məşhurlaşır.
OpenAI, ChatGPT-nin universitetlər üçün olan versiyası "ChatGPT Edu"nu təqdim edib!
OpenAI, ChatGPT-nin universitetlər üçün olan versiyası "ChatGPT Edu"nu təqdim edib!
OpenAI, ChatGPT-nin fərdi versiyası olan "ChatGPT Edu"nu təqdim edib. Bu yeni sistem, daha çox universitet yönümlü və daha uyğun qiymətli olacaq.
Süni intellektlə işləyən hibrid avtomobil kamerası, obyektləri 100 dəfə daha sürətli şəkildə aşkarlaya bilir!
Süni intellektlə işləyən hibrid avtomobil kamerası, obyektləri 100 dəfə daha sürətli şəkildə aşkarlaya bilir!
Tədqiqatçılar, avtonom idarəetmə sistemləri üçün obyektləri daha sürətli aşkar edən inqilabi kamera sistemi hazırlayıblar. Üstəlik, süni intellektlə dəstəklənən sistem, daha az bant genişliyi tələb edir.
Çində dünyanın ilk süni intellekt xəstəxanası açılıb!
Çində dünyanın ilk süni intellekt xəstəxanası açılıb!
Çində açılan dünyanın ilk süni intellekt xəstəxanası, tamamilə süni intellekt həkimləri tərəfindən idarə olunur və gündəlik 3 min xəstəyə xidmət göstərir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!