
WhatsApp-dakı təhlükəsizlik ilə bağlı problemləri görməzdən gəldiyi səbəbilə Meta məhkəməyə verilib
Sosial Media
09.09.2025
Emil Nəcəfov
WhatsApp-ın keçmiş kibertəhlükəsizlik üzrə top-meneceri San-Fransisko federal məhkəməsinə ana şirkəti Meta-ya qarşı iddia qaldırıb. Məlumata görə, o, şirkəti təhlükəsizlik problemlərinə məhəl qoymamaqda və aşkar etdiyi pozuntular barədə məlumat verdikdən sonra ona qarşı cavab tədbirləri görməkdə ittiham edib. Attaullah Baig - 2021-2025-ci illərdə WhatsApp-ın təhlükəsizlik xidməti rəhbəri vəzifəsini icra edən şəxs - 115 səhifəlik iddia ərizəsində bildirib ki, daxili testlər zamanı təxminən 1500 WhatsApp mühəndisinin istifadəçi məlumatlarına, o cümlədən məxfi şəxsi məlumatlara məhdudiyyətsiz çıxışı olduğunu aşkar edib. Onun sözlərinə görə, əməkdaşlar bu məlumatları aşkarlanmadan və ya audit izi qoymadan köçürə və ya oğurlaya bilirdilər.

Bu isə potensial olaraq federal qiymətli kağızlar qanunlarının, eləcə də Meta-nın ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə 2020-ci ildə imzaladığı məxfilik sazişi çərçivəsindəki hüquqi öhdəliklərinin pozulması deməkdir. Baig dəfələrlə şirkət rəhbərliyinə, o cümlədən WhatsApp rəhbəri Will Cathcart və Meta-nın baş direktoru Mark Zuckerberg-ə öz narahatlıqlarını bildirib, lakin pozuntuların aradan qaldırılması üçün lazımi tədbirlər görülməyib. Üstəlik, kibertəhlükəsizlik problemləri barədə ilk məlumatı açıqladıqdan 3 gün sonra o, şirkətdə öz işinə dair mənfi rəylər almağa başlayıb və bundan sonra rəhbərlik onu dəfələrlə zəif iş göstəricilərinə görə tənqid edib. Nəticədə, 2025-ci ilin fevral ayında Baig aşağı məhsuldarlıq səbəbi ilə şirkətin işçilərinin 5%-ni əhatə edən ixtisar dalğası çərçivəsində işdən azad edilib.
O, məhkəmə prosesinə başlamazdan əvvəl ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) və ABŞ Əmək Nazirliyinin Əmək Təhlükəsizliyi və Sağlamlıq İdarəsi (OSHA) də daxil olmaqla federal tənzimləyici qurumlara şikayətlər təqdim edib. İddia ilə bağlı şərhində WhatsApp-ın kommunikasiyalar üzrə vitse-prezidenti Carl Woog AFP agentliyinə bildirib: “Təəssüf ki, bu, geniş yayılmış sxemdir: keçmiş əməkdaş zəif işinə görə işdən çıxarılır, sonra isə faktları təhrif edən və komandamızın gərgin əməyini yanlış göstərən bəyanatlar dərc edir”. Baig-in təqdim etdiyi iddiada vəzifəsinə bərpa olunması, əmək haqqının ödənilməsi və dəymiş ziyanın əvəzinin çıxılması, həmçinin şirkətə qarşı tənzimləyici qurumlar tərəfindən məcburi tədbirlərin tətbiq olunması tələb edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta Instagram və digər platformalarında uşaqlar üçün risklərin araşdırılmasına mane olur

Meta Instagram və digər platformalarında uşaqlar üçün risklərin araşdırılmasına mane olur
Meta uşaqların təhlükəsizliyi ilə bağlı araşdırmalara mane ola bilərdi. Məlumata görə, şirkətin 4 əməkdaşı - ikisi hazırkı, ikisi isə keçmiş - bildiriblər ki, 2021-ci ildən etibarən Meta-da həssas mövzular üzrə araşdırmalara məhdudiyyətlər tətbiq olunur.
Meta Apple-ın robototexnika sahəsindəki ən böyük mütəxəssisini özünə cəlb edib

Meta Apple-ın robototexnika sahəsindəki ən böyük mütəxəssisini özünə cəlb edib
Meta Platforms-un süni intellekt sahəsində mütəxəssislərin ştatını fəal şəkildə genişləndirməsinin xərcləri haqqında ixtisaslaşmış mənbələr mütəmadi olaraq yazır.
WhatsApp-dakı Statuslar funksiyası yeni imkan əldə edəcək

WhatsApp-dakı Statuslar funksiyası yeni imkan əldə edəcək
WhatsApp-ın iOS üçün yeni beta versiyasında “Close friends” adlı yeni funksiya aşkar edilib. Bu funksiya istifadəçilərə öz “foto-macəralarını” auditoriyaya göstərmədən statuslar vasitəsilə özünüifadə imkanı verəcək.
Donald Trump ABŞ şirkətlərinə maneə yaradan ölkələrə əlavə rüsumlar tətbiq edə bilər

Donald Trump ABŞ şirkətlərinə maneə yaradan ölkələrə əlavə rüsumlar tətbiq edə bilər
ABŞ prezidenti Donald Trump rəqəmsal vergilərin tətbiq olunduğu ölkələrə qarşı əhatəli rüsumlar tətbiq edəcəyi ilə hədələyib. Bir neçə gün əvvəl dövlət başçısı bu məsələni Ağ Evdə Meta-nın baş direktoru Mark Zuckerberg ilə müzakirə etmişdi.
WhatsApp-a mesajların swni intellekt vasitəsilə formalaşdırma funksiyası əlavə edilib

WhatsApp-a mesajların swni intellekt vasitəsilə formalaşdırma funksiyası əlavə edilib
WhatsApp messencerinə süni intellekt əsaslı yeni funksiya əlavə olunub. İstifadəçilər yeni funksiya vasitəsilə mesajlarını formalaşdıra biləcəklər.
Həftənin xəbərləri

