main-post-cover

    ChatGPT artıq Adobe tətbiqləri ilə fotoları və PDF-ləri pulsuz redaktə edə bilir

    Süni İntellekt
    10.12.2025
    Sevinc Miralızadə
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, ChatGPT istifadəçiləri artıq Adobe-nin Photoshop, Acrobat və Adobe Express tətbiqlərini birbaşa çatbot içində istifadə edərək şəkil və PDF redaktəsi edə biləcəklər. Bu inteqrasiyanın əsas üstünlüyü odur ki, istifadəçilər əlavə proqram açmadan yalnız təsviri şəkildə nə istədiklərini yazaraq fotoları və sənədləri redaktə edə bilirlər.
    ChatGPT can now use
        Adobe tətbiqlərini aktivləşdirmək üçün sadəcə faylı yükləmək və məsələn belə yazmaq kifayətdir: “Adobe Photoshop, bu şəkilin arxa fonunu bulanıqlaşdır.” Eyni söhbət daxilində istifadəçi artıq tətbiqin adını təkrarlamadan əlavə dəyişikliklər edə bilər. Verilən tapşırıqdan asılı olaraq Adobe istifadəçiyə bir neçə nəticə təqdim edə bilər və ya Photoshop-da olduğu kimi kontrast, parlaqlıq və digər parametrləri manuel tənzimləmək üçün xüsusi UI elementləri göstərə bilər.
        Bu inteqrasiya Adobe-nin masaüstü proqramlarının bütün gücünü təqdim etmir, lakin əsas funksiyalar tam istifadəyə açıqdır. Photoshop ChatGPT daxilində şəkillərin müəyyən hissələrini redaktə etmək, kreativ effektlər tətbiq etmək, parlaqlıq, kontrast, ekspozisiya kimi parametrləri dəyişmək imkanı verir. Acrobat tətbiqi isə PDF sənədlərini redaktə etmək, sıxmaq, digər formatları PDF-ə çevirmək, mətn və cədvəlləri çıxarmaq, bir neçə faylı birləşdirmək kimi imkanlar təqdim edir.
        Adobe Express isə sosial media qrafikləri, posterlər, dəvətnamələr kimi dizaynları həm yaratmaq, həm də redaktə etmək üçün nəzərdə tutulub. İstifadəçi ChatGPT-dən çıxmadan mətn və şəkilləri dəyişə, rənglərə düzəliş verə, hətta dizayn elementlərini animasiya edə bilər. Daha detallı redaktə etmək istəyənlər isə layihəni Adobe-nin orijinal tətbiqlərində açaraq işə davam edə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI: "ChatGPT-də görünən “reklamlar” real deyil"
    openai-chatgpt-de-gorunen-reklamlar-real-deyil
    ChatGPT alış-veriş üçün yeni köməkçisini təqdim etdi
    chatgpt-alis-veris-ucun-yeni-komekcisini-teqdim-etdi
    ChatGPT-də qrup söhbətləri hər kəs üçün istifadəyə verildi
    chatgpt-de-qrup-sohbetleri-her-kes-ucun-istifadeye-verildi
    Mütəxəssislər xəbərdarlıq edir: AI çatbotları yeniyetmələrin psixi sağlamlığı üçün təhlükəlidir!
    mutexessisler-xeberdarliq-edir-ai-catbotlari-yeniyetmelerin-psixi-saglamligi-ucun-tehlukelidir
    ChatGPT-nin Mac brauzerinə 9 yeni funksiya gəlib
    chatgpt-nin-mac-brauzerine-9-yeni-funksiya-gelib