adobe
Filterlə
Adobe-nin AI strategiyası şirkəti rekord gəlirə çatdırdı
Adobe-nin generativ süni intellektə etdiyi böyük yatırım şirkətin maliyyə nəticələrində özünü göstərməyə başlayıb. Səhmlərinin bu il 37 faizdən çox ucuzlaşmasına baxmayaraq, Adobe 2025-ci maliyyə ili üçün rekord həcmdə, 23,77 milyard dollar gəlir açıqlayıb.
ChatGPT artıq Adobe tətbiqləri ilə fotoları və PDF-ləri pulsuz redaktə edə bilir
ChatGPT istifadəçiləri artıq Adobe-nin Photoshop, Acrobat və Adobe Express tətbiqlərini birbaşa çatbot içində istifadə edərək şəkil və PDF redaktəsi edə biləcəklər.
1,9 milyard dollarlıq sövdələşmə: Adobe Semrush-u satın alır
Adobe Semrush-u 1,9 milyard dollara satın alaraq SEO, veb-analitika və AI əsaslı marketinq imkanlarını gücləndirməyi planlaşdırır.
Adobe sosial şəbəkələrdə kanalların idarəsi üçün süni intellekt köməkçisini təqdim edib
Adobe şirkəti sosial şəbəkə kanallarının idarə olunması üçün nəzərdə tutulmuş yeni süni intellekt köməkçisini - Project Moonlight adlı sistemi Firefly platformasında təqdim edib.
Adobe Firefly-da videoların süni intellekt vasistəsilə səsləndirilməsi mümkün olacaq
Adobe səs üzərində işləmək üçün yeni süni intellekt aləti təqdim edib - bu alət videolara mövzuya uyğun fon musiqisi və arxa səs əlavə etməyə imkan verir. Generate Soundtrack və Generate Speech adlanan bu funksiyalar yenilənmiş Adobe Firefly tətbiqinə inteqrasiya olunacaq.
Google Gemini foto redaktəsi sahəsində Adobe-un həlləri ilə rəqabət aparır
Avqust ayında Google yüksək dəqiqliklə foto redaktə prosesinə nəzarət etməyə imkan verən Gemini 2.5 Flash Image adlı süni intellekt modelini təqdim etdi. Bu alət Gemini tətbiqinin bütün istifadəçiləri üçün pulsuz şəkildə əlçatan oldu, həmçinin tərtibatçılar xidməti öz məhsullarına inteqrasiya etmək üçün uyğun API-dan nisbətən aşağı ödəniş qarşılığında istifadə edə bilərlər.
Adobe Premiere-in iOS versiyası pulsuz şəkildə istifadəyə verilib
Adobe şirkəti məşhur video redaktə tətbiqi Premier-in iOS versiyasının istifadəyə verildiyini elan edib. Android əməliyyat sistemi ilə işləyən cihazlar üçün isə tətbiq hələ hazırlanma mərhələsindədir.
Adobe Premiere bu ayın sonunda iPhone üçün pulsuz istifadəyə veriləcək
Ayın sonunda Adobe şirkəti iPhone üçün Adobe Premiere video redaktorunu təqdim edəcək. Şirkət bildirir ki, proqram təminatı imkanlarına görə PC üçün nəzərdə tutulmuş tətbiqə daha yaxın olacaq və sadələşdirilmiş Premiere Rush versiyasından fərqli olacaq.
Həftənin xəbərləri