main-post-cover

    Çin, kosmosa sirli bir obyekt buraxan zaman görüntülənib!

    Digər
    29.05.2024
    Farid Pardashunas

         Çinin kosmosa sirli bir obyekt buraxan kosmos təyyarəsi aktual müzakirə mövzusuna çevrilib. Bəs Çinin məqsədi nədir, kosmosda nə etməyi planlaşdırır?

         Çinin kosmik təyyarəsi 165 gündən çox orbitdə olub və sonuncu dəfə mayın 24-də yeni sirli obyekti buraxarkən görüntülənib. Kosmik təyyarə, ilk dəfə 2023-cü ilin 14 dekabrında orbitə daxil olub. O vaxtdan bəri o, Yer ətrafında dövr edir, arabir cisimlər buraxır və ya siqnallar verir. Mütəxəssislərin fikrincə, bu kosmik təyyarə ABŞ-ın X-37B kosmik gəmisinə cavab olaraq istehsal edilmiş ola bilər. Bu yeni sirli obyekt haqqında müxtəlif fərziyyələr var.
         Harvard-Smithsonian Astrofizika Mərkəzindən Jonathan McDowell bildirib ki, bu sirli obyekt, missiya bitməmişdən əvvəl qalan bir alt peyk və ya bir aparat parçası ola bilər. McDowell-in sözlərinə görə, obyekt mayın 24-də UTC saat ilə 19:00 radələrində yerləşdirilib və 602 km x 608 km yüksəklikdə, 50 dərəcə meyllə orbitdə olub. Çinin sirli obyekt buraxan kosmik gəmisi, ABŞ-ın X-37B kosmik gəmisi ilə çox oxşar xüsusiyyətlərə malikdir. Belə ki, hər iki vasitə də təkrar istifadə edilə bilən kosmik gəmidir və kosmik texnologiyada əhəmiyyətli bir irəliləyişi təmsil edir. Bu vasitələr, kosmik missiyaların xərclərini azaldır və missiyaların daha tez-tez yerinə yetirilməsinə şərait yaradır. Çinin kosmik gəmisi ilk uçuşunu 2020-ci ildə həyata keçirib və bu uçuş cəmi 2 gün davam edib. Onun ikinci uçuşu 2022-ci ildə başlayıb və düz 276 gün davam edib. Bu uçuşlar zamanı kosmosa obyektlərin atıldığı bildirilib. Çinin kosmik gəmisi hazırkı uçuşu zamanı orbitini dəyişmək üçün bir sıra manevrlər həyata keçirib.
         Əvvəlcə 333 km ilə 348 km yüksəkliklərində bir orbitə yerləşib və daha sonra bu orbiti 602 km ilə 609 km yüksəklilərinə qədər artırıb. ABŞ Kosmik Qüvvələrinin məlumatına görə, bu cür manevrlər, kosmik gəminin imkanlarını və missiya çevikliyini yoxlamaq məqsədi daşıya bilər. Çin, sirli obyekti yerə salan bu kosmik gəmi ilə bağlı çox məxfi davranır. Ölkənin kosmos idarələri kosmik gəmi ilə bağlı heç bir görüntü və ya təfərrüat paylaşmayıb. Yalnız buraxılışdan sonra edilən qısa açıqlamada kosmik gəmi ilə "təkrar istifadə edilə bilən texnologiyanın təsdiqi və kosmik elm təcrübələrinin planlaşdırıldığı kimi aparılacağı" ifadə edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ, Çinin kvant texnologiyalarına çıxışını məhdudlaşdırır!
    abs-cinin-kvant-texnologiyalarina-cixisini-mehdudlasdirir
    Çinlilər son dərəcə ölümcül və yoluxucu bir virus hazırlayıblar!
    cinliler-son-derece-olumcul-ve-yoluxucu-bir-virus-hazirlayiblar
    ABŞ rəsmisi "nüvə silahları süni intellektin nəzarətində olmamalıdır" deyə Çin və Rusiyaya xəbərdarlıq edib!
    abs-resmisi-nuve-silahlari-suni-intellektin-nezaretinde-olmamalidir-deye-cin-ve-rusiyaya-xeberdarliq-edib
    Yaxın zamanda Çin küçələrində süni intellekt ilə işləyən itlər görə bilərik!
    yaxin-zamanda-cin-kucelerinde-suni-intellekt-ile-isleyen-itler-gore-bilerik
    Çin dünyanın ən quşa bənzər uçan aparatını hazırladı!
    cin-dunyanin-en-qusa-benzer-ucan-aparatini-hazirladi