Çində dünyanın ilk süni intellekt xəstəxanası açılıb!
Süni İntellekt
30.05.2024
Farid Pardashunas
Çində açılan dünyanın ilk süni intellekt xəstəxanası, tamamilə süni intellekt həkimləri tərəfindən idarə olunur və gündəlik 3 min xəstəyə xidmət göstərir.
Pekindəki Tsinghua Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış bu xəstəxana "Agent Hospital" olaraq adlanır. Xəstəxana 6 aylıq intensiv tədqiqat və inkişafdan sonra istifadəyə hazır hala gəlib. Tədqiqat qrupunun rəhbəri Liu Yang, bu süni intellekt xəstəxanasının həm səhiyyə işçiləri, həm də geniş ictimaiyyət üçün böyük faydalar təmin edəcəyini bildirir. Liu-nun sözlərinə görə, süni intellekt həkimləri sayəsində səhiyyə daha sürətli, effektiv və əlçatan olacaq. Bəs bu süni intellektli həkimlər nə edə bilər? Belə ki, bu həkimlər ABŞ Tibbi Lisenziyalaşdırma İmtahanı suallarına əsaslanan MedQA verilənlər bazasında sınaqda 93.06% müvəffəqiyyət dərəcəsi əldə ediblər. Deməli, onlar əsl həkimlərdən demək olar ki, fərqlənmirlər.
Başda tənəffüs xəstəlikləri olmaqla bir çox xəstəliyin diaqnoz və müalicəsini simulyasiya edə bilən bu süni intellektli həkimlər, bütün konsultasiya, müayinə, diaqnostika, müalicə və təqib proseslərini öz üzərinə götürə bilirlər. Onlar həmçinin bilikləri bölüşmək və rolları genişləndirmək bacarığı ilə tibb tələbələri üçün böyük bir təhsil fürsəti təqdim edirlər. Bu xəstəxana tibb fakültəsi tələbələri üçün də gözəl imkanlar təqdim edir. Gerçək xəstələrə zərər vermək qorxusu olmadan müalicə planlarını tövsiyə etmək bacarığı tələbələrə praktika etməyə və təcrübə qazanmağa imkan verəcək. Liu Yang-ın sözlərinə görə, bu yolla “yüksək ixtisaslı həkimlər” yetişəcək. Bundan əlavə, süni intellektli həkimlər sayəsində onlayn teletibb xidmətləri təklif ediləcək və bu həkimlər minlərlə, hətta milyonlarla müraciətə baxa biləcəklər. Süni intellekt texnologiyası həm də əhali üçün yüksək keyfiyyətli, sərfəli və əlçatan səhiyyə xidmətləri göstərməyi hədəfləyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin, kosmosa sirli bir obyekt buraxan zaman görüntülənib!
Çin, kosmosa sirli bir obyekt buraxan zaman görüntülənib!
Çinin kosmosa sirli bir obyekt buraxan kosmos təyyarəsi aktual müzakirə mövzusuna çevrilib. Bəs Çinin məqsədi nədir, kosmosda nə etməyi planlaşdırır?
OpenAI növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verib
OpenAI növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verib
OpenAI şirkəti GPT-4-ü əvəz edəcək növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verildiyini elan edib. Şirkət öz bloqunda bildirib ki, növbəti süni zəka modeli insan beyni bacarıqlarına sahib ola biləcək ümumi süni zəkanın (AGI) yaradılması yolunda daha üst səviyyəli imkanları əldə edəcək.
Elon Musk, süni intellekt üçün xüsusi superkompüter quracaq!
Elon Musk, süni intellekt üçün xüsusi superkompüter quracaq!
xAI-nin superkompüter layihəsi ortaya çıxıb. Elon Musk, şirkətin süni intellektini dəstəkləməsi üçün investorlar axtarışındadır.
ChatGPT-nin proqramlaşdırma barəsindəki cavablarının 52%-i səhvdir
ChatGPT-nin proqramlaşdırma barəsindəki cavablarının 52%-i səhvdir
Son zamanlarda süni zəka texnologiyaları ətrafında olan səs-küy səbəbilə proqramçılar proqram təminatı kodlarının yazılması mövzusunda çox zaman ChatGPT kimi süni zəka əsaslı çat-botlara müraciət etməyə başlayıblar.
Google-a görə, "pendiri pizzaya yapışdırmaq" üçün yapışqandan istifadə edə bilərsiniz!
Google-a görə, "pendiri pizzaya yapışdırmaq" üçün yapışqandan istifadə edə bilərsiniz!
Google, bir müddət əvvəl yeni axtarış funksiyası olan AI Overviews-u təqdim etmişdi. İndi isə Google-un yeni süni intellekt dəstəkli axtarış funksiyasına əsasən, pendiri pizzaya yapışdırmaq üçün yapışqandan istifadə edə bilərsiniz.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!