main-post-cover

    Google Gemma adlı kompakt süni zəka modelini anons edib

    Süni İntellekt
    22.02.2024
    Emil Nəcəfov
         Google şirkəti açıq mənbəli koda sahib kompakt süni zəka modelləri sinifini anons edib. Anons edilmiş kompakt süni zəka modelləri sinifi Gemma adını əldə edib. Bu sinifin ilk təmsilçiləri isə Gemma 2B Gemma 7B olublar. Google bu süni zəka modellərinin digər analoqlar ilə müqayisədə necə çalışdıqları barəsində məlumat verməyib. Şirkət sadəcə olaraq bildirib ki, bu süni zəka modelləri ən müasir süni zəka modellərindən biridirlər. Google tərəfindən verilmiş məlumata əsasən Gemma süni zəka modeli GeminiPaLM süni zəka modellərinin arxitekturaları əsasında qurulub.
         O, mətnlərin tərtibatı imkanlarını verir. Mətnlərin tərtibatı imkanları daha böyük süni zəka modellərinin eyni imkanları ilə müqayisə edilə bilər. Lakin Gemma-nın mətn tərtibatı imkanları daha kompaktdırlar. Bu isə öz növbəsində onun hətta lokal şəkildə kompüterlərdə istifadəsini də mümkün edəcək. Gemma açıq mənbəli koda sahib olsa da, Google onun kodunu təqdim etməyib. İstifadəçilər sözügedən süni zəka modelini ayarlamaq imkanına sahib olsalar da, onun təməl arxitekturasını dəyişə bilməzlər. Gemma ilə çalışmaq üçün Google, Colab, Kaggle, Hugging Face və digər platformalar əsasında hazır həlləri təklif edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məşhur insayder Google Pixel Fold 2-nin yeni keyfiyyətli render fotolarını təqdim edib
    meshur-insayder-google-pixel-fold-2-nin-yeni-keyfiyyetli-render-fotolarini-teqdim-edib
    Google Gemini 1.5 reallığa bənzəyən videonun neyron şəbəkəsi tərəfindən tərtib olunduğunu təyin edə bilib
    google-gemini-15-realliga-benzeyen-videonun-neyron-sebekesi-terefinden-tertib-olundugunu-teyin-ede-bilib
    Android 15-də istifadəçi hesablarının oğurlanmasından qorunma funksiyası olacaq
    android-15-de-istifadeci-hesablarinin-ogurlanmasindan-qorunma-funksiyasi-olacaq
    Google Gemini çat-botunu Chrome brauzerinə inteqrasiya edəcək
    google-gemini-cat-botunu-chrome-brauzerine-inteqrasiya-edecek
    Google Chrome-da hakerlərdən yeni qorunma üsulu istifadəyə veriləcək
    google-chrome-da-hakerlerden-yeni-qorunma-usulu-istifadeye-verilecek