
Elon Musk təkmilləşdirilmiş Grok-3 süni zəka çat-botunu təqdim edib
Süni İntellekt
18.02.2025
Emil Nəcəfov
Elon Musk özünün xAI şirkəti tərəfindən hazırlanmış daha güclü və inkişaf etdirilmiş süni modeli Grok-3-ü təqdim edib. Musk-ın sözlərinə əsasən bu yeni süni zəka modeli kainatın təbiətini daha yaxşı anlamağa kömək edəcək çat-botdur. Tərtibatçılar bildiriblər ki, Grok-3 Grok-2-dən 10 dəfə daha ağıllıdır. Testlər göstərib ki, Grok-3 riyaziyyat, proqramlaşdırma və elmi araşdırmalar sahəsində GPT-4o, Claude 3.5 Sonnet, Gemini-2 Pro və DeepSeek-V3-dən üstündür. Musk və xAI komandası Grok-3-ün yüksək səviyyəli məntiqi düşünmə qabiliyyətinə malik olduğunu və daim inkişaf etdiriləcəyini bildiriblər.

"Biz artıq yaradıcılıq bacarığının ilkin əlamətlərini görürük" - deyə Musk qeyd edib. Təqdimat zamanı Grok-3, Marsa uçuş və Yerə qayıdış üçün optimal pəncərəni bütün texniki detalları ilə hesablayıb. Musk əlavə edib ki, Grok-3 200 000 ədəd NVIDIA H100 çipi istifadə edilərək "Colossus" adlı superkompüterdə təlimatlandırılıb. Grok-3 süni zəka modelində DeepSearch adlı yeni funksiya mövcuddur. Bu funksiya istifadəçinin istənilən axtarış sorğusunu götürərək bütün interneti analiz edir və dəqiq, doğru cavabı birbaşa çatda təqdim edir. Əgər şəbəkədə dəqiq cavab yoxdursa, süni zəka modeli əsaslandırılmış bir ehtimal irəli sürə bilər - hava proqnozundan tutmuş, istifadəçinin sevimli oyununun son yeniləməsində ən yaxşı strategiyaya qədər.

Grok-3 real zaman rejimində oyunlar da yarada bilir. Canlı yayım zamanı sistem Tetris və "üçünü bir sıraya düzüb yox etmə" janrını birləşdirən yeni bir oyun yaradıb. Musk bu funksiyanı demək olar ki, tam bir süni zəka oyun studiyası adlandırıb. xAI komandası bildirib ki, Grok-3-ün məntiqi düşünmə modeli hələ də beta test mərhələsindədir və inkişaf etdirilməyə davam edir. Bundan əlavə, məntiqi düşünmə modelinin daha yüngül (mini) versiyası da mövcuddur. Tərtibatçılar çat-botda səs rejiminin təqdimatdan əvvəl çıxarıldığını açıqlayıblar. “Səs rejimi hələ bir qədər qeyri-sabitdir, lakin çox təsiredici görünür. Çox güman ki, təxminən 1 həftə ərzində istifadəyə veriləcək”.

Mənbə: Elon Musk
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI idarə heyəti şirkətin Elon Musk-a satılması təklifini rədd edib

OpenAI idarə heyəti şirkətin Elon Musk-a satılması təklifini rədd edib
Elon Musk-ın investor konsorsiumunun dəstəyi ilə OpenAI şirkətini 97.4 milyard dollara almaq cəhdi ilə bağlı vəziyyət keçən həftənin sonuna doğru yeni detallarla zənginləşməyə davam etdi.
Elon Musk, Dubai Loop layihəsini anons edib

Elon Musk, Dubai Loop layihəsini anons edib
Elon Musk Dubayda pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş yeraltı nəqliyyat sistemi inşa edəcəyini elan etdi. Musk-ın rəhbərlik etdiyi Boring Company şirkəti Dubayda şəhər nəqliyyat sistemini dəyişdirməyi hədəfləyən yeni bir layihəni elan edib.
Elon Musk-ın OpenAI şirkətini almaq istəməsi ilə bağlı maraqlı məqamlar məlum olub

Elon Musk-ın OpenAI şirkətini almaq istəməsi ilə bağlı maraqlı məqamlar məlum olub
Elon Musk-ın xAI şirkətinin rəhbərlik etdiyi investorlar konsorsiumu bu həftə OpenAI şirkətini 97.4 milyard dollara almaq təklifi edib. Lakin OpenAI şirkətinin baş direktoru Sam Altman bu təklifi rədd edib.
Google Gemini, ChatGPT-nin funksiyalarından birini əldə edib

Google Gemini, ChatGPT-nin funksiyalarından birini əldə edib
Google, süni zəka köməkçisi Gemini üçün yeni bir funksiyanı təqdim edib. Bu funksiya əvvəlki söhbətləri yadda saxlamağa və cavablarda həmin kontekstdən istifadə etməyə imkan verir.
Elon Musk, Grok 3 çat-botunun yaxın zamanda istifadəyə veriləcəyini elan edib

Elon Musk, Grok 3 çat-botunun yaxın zamanda istifadəyə veriləcəyini elan edib
Elon Musk öz startapı xAI-nin Grok 3 adlı yeni çat-botu təqdim etməyə hazırlaşdığını elan edib. Onun sözlərinə görə, bu model mövcud süni zəka sistemlərindən üstün olacaq.
Həftənin xəbərləri

