main-post-cover

    Google istifadəçini daha yaxşı tanıyan AI sistemi qurmaq istəyir

    Süni İntellekt
    02.12.2025
    Sevinc Miralızadə
        Technote.az "TechCrunch" platformasına istinadən bildirir ki, Google-un süni intellekt sahəsində ən böyük üstünlüklərindən biri şirkətin istifadəçilər haqqında topladığı geniş məlumat bazasıdır. Google Search-in məhsul üzrə vitse-prezidenti Robby Stein “Limitless” podkastında bildirib ki, şirkətin AI sahəsində ən böyük imkanlarından biri istifadəçini daha dərindən tanımaq və ona daha fərdi cavablar təqdim etməkdir.
        Stein-in sözlərinə görə, insanlar artıq Google-a daha çox məsləhət yönümlü suallar verir və belə hallarda AI-ın istifadəçi haqqında əvvəlcədən məlumata sahib olması cavabları daha faydalı edə bilər. Məhz buna görə Google, Gmail kimi bağlı xidmətlərdən AI modellərini daha yaxşı "tanıtmaq" üçün istifadə edir. Google uzun müddətdir ki, AI-ı öz tətbiqlərinə inteqrasiya edir. Bard dövründən başlayan bu proses artıq Gemini Deep Research və Workspace tətbiqlərinə (Gmail, Calendar, Drive) qədər genişlənib. Şirkət indi e-poçtlar, sənədlər, fotolar və brauzer davranışları kimi şəxsi məlumatları AI təcrübəsinə qatmağa başlayır.
    Google's AI-Powered Search Overhaul Continues in 2025 | Shelly Palmer
        Bu yanaşma Google-un AI nəticələrini daha şəxsi və daha faydalı etməyi hədəfləsə də, məxfiliklə bağlı ciddi narahatlıqlar yaradır. Çünki istifadəçilər məlumatlarının belə geniş şəkildə işlənməsinə razı olmaya bilər və AI təcrübəsi bir nöqtədən sonra köməkçi deyil, izləyici təsiri bağışlaya bilər. Google-un arqumenti isə sadədir: AI sizi tanısa, cavablar daha dəqiq olar. Məsələn, əgər sistem sizin hansı məhsul brendlərini sevdiyinizi bilirsə, tövsiyələri ona uyğunlaşdıracaq. Stein bunu sadəcə "bestseller" siyahısı göstərməkdən qat-qat faydalı hesab edir.
        Bu yanaşma Apple TV+ serialı “Pluribus”dakı vəziyyəti xatırladır: sistem insanı o qədər yaxşı tanıyır ki, artıq şəxsi sərhədlər pozulur. İstifadəçi üçün bu, köməkdən çox müdaxilə kimi görünür. Google isə bunun qarşısını almaq üçün şəffaflıq və istifadəçi nəzarəti vəd edir. Şirkət bildirir ki, AI cavabları fərdiləşdiriləndə bu açıq şəkildə qeyd olunacaq. Həmçinin, istifadəçilərə maraqlandığı bir məhsul endirimə düşəndə bildiriş göndərmək kimi funksiyalar da Google-un gələcək planlarına daxildir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ-də mövcud iş qüvvəsinin 11.7%-i artıq mövcud AI ilə əvəz oluna bilər
    abs-de-movcud-is-quvvesinin-117-i-artiq-movcud-ai-ile-evez-oluna-biler
    ChatGPT 3 yaşında! İllər ərzində nələr dəyişdi?
    chatgpt-3-yasinda-bu-iller-erzinde-neler-deyisdi
    GM-in AI rəhbərinin qəfil gedişi şirkətin texnologiya strategiyasına zərbə vurub
    gm-in-ai-rehberinin-qefil-gedisi-sirketin-texnologiya-strategiyasina-zerbe-vurub
    Google-un Quick Share yeniləməsi Wi-Fi bağlantısını sıradan çıxarır
    google-un-quick-share-yenilemesi-wi-fi-baglantisini-siradan-cixarir
    AI tələbinin yüksəlişi VRAM bazarına təsir edib
    ai-telebinin-yukselisi-vram-bazarina-tesir-edib