main-post-cover

    WhatsApp-da mesajların süni zəka vasitəsilə xülasəsi funksiyası istifadəyə verilib

    Sosial Media
    30.06.2025
    Emil Nəcəfov
         Meta, WhatsApp-da Message Summaries (Mesaj Xülasələri) adlı yeni funksiyanın istifadəyə verildiyini elan edib. Bu funksiya süni zəka vasitəsilə oxunmamış mesajların qısa xülasəsini təqdim etməyə imkan verir. Texnologiya Private Processing adlı qorunan mühitə əsaslandığı üçün tərtibatçılar bildirirlər ki, nə Meta, nə də tətbiq göndərilən məlumatları oxuya bilmir. Bu funksiyadan istifadə etmək üçün sadəcə olaraq oxunmamış mesajların üzərində yerləşən Summarize privately yazılı bannerə toxunmaq kifayətdir. Bundan sonra süni zəka mesajın qısa məzmununu yaradacaq.
         İlk mərhələdə bu yenilik ABŞ-dakı WhatsApp istifadəçilərinə yalnız ingilis dilində təqdim olunacaq. Lakin Meta bu ilin sonuna qədər funksiyanın digər dillərə və ölkələrə də yayılmasını planlaşdırır. Şirkət süni zəka xülasələrini buraxılmış mesajlarla daha tez tanış olmaq üçün əlverişli bir yol kimi təqdim edir. Bu, xüsusilə uzun müddət smartfonu yoxlamayan və ya çoxsaylı aktiv söhbətlərdə iştirak edən istifadəçilər üçün faydalı ola bilər. Eyni zamanda Meta vurğulayır ki, texnologiya hələ ki, hətta sadə tapşırıqlarda belə ideal deyil, lakin buna baxmayaraq, aktiv çatlar üçün faydalı ola bilər. Şirkətin bəyanatına görə, onun mesencerində süni zəka xülasələrinin əsas üstünlüyü məxfiliyin qorunması prinsipidir.
         Əslində, bu texnologiya, məsələn, Apple-ın resurs tələb edən süni zəka funksiyalarını məlumat sızması riski olmadan işə salmaq üçün istifadə etdiyi Private Cloud Compute texnologiyasına bənzəyir. WhatsApp halında isə məlumatlar end-to-end şifrələnir və Meta tərəfindən giriş olmadan, qorunan bulud mühitində emal olunur və saxlanılmır. Vacib məqamlardan biri də odur ki, bu funksiya tamamilə istəyə bağlıdır. Xülasəni yalnız istifadəçinin sorğusu əsasında əldə etmək mümkün olacaq və standart olaraq bu funksiya deaktiv vəziyyətdə olacaq. Həmçinin Meta, Advanced Chat Privacy bölməsi vasitəsilə istifadəçilərə istədikləri çatları süni zəka funksiyasından istisna etmək imkanı da təqdim edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ Konqresi əməkdaşlarına WhatsApp-dan istifadə qadağan edilib
    abs-konqresi-emekdaslarina-whatsapp-dan-istifade-qadagan-edilib
    WhatsApp-da reklamlar və pullu abunəliklər işə salınacaq
    whatsapp-da-reklamlar-ve-pullu-abunelikler-ise-salinacaq
    WhatsApp-da mesajların süni zəka vasitəsilə xülasəsi funksiyası test edilir
    whatsapp-da-mesajlarin-suni-zeka-vasitesile-xulasesi-funksiyasi-test-edilir
    WhatsApp-ın Android versiyasında kontentlərin HD keyfiyyətdə yüklənməsi test edilir
    whatsapp-in-android-versiyasinda-kontentlerin-hd-keyfiyyetde-yuklenmesi-test-edilir
    WhatsApp-da süni zəka əsaslı istifadəçi çat-botlarının testinə start verilib
    whatsapp-da-suni-zeka-esasli-istifadeci-cat-botlarinin-testine-start-verilib