Məşhur insayder Google Pixel Fold 2-nin yeni keyfiyyətli render fotolarını təqdim edib
Cihazlar+
22.02.2024
Emil Nəcəfov
OnLeaks ləqəbli məşhur insayder Smartprix saytı ilə birlikdə qatlana bilən Google Pixel Fold 2 smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Beləliklə təqdim edilmiş render fotolardan da görmək olar ki, Google Pixel Fold 2 smartfonu düz bucaqlara sahib gövdəni əldə edəcək. Məlumatda qeyd edilib ki, smartfonun ölçüləri 155.2x150.2x5.27 mm təşkil edəcək. Smartfonu keçən ilki Google Pixel Fold-dan xarici görünüşcə fərqləndirəcək əsas özəllik yeni arxa kamera dizaynı olacaq. Arxa kamera sahəsi özündə 3 ədəd obyektivi və LED işıqlandırmanı birləşdirəcək.
Bununla yanaşı smartfon iki ədəd ön kameranı əldə edəcək. Onlardan biri xarici ekran üzərində, digəri isə daxili ekranın alt hissəsində yerləşəcək. Məlumatda qeyd edilib ki, Google Pixel Fold 2 modelinin daxili ekranı 7.9 düym, xarici ekranı isə 6.4 düym təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Pixel Fold modelinin daxili ekranı 7.6 düym, xarici ekranı isə 5.8 düym təşkil edir. Bununla yanaşı Pixel Fold 2-nin Tensor G4 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Çox güman ki, Pixel Fold 2 smartfonu payız fəslində Pixel 9 smartfon seriyası ilə birgə təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Gemini 1.5 reallığa bənzəyən videonun neyron şəbəkəsi tərəfindən tərtib olunduğunu təyin edə bilib
Google Gemini 1.5 reallığa bənzəyən videonun neyron şəbəkəsi tərəfindən tərtib olunduğunu təyin edə bilib
Google şirkəti özünün Gemini 1.5 adlı süni zəka modelinin yeni faydalı funksiyası barəsində məlumat verib.
Android 15-də istifadəçi hesablarının oğurlanmasından qorunma funksiyası olacaq
Android 15-də istifadəçi hesablarının oğurlanmasından qorunma funksiyası olacaq
İnsayderlər Android-in test versiyasında yeni təhlükəsizlik funksiyasını aşkar ediblər.
Google Gemini çat-botunu Chrome brauzerinə inteqrasiya edəcək
Google Gemini çat-botunu Chrome brauzerinə inteqrasiya edəcək
Google şirkəti özünün Gemini çat-botunu bütün məhsullarına tədricən inteqrasiya etməyə başlayıb.
Google Chrome-da hakerlərdən yeni qorunma üsulu istifadəyə veriləcək
Google Chrome-da hakerlərdən yeni qorunma üsulu istifadəyə veriləcək
Hakerlər artıq uzun zamandır ki, öz kiberhücumlarının reallaşdırılması üçün istifadəçilərin kompüterlərini fiziki şəkildə əldə etməyə ehtiyac duymurlar.
Android 15-in tərtibatçılar üçün nəzərdə tutulmuş ilk versiyası istifadəyə verilib
Android 15-in tərtibatçılar üçün nəzərdə tutulmuş ilk versiyası istifadəyə verilib
Google şirkəti Android 15-in tərtibatçılar üçün nəzərdə tutulmuş Android 15 Developer Preview 1 adlı versiyasını istifadəyə verib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!