main-post-cover

    Elon Musk, süni zəka vasitəsilə kompüter oyunları hazırlamaq istəyir

    Süni İntellekt
    28.11.2024
    Emil Nəcəfov
         Elon Musk öz iddialı planları və bəzən absurd biznes qərarları ilə məşhurdur. Bu dəfə də o, iddialı ideya ilə özünü yada salıb. Məlumdur ki, Musk kompüter oyunları ilə yaxından maraqlanır. Hətta bir neçə müddət bundan öncə məlum oldu ki, o, məşhur “Diablo IV” oyununda peşəkar oyunçulardan biridir. Görünür, Musk bundan ilhamlanaraq öz oyun şirkətini yaratmağa hədəflənib. Bununla belə onun planında bu mövzuya süni zəka texnologiyasını cəlb etmək var.
         Süni zəka mövzusunda isə Musk artıq bir şirkətə sahibdir. Söhbət, xAI şirkətindən gedir. “Oyunların hazırlanması ilə məşğul olan studiyaların əksəriyyəti böyük şirkətlərə məxsusdur. xAI şirkəti öz növbəsində süni zəkanın istifadəsi ilə oyun studiyasını yaratmağı planlaşdırır” - deyə Musk qeyd edib. Musk bu mövzu ilə bağlı ətraflı məlumat verməyib. Buna görə də bəzilərinin fikirlərinə əsasən o sadəcə olaraq zarafat xatirinə belə bir fikir səsləndirib. Lakin Musk adətən boş-boşuna belə elanlar vermir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI-nin süni intellekt layihəsi olan Sora-nın sızdırıldığı ortaya çıxıb!
    openai-nin-suni-intellekt-layihesi-olan-sora-nin-sizdirildigi-ortaya-cixib
    139 illik heç kimin adını bilmədiyi bir yapon şirkətinin səhmləri süni intellekt sayəsində sürətli bir şəkildə bahalaşıb!
    139-illik-hec-kimin-adini-bilmediyi-bir-yapon-sirketinin-sehmleri-suni-intellekt-sayesinde-suretli-bir-sekilde-bahalasib
    Nothing və Elon Musk Jaguar-ın yeni loqosunu ələ salıblar!
    nothing-ve-elon-musk-jaguar-in-yeni-loqosunu-ele-saliblar
    Samsung şirkəti Gauss 2 süni zəka modelini təqdim edib
    samsung-sirketi-gauss-2-suni-zeka-modelini-teqdim-edib
    Xristianlar, Hz. İsanın süni intellekt kopyasını yaradaraq günahlarını etiraf etməyə başlayıblar! (VİDEO)
    xristianlar-hz-isanin-suni-intellekt-kopyasi-ile-gunahlarini-etiraf-etmeye-baslayiblar-video